Qərb-Rusiya münasibətləri: böhran dərinləşir
30.07.2016 [10:06]
Son zamanlar qlobal miqyasda geosiyasi gərginliyin yüksəldiyini təsdiq edən proseslərin sayı artıb. Əsas olaraq Qərbin böyük dövlətləri (daha çox ABŞ) Moskvanı bir sıra məsələlərdə ittiham edir, o cümlədən Rusiyanın təhlükəli hərbi addımlar atdığını söyləyirlər. Bunun fonunda NATO-nun öz hərbi potensialını daha da gücləndirməsi zərurətindən bəhs edilir. Bunlara qarşılıq rəsmi Moskva öz mövqeyini bəyan edir. Kreml ümumi vəziyyətin NATO tərəfindən gərginləşdirildiyini ifadə edir. Burada başlıca arqument kimi bir sıra regionlarda Şimali Atlantika Alyansının öz hərbi qüvvələrini yerləşdirməsi və yeni silahları gətirməsi göstərilir. Maraqlıdır ki, NATO-Rusiya rəqabəti Avropadan tutmuş Asiya-Sakit okean hövzəsinə qədər böyük bir ərazini əhatə edir. Bütün bunlar dünya üçün yeni təhlükələrin meydana gəlməsinin əlamətləri kimi qəbul edilə bilər. Böyük dövlətlərin hərbi müstəvidə ziddiyyətlərə girməsi və onu şiddətləndirməsi müsbət əlamət sayıla bilməz. Dünya haraya gedir?
Konfrontasiya və silahlanma: risklər artır
Qərb-Rusiya münasibətlərində gərginlik azalmır. ABŞ və Avropa İttifaqının (Aİ) böyük dövlətləri Moskvaya qarşı ittihamlar irəli sürməkdə davam edirlər. Bunlar, əsasən, təhlükəsizlik məsələləri ilə bağlıdır. Vaşinqton hesab edir ki, Kreml bəzi qonşu ölkələr üçün təhlükə yaradır. Konkret olaraq Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə təhdidlər davam edir. Bununla yanaşı, Moskva Şərqi Avropa dövlətlərinin təhlükəsizliyinə problemlər yaratmağa çalışır. Bunun təsdiqi kimi Baltik dənizindəki məlum insidentlər, Baktikyanı ölkələrin ünvanına səslənən hədələr göstərilir (bax: məs., Gkspertı CNN ne sçitaöt sluçaynımi inüidentı mejdu flotami Rossii i SŞA / “Rns.online”, 6 iyul 2016).
Qərb ekspertləri əmindirlər ki, Rusiya hərbi-dəniz donanmasının gəmiləri ilə ABŞ dəniz qüvvələri arasında olan münaqişələr təsadüfi deyil. Əksinə, bu hadisələr Amerikaya “əlcək atmaqdır” və eyni zamanda, Vaşinqtonun “avropalı müttəfiqlərini qorxutmaqdır” (bax: əvvəlki mənbəyə). NATO-nun Avropa qüvvələrinin keçmiş komandanı, general Uesli Klark bəyan edib ki, “Rusiyada hesab edirlər ki, hərbi güc nümayişi dövlət maraqlarını müdafiə etməkdir. Bu halda söhbət qorxutmaqdan gedir... bu o deməkdir ki, Rusiya ABŞ-a qarşı çıxmağa hazırdır” (bax: əvvəlki mənbəyə).
