Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
12.10.2026 [17:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğuladı.
O, Prezident Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırladı.
Nazir vurğuladı ki, İran Prezidenti ölkələrimizin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirdi.
İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu dedi.
Söhbət zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Xəbər lenti
Hamısına baxTurizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46
YAP xəbərləri
12 Oktyabr 23:30
Mədəniyyət
12 Oktyabr 23:25
Dünya
12 Oktyabr 23:14
YAP xəbərləri
12 Oktyabr 23:14
Dünya
12 Oktyabr 22:53
Sosial
12 Oktyabr 22:41
Sosial
12 Oktyabr 22:41
YAP xəbərləri
12 Oktyabr 22:08
Elm
12 Oktyabr 22:00
İdman
12 Oktyabr 21:44
Hadisə
12 Oktyabr 21:22
Dünya
12 Oktyabr 20:55
Sosial
12 Oktyabr 20:31
Siyasət
12 Oktyabr 20:27
Dünya
12 Oktyabr 20:25
Dünya
12 Oktyabr 18:26
Dünya
12 Oktyabr 17:42
Gündəm
12 Oktyabr 17:23
Dünya
12 Oktyabr 16:30
Dünya
12 Oktyabr 16:07
Hadisə
12 Oktyabr 15:53
Siyasət
12 Oktyabr 15:47
Siyasət
12 Oktyabr 15:46
Siyasət
12 Oktyabr 15:46
Siyasət
12 Oktyabr 15:45
Siyasət
12 Oktyabr 15:44
Sosial
12 Oktyabr 15:42
Sosial
12 Oktyabr 15:41
Sosial
12 Oktyabr 15:39
Dünya
12 Oktyabr 15:28
Xəbər lenti
12 Oktyabr 15:26
Hadisə
12 Oktyabr 15:26
İqtisadiyyat
12 Oktyabr 15:25
Sosial
12 Oktyabr 15:24
Sosial
12 Oktyabr 15:02
Sosial
12 Oktyabr 15:00
Sosial
12 Oktyabr 14:58
Sosial
12 Oktyabr 14:42
Dünya
12 Oktyabr 14:40
Dünya
12 Oktyabr 14:15
Gündəm
12 Oktyabr 14:02
YAP xəbərləri
12 Oktyabr 13:56
Dünya
12 Oktyabr 13:34
YAP xəbərləri
12 Oktyabr 13:30
Hadisə
12 Oktyabr 13:10
Gündəm
12 Oktyabr 13:09
Gündəm
12 Oktyabr 13:01
Dünya
12 Oktyabr 12:43
Gündəm
12 Oktyabr 12:40
Dünya
12 Oktyabr 12:19
Gündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30

