Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

13.10.2026 [16:14]

Məişətdə istifadə olunan ağıllı cihazlardakı təhlükəsizlik boşluqları şəxsi həyatın toxunulmazlığı üçün ciddi risk yaradır. Süni intellekt üzrə mütəxəssis Sammi Azdufal 7 min robot-tozsoranın kamera və mikrofonunu məsafədən aktivləşdirə bildiyini üzə çıxarıb.

AZƏRTAC xəbər verir ki, Fransa mediasının məlumatına görə, mühəndis 2026-cı ilin fevralında öz robot-tozsoranını oyun pultu ilə idarə etməyə çalışarkən təhlükəsizlik boşluğu aşkar edib. Bu yolla o, eyni modeldən olan minlərlə cihazı uzaqdan idarə etmək imkanının olduğunu müəyyənləşdirib.

Kibertəhlükəsizlik mütəxəssisi Kevin Telyenin sözlərinə görə, internetə qoşulmuş və lazımi qaydada qorunmayan soyuducular, müşahidə kameraları və digər cihazlar hakerlərin hücumuna məruz qala bilər.

Fransada internet provayderlərinin təqdim etdiyi modemlər, bir qayda olaraq, cihazlara internetdən birbaşa girişi məhdudlaşdırır. Lakin parolların oğurlanması təhlükəsizlik risklərini artırır.

Mütəxəssislər hər bir ağıllı cihaz və tətbiq üçün fərqli, güclü parollardan istifadə etməyi tövsiyə edirlər. Dünyada internetə qoşulmuş belə cihazların sayının 17 milyona çatdığı bildirilir.

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31