Bu cür fikirləri yalnız hərbçilər deyil, siyasi liderlər də ifadə edirlər. Almaniyanın kansleri Angela Merkel açıq bildirib ki, Rusiyanın hərəkətləri NATO ölkələrini “çox qorxudub” (bax: Merkelğ: Deystviə Rossii “qluboçayşim obrazom ispuqali” stranı NATO / “EADaily”, 7 iyul 2016). Kansler Bundestaqdakı son çıxışı zamanı bildirib ki, Avropa ilə Rusiya arasında etibarın itməsində günahkar Moskvadır. Belə ki, məsələn, məhz Kreml öz addımları ilə təməl “sərhədlərin toxunulmazlığı” prinsipini “sözdə və əməldə şübhə altına alıb” (bax: əvvəlki mənbəyə). Prezident Barak Obama isə NATO-nun Varşava sammiti öncəsi Rusiyanı İŞİD və “Brexit”lə birlikdə Şimali Atlantika Alyansı üçün ciddi təhdid adlandırıb (bax: Barack Obama. America’s alliance with Britain and Europe will endure / “The Financial Times”, 8 iyul 2016).
ABŞ-ın dövlət başçısı bu kontekstdə deyib: “Ukraynaya olan Rusiya təcavüzü bizim azad, vahid və dinc Avropa baxışlarımıza təhdiddir” (bax: əvvəlki mənbəyə). Bu fikri dövlət katibi Con Kerri Tbilisi və Kiyevə səfərlərində təsdiqləyib. Gürcüstan paytaxtında o, Rusiyanın zəbt etdiyi əraziləri tərk etməsinin, 2008-ci il müharibəsinə qədərki mövqelərə çəkilməsinin lazımlığını vurğulayıb. Eyni zamanda, dövlət katibi Vaşinqtonun Gürcüstanı müdafiə etmək üçün əlindən gələni edəcəyini bəyanlayıb (bax: Djon Kerri v Qruzii / “Qolos Ameriki”, 6 iyul 2016).
Ukraynada da C.Kerri bu dövlətin ərazi bütövlüyünün bərpası məsələsini ABŞ-Rusiya münasibətlərinin xüsusi hissəsi adlandırıb. Onun sözlərinə görə, Moskva Ukraynanın şərqindən hərbi qüvvələrini çıxarmayınca, sanksiyalar davam edəcək (bax: Tatğəna İvjenko. Kerri podqotovil Poroşenko k sammitu NATO / “Nezavisimaə qazeta”, 8 iyul 2016).
Qarşılıqlı ittihamlar: qlobal təhlükəsizliyin zəif həlqələri
Rəsmi Moskva bunları qəbul etmir. Əksinə, Qərb dövlətlərini vəziyyəti gərginləşdirməkdə günahlandırır. Rusiyanın NATO-dakı xüsusi nümayəndəsi Aleksandr Qruşko bəyan edib ki, “Alyansın şərq istiqamətində atdığı addımlar birmənalı olaraq situasiyanı pisləşdirir” (bax: Qruşko priqrozil NATO voenno-texniçeskim otvetom so storonı Rossii / “Vzgliad.ru”, 6 iyul 2016). Burada əsas məqsəd Avropa qitəsində yeni ayırıcı xətlər çəkməkdən, böyük Avropa layihəsinin reallaşmasına mane olmaqdan və Aİ ölkələrinin ABŞ-dan asılılığını gücləndirməkdən ibarətdir (bax: əvvəlki mənbəyə).
Lakin NATO bilməlidir ki, bütün bunlar yalnız əks-effekt verə bilər. Belə ki, Rusiya cavab kimi lazım olan hərbi-texniki addımları atmağa qadirdir. Moskva öz müdafiəsini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək. Onu deyək ki, bu barədə Prezident Vladimir Putin də açıq fikir bildirib. Kreml artıq yeni hərbi tədbirlər görmək barədə göstəriş verib. Rusiya ordusunun hərbi təlimləri, manevrləri, yeni silahlarla təmin edilməsi mövcud tələblər nəzərə alınaraq həyata keçirilir.
