Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
12.10.2026 [21:44]
Azərbaycan Peşəkar Boks Federasiyanın yeni prezidenti bəlli olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, qurumun prezidenti vəzifəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli seçilib.
Vitse-prezident vəzifələrinə isə Agentliyin İdarə Heyəti sədrinin müavini Tural Mailov və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.
Bildirilib ki, yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafına yeni təkan vermək və ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməkdir.
“Bu məqsədlə federasiyanın qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Əsas prioritetlər sırasında dünyanın nüfuzlu boks təşkilatları və promouterləri ilə əməkdaşlığın genişləndirilməsi, perspektivli idmançıların dəstəklənməsi və onların beynəlxalq yarışlarda iştirak imkanlarının artırılması xüsusi yer tutur.
Bununla yanaşı, Azərbaycanda dünya səviyyəli peşəkar boks turnirlərinin təşkili, tanınmış idmançıların iştirakı ilə irimiqyaslı tədbirlərin keçirilməsi və ölkəmizin beynəlxalq boks mərkəzlərindən birinə çevrilməsi hədəflənir.
Federasiya gənc istedadların üzə çıxarılması, onların peşəkar karyeraya hazırlanması, həmçinin özəl sektor və sponsorlarla əməkdaşlığın qurulması istiqamətində də yeni layihələr həyata keçirməyi planlaşdırır.
Yeni rəhbərlik federasiyanın fəaliyyətini dayanıqlı əsaslar üzərində qurmaqla Azərbaycan peşəkar boksunun inkişafında yeni mərhələnin başlanmasını və ölkəmizin dünya boks arenasında daha fəal təmsil olunmasını qarşıya əsas hədəf qoyur”, - deyə məlumatda bildirilib.
Xəbər lenti
Hamısına baxTurizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46
YAP xəbərləri
12 Oktyabr 23:30
Mədəniyyət
12 Oktyabr 23:25
Dünya
12 Oktyabr 23:14
YAP xəbərləri
12 Oktyabr 23:14
Dünya
12 Oktyabr 22:53
Sosial
12 Oktyabr 22:41
Sosial
12 Oktyabr 22:41
YAP xəbərləri
12 Oktyabr 22:08
Elm
12 Oktyabr 22:00
İdman
12 Oktyabr 21:44
Hadisə
12 Oktyabr 21:22
Dünya
12 Oktyabr 20:55
Sosial
12 Oktyabr 20:31
Siyasət
12 Oktyabr 20:27
Dünya
12 Oktyabr 20:25
Dünya
12 Oktyabr 18:26
Dünya
12 Oktyabr 17:42
Gündəm
12 Oktyabr 17:23
Dünya
12 Oktyabr 16:30
Dünya
12 Oktyabr 16:07
Hadisə
12 Oktyabr 15:53
Siyasət
12 Oktyabr 15:47
Siyasət
12 Oktyabr 15:46
Siyasət
12 Oktyabr 15:46
Siyasət
12 Oktyabr 15:45
Siyasət
12 Oktyabr 15:44
Sosial
12 Oktyabr 15:42
Sosial
12 Oktyabr 15:41
Sosial
12 Oktyabr 15:39
Dünya
12 Oktyabr 15:28
Xəbər lenti
12 Oktyabr 15:26
Hadisə
12 Oktyabr 15:26
İqtisadiyyat
12 Oktyabr 15:25
Sosial
12 Oktyabr 15:24
Sosial
12 Oktyabr 15:02
Sosial
12 Oktyabr 15:00
Sosial
12 Oktyabr 14:58
Sosial
12 Oktyabr 14:42
Dünya
12 Oktyabr 14:40
Dünya
12 Oktyabr 14:15
Gündəm
12 Oktyabr 14:02
YAP xəbərləri
12 Oktyabr 13:56
Dünya
12 Oktyabr 13:34
YAP xəbərləri
12 Oktyabr 13:30
Hadisə
12 Oktyabr 13:10
Gündəm
12 Oktyabr 13:09
Gündəm
12 Oktyabr 13:01
Dünya
12 Oktyabr 12:43
Gündəm
12 Oktyabr 12:40
Dünya
12 Oktyabr 12:19
Gündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30

