Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

12.10.2026 [22:53]

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda davam etdirib.

AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində yerləşən Qurtuluş meydanında Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb.

Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb.

“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31