Ermənistanda etiraz aksiyaları səngimir
17.08.2016 [15:59]
“Sasna Tsrer” işi Sarkisyan hakimiyyətini dalana dirəyib
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyətinin aclıq və səfalət içində yaşadığı Ermənistanda vəziyyət gündən-günə daha da pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin məmurlar tərəfindən talanması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması isə işğalçı ölkədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Bu və digər amillər Ermənistanda onsuz da sabit olmayan ictimai-siyasi vəziyyəti bir qədər də gərginləşdirib.
Bir neçə gün öncə Ermənistanda post-patrul alayının binasına hücum etmiş silahlı qrup üzvlərinin məhkəmə prosesi başlayıb. Tələsik verilən qərarlar və həbslər üsyançıların yaxınlarının etirazına səbəb olub. “Lragir armenia” informasiya agentliyinin verdiyi məlumata görə, “Sasna Tsrer” silahlı qrupunun üzvü Hovanes Arutyunyanın azadlığa buraxılması ilə bağlı qaldırılan iddianın ləğv edilməsi fəalları qəzəbləndirib. Bu barədə Arutyunyanın vəkili Arik Papikyan jurnalistlərə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Hovanes Arutyunyan ağır güllə yarası aldığından həbsdə qalmasına heç bir əsas yoxdur. O, xüsusi nəzarət altında müalicə almalıdır. Üstəlik də ona qarşı irəli sürülən ittihamlar əsassızdır. Hüquq müdafiəçisinin sözlərinə görə, “Sasna Tsrer”, hökumətin iddia etdiyi kimi cinayətkar qruplaşma deyil. Onlar, sadəcə, ədalətin bərqarar olması üçün bu addımı atıblar.
Yeri gəlmişkən, ötən gün İrəvanın mərkəzi meydanında müxalifətin növbəti mitinqi olub. “Təsis parlamenti”nin üzvü Alek Yeniqomşyan tezliklə hökuməti istefaya göndərəcəklərini açıqlayıb: “Biz xalqın etimadına əsaslanan yeni hökumət qururuq. Bizi Serj və ya başqaları maraqlandırmır, onların adlarını da çəkmək lazım deyil. Onları görməzdən gəlirik, yeni hökumət qururuq ki, bu tiranlıqdan fərqli olaraq, xalqın etimadını doğrultsun”.
Yeniqomşyanın sözlərinə görə, təşkilatlanmaq üçün mitinqləri müvəqqəti təxirə salırlar. Bu müddətdə 15-dən çox siyasi məhbusun azadlığa buraxılması üçün mübarizə aparacaqlar. “Təsis parlamenti” post-patrul alayının binasına hücum etmiş üsyançılara dəstək mitinqləri zamanı zorakılığa məruz qalan dinc nümayişçilərin hüquqlarının müdafiəsini də nəzarətdə saxlayır. Bununla bağlı xeyli sayda video görüntülər əldə olunub. Yaxın günlərdə toplanan bütün materiallar Ermənistan Ali Məhkəməsinə təqdim ediləcək. Dinc nümayişçilərə qarşı güc tətbiq edən polis əməkdaşları cəzalandırılmayacağı təqdirdə “Təsis parlamenti” beynəlxalq məhkəmələrə müraciət məktubu ünvanlayacaq.
Qeyd olunur ki, mitinq zamanı zorakılığa məruz qalanlar arasında jurnalistlər də var. Onlar iyulun 29-dan 30-na keçən gecə Sarı tax məhəlləsində Ermənistan Xüsusi Xidmət İdarəsinin əməkdaşları tərəfindən döyülüblər. Bununla bağlı dəfələrlə İrəvan polis idarəsinə müraciət etsələr də, şikayətlərinə baxılmır. Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan onlara qarşı irəli sürülən ittihamları rədd edir. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyində jurnalistlərə qarşı zorakılıqla bağlı heç bir fakt yoxdur. İnsidentlər zamanı zərərçəkənlər arasında Ermənistanın “A1+” xəbər saytının əməkdaşları da var. Saytın rəhbəri Mesrop Movsesyan bildirir ki, şikayətlərindən sonra iki dinc vətəndaş saxlanılıb. Məhz onların jurnalistləri döydüyü iddia edilir. Movsesyan isə bunun gülünc olduğunu deyib: “Saxlanılan gənclər, sadəcə, qurbandırlar. Ermənistan polisinin növbəti qurbanları. Sadə vətəndaş jurnalistə necə qumbara ata bilər? Əməkdaşlarımızın olduğu əraziyə səs qumbaralarını bu gənclər yox, polis özü atıb. Şahidlərimiz də var. Hətta həmin şəxslərin kimliyini də əldə etmişik. Lakin bunu sübuta yetirə bilmirik, şikayətlərimizə baxan yoxