Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12.10.2026 [14:15]

İraqın Baş naziri Əli əl-Zeydi oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Shafaq News” məlumatlı mənbələrə istinadla bildirib.

Məlumata görə, səfər çərçivəsində İraq hökumətinin başçısı daha sonra Küveytə də gedəcək. İyul ayına planlaşdırılan əvvəlki səfər Səudiyyə Ərəbistanının İraq ərazisindəki bir sıra hədəflərə zərbələrindən sonra təxirə salınmışdı.

Həmin hücumlar nəticəsində İraqın “Əl-Həşd əş-Şəabi” şiə silahlı birləşməsinin 20 üzvü həlak olmuş, 30-dan çoxu yaralanmışdı.

Tərəflər qarşıdakı səfərlə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31