Bunlardan başqa, Moskva Qərb dövlətlərini Rusiyanın sərhədləri yaxınlığına yeni silahlar və canlı qüvvə yığmaqda ittiham edir. Baltik dənizindən başlayaraq Mərkəzi Asiyaya qədər geniş bir məkanda NATO öz hərbi varlığını gücləndirir. Baltikyanı ölkələrdə, Polşada, Moldovada, Ukraynada, Gürcüstanda və Mərkəzi Asiya ölkələrində NATO əlavə hərbi tədbirlər görür, bununla da yeni silahlanma yarışına təkan verilmiş olur. Rusiya prezidenti bunu başa düşdüklərini bildirib. Ancaq cavab addımları atmaqdan başqa çıxış yolunun olmadığını da ifadə edib.
Yuxarıda ifadə edilən fikirlər onu təsdiqləyir ki, Qərb-Rusiya münasibətləri yeni gərginlik fazasına yüksəlməkdədir. Tərəflər böyük bir məkanda hərbi qarşıdurmaya doğru gedirlər. Hətta bunu Asiya-Sakit okean hövzəsində belə müşahidə etmək mümkündür. Son məlumatlara görə, Rusiya Kuril adaları silsiləsinə daxil olan Matua adasında hərbi-dəniz bazası tikməyə hazırlaşır. Onun tikintisinə bu il start verilməlidir (bax: Aleksey Verxoənüev. Kurilğskiy “agrodrom podskoka” - qolovnaə bolğ Ameriki / “Svobodnaə pressa”, 30 iyun 2016).
Amerikanın həmin istiqamətdə öz hərbi-dəniz qüvvələrini gücləndirməsi və bu regiondakı müttəfiqlərinə yardımlarını artırması çoxdan məlumdur. Deməli, artıq iki böyük dövlət arasında geosiyasi-hərbi qarşıdurmanın bütün regionları əhatə etdiyini və onun daha təhlükəli bir məzmun kəsb etməyə başladığını demək mümkündür.
Bu cür qarşıdurma beynəlxalq təhlükəsizlik üçün ciddi risklər meydana gətirir. Siyasətçilər yaranmış vəziyyəti İkinci Dünya müharibəsi ərəfəsində olan mənzərə ilə müqayisə edirlər. O zaman da silahlanma və qarşılıqlı ittihamlar üstünlük təşkil edirdi. ABŞ, Avropa və SSRİ ortaq nəticəyə gələ bilmirdilər. İndi vəziyyət daha qorxuncdur, çünki, birincisi, müxtəlif regionlarda həll edilməmiş münaqişələr davam etməkdədir, ikincisi, ölkələrin hərbi imkanları keçən əsrin 40-cı illəri ilə müqayisə edilməz dərəcədə inkişaf edib.
Həmin səbəblərdən müasir mərhələdə müharibə bütövlükdə bəşəriyyətin varlığına təhlükə olardı. Maraqlıdır ki, supergüclər bunu dərk edib, konfrontasiyaya gedirlər. Burada məntiqsizlik var, lakin, görünür, geosiyasi maraqlar o dərəcədə güclüdür ki, hətta ölümcül savaşdan belə çəkinmək istəmirlər. Lakin bu yolun sonunun olmadığı da bəllidir.
Bəşəriyyət üçün bu təhlükələrin aradan qaldırılması çox önəmlidir. Siyasətçilər və hərbçilər bir araya gəlib, dünyanın problemlərini təmkinlə müzakirə etməlidirlər. Hələlik isə NATO bir tərəfdə, KTMT isə digər tərəfdə öz xəttini yeritməyə çalışır. Dünya bu təşkilatlarda birləşən ölkələrdən çox böyükdür. Ancaq, təəssüf ki, elə bir beynəlxalq tənzimləmə mexanizmi yoxdur ki, həmin məqam nəzərə alınaraq hərəkət edilsin. Kim güclüdürsə, o, haqlı sayıla bilər, hətta ən böyük ədalətsizliyi etsə belə. Lakin dünyanı bütün xalqların vahid evi kimi nəzərdən keçirdikdə, onun çökən divarlarının altında hamımızın qalacağını dərk etmiş olacağıq!
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04

