Ermənistandakı qığılcımdan tezliklə alov doğacaq
03.08.2016 [15:07]
Üsyançılar Serj Sarkisyan rejiminə qarşı mübarizənin ikinci fazasının başlandığını elan etdilər
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması ökədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Hakimiyyət vəziyyətin sosial partlayış həddinə çatmaması üçün ümidlərini xaricdən Ermənistana edilən yardımlara dikirdi ki, cari ildə bu yardımlar da minimuma enib. İlin əvvəlində yerli analitiklər belə proqnoz verirdilər ki, indi ölkədə vəziyyət o dərəcədə böhranlı həddə çatıb ki, kiçik bir qığılcım belə Sarkisyan hakimiyyətinin sonunu yaxınlaşdıra bilər. Və iyulun 17-də baş verənlər elə həmin qığılcımdan xəbər verirdi.
Yerli analitiklərin fikirlərinə istinad edən “Lragir.am” saytı yazır ki, əslində, müxalifətyönlü “Sasunun igidləri” (“Sasna Tsrer”) qruplaşması Serj Sarkisyan rejimini devirmək üçün Leninin məşhur “qığılcımdan alov doğar” şüarını təsadüfən seçməyib. Belə ki, onlar Sarkisyan rejimindən zinhara gəlmiş sadə ermənilərin tezliklə onlara dəstək verəcəklərinə qabaqcadan əmin olublar. Yerevanın mərkəzində polis polkunun zəbt edilməsindən az sonra nəinki sadə vətəndaşların, hətta müxalifət partiyaları nümayəndələrinin də hadisə yerinə gəlməsi Sarkisyan hakimiyyətini əməlli-başlı təşvişə salıb. Doğrudur, insidentdən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatla çıxış edərək, Yerevanda baş verənləri “kriminal ünsürlərin əməlləri” adlandırması hakimiyyəti bir qədər sakitləşdirsə də, ABŞ Dövlət Departamentinin iyulun 20-də yaydığı bəyanat Serj Sarkisyan üçün bir növ “soyuq duş” effekti yaratdı. Dövlət Departamentinin sözçüsü Mark Toner keçirdiyi mətbuat konfransında ABŞ-ın Ermənistanda baş verən siyasi proseslərdə güc tətbiq edilməsinin əleyhinə olduğunu bəyan etməklə yanaşı, hakimiyyəti yaranmış vəziyyəti həll edərkən dözümlü olmağa çağırdığını vurğulayıb. Sayt yazır ki, Sarkisyan açıq-aydın dilemma qarşısında qalmışdı - ya üsyançıları “kriminal ünsür” kimi məhv etməli, ya da ki ölkədə köklü demokratik dəyişikliklərə başlamalı idi. Görünür, kriminal rejimə “kriminal ünsürlər”i məhv etmək daha asan göründüyündən, elə buna da getdilər. İyulun 31-də iki həftədən bəri davam edən hakimiyyətə etiraz aksiyası silah gücünə yatırıldı.
Müxalifətyönlü “Sasna Tsrer” qruplaşmasının üzvü Varujan Avetisyanın sözlərinə görə, hökumət qüvvələri axşam saatlarında qəfil hücumla polis polkunda olan 20-dək üsyançını gülləbaran edib, onların ayaqlarına deyil, hətta ürək və baş nahiyələrinə atəş açmaqdan belə çəkinməyiblər. Halbuki, bundan əvvəl etirazçılar silahı yerə qoyaraq, hökumət qüvvələrinə təslim olmaq haqda qərara gəliblər.
“Bizim qarşımızda iki yol var idi - ya polisə silahlı müqavimət göstərmək, günahsız insanların qanının axıdılmasına səbəb olmaq, ya da ki hərbi əsir kimi təslim olmaq.
Biz ikinci yolu seçdik. Biz xalq üsyanının birinci mərhələsində öz missiyamızı yerinə yetirilmiş hesab edirik. Biz öz vəzifə borclarını yerinə yetirən günahsız insanların qanının tökülməsinə qarşıyıq. Odur ki, belə qərara gəldik ki, hərbi əsir olaraq öz missiyamızı davam etdirməliyik. Üsyan davam edir və bundan sonra da davam edəcəkdir. Xalqımız öz gələcəyi uğrunda mübarizəyə qalxmalıdır. Biz ölkəmizin Rusiyanın bir quberniyasına çevrilməsinə imkan verməyəcəyik. Biz hiss edirik ki, qələbəmiz çox yaxındadır. Odur ki, xalqı da mübarizəyə səsləyirik”, - deyə Varujan Avetisyan vurğulayıb.
Saytın yazdığına görə, “Sasna tsrer” bu addımı ilə Ermənistanın siyasi gündəmini dəyişməklə bərabər yeni bir siyasi şkala müəyyən etmiş oldu. Belə ki, Sarkisyan hakimiyyəti, eləcə də onun havadarları çox çalışırdılar ki, üsyançılar günahsız insanlara qarşı odlu silahdan atəş açsınlar. Bununla da onları “kriminal ünsür” damğası ilə tarixin bir küncünə atsınlar. Lakin üsyançıların təslim olaraq, hakimiyyətə qarşı silahlı mübarizəni siyasi mübarizə ilə əvəz etmələri Serj Sarkisyanın çirkin niyyətinin üstündən qalın bir xətt çəkmiş olub. Eyni zamanda, bu, onun xüsusi ilə Qərb dövlətlərində olan-qalan imicinə də güclü zərbə vurub.
Yerli analitiklər belə hesab edirlər ki, bu olaydan sonra Ermənistan artıq dəyişməyə məhkumdur. Burada söhbət heç də ondan getmir ki, bundan sonra hakimiyyətin taleyi necə olacaq. Əsas odur ki, bu insidentdən sonra Ermənistan cəmiyyəti necə dəyişəcək, ictimai-siyasi proseslər necə cərəyan edəcək və ölkənin gündəmini hansı hadisələr zəbt edəcək. Əgər cəmiyyət, ölkə ictimaiyyəti və ziyalılar müti şəkildə Serj Sarkisyanın illərdir danışdığı nağıllara qulaq asmaqda davam edəcəksə, Ermənistan elə həmin bataqlıqda da boğulacaq - bir dövlət kimi məhv olacaqdır.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04

