/ / "Metyu Brayza erməniləri inandırmağa çalışır ki, hərbi qüvvələrinin bir hissəsini Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarsın"
"Metyu Brayza erməniləri inandırmağa çalışır ki, hərbi qüvvələrinin bir hissəsini Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarsın"
03.04.2009 [23:40]
- Hazırda Türkiyə Ermənistanla danışıqlar aparır. Bu danışıqlarda Azərbaycanın da mövqeyi nəzərə alınırmı? Ermənistanla sərhədlərin açılması müqabilində Türkiyə Azərbaycana nə təklif edə bilər?
- Hesab edirəm ki, Türkiyə regionda geniş siyasi oyun aparmalıdır. Minsk Qrupu indi iflic vəziyyətindədir. Lakin bilirəm ki, Metyu Brayza erməniləri hərbi qüvvələrinin bir hissəsini Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarmağa inandırmağa çalışır. Əgər bu simvolik geriçəkilmə baş tutsa, Türkiyə üçün sərhədin açılması daha rahat olacaq. Bilirsiniz ki, Türkiyədə ciddi Azərbaycan lobbisi var. Sıravi insanlar da Azərbaycana görə narahatdır. Türkiyə hökuməti də Ermənistanla bağlı siyasətində Azərbaycanı nəzərə alır. Ən yaxşı variant odur ki, ermənilər bəzi qoşunlarını işğal olunan 7 rayondan çıxarır, Türkiyə isə bundan sonra sərhədi aça bilər. Daha sonra isə prezident Obamanın xüsusi elçisi təyin olunmaqla Minsk Qrupunun fəaliyyətinə ciddi təkan verilə bilər. Zənnimcə, bu, problemi həll etmək üçün ən yaxşı yoldur. Ermənistan heç bir addım atmadığı halda Türkiyə sərhədləri açarsa, bu, Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcək. Bildiyimə görə, Azərbaycan da bu məsələdən kifayət qədər narahatdır.
- “The Wall Street Journal” yazıb ki, aprelin 16-da Türkiyə ilə Ermənistan arasında müəyyən bir sənəd imzalanacaq. Sizdə bu barədə hər hansı məlumat varmı?
- Səmimi deyim ki, konkret bu məsələdən məlumatsızam. Hesab edirəm ki, Türkiyə tez və ya gec sərhədləri açacaq. Lakin əvəzində Ermənistandan nə isə əldə etməlidir. Söhbət təkcə 1915-ci il hadisələri ilə bağlı birgə komissiyanın yaradılması və digər məsələlərdən getmir. Qarabağ münaqişəsində də irəliləyiş müşahidə olunmalıdır.
- Aprelin 24-nə az qalır...
- Bəli, vaxt tükənir. İki həftə ərzində - aprelin 24-nə qədər nəsə baş verəcək. ümid edək ki, Metyu Brayza erməniləri inandırmağa müvəffəq olacaq. Serj Sarkisyan bir çox məsələdə türklərlə əməkdaşlığa razılıq verib. Bu isə onun parlamentdə oturan daşnaklarla münasibətlərini korlaya bilər. Bu məsələdə çoxlu məqamlar var.
- Dövlət Departamentində Daniel Fridi əvəz edəcək Filip Qordon sizinlə bərabər uzun müddət Brukinq İnstitutunda çalışıb. Siz birlikdə “Türkiyəni qazanaq” adlı kitab yazmısınız. Cənab Qordonun Azərbaycan haqqında bilikləri nə səviyyədədir?
- O, Türkiyəni Azərbaycandan daha yaxşı tanıyır. Lakin Minsk Qrupu çərçivəsində davam edən danışıqlar haqqında ümumi məlumata malikdir. F.Qordon çox ciddi və balanslı təhlilçidir. Bu, son nəticədə Türkiyə-Azərbaycan-Ermənistan, eyni zamanda, Türkiyə - ABŞ yaxınlaşmasına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxFormula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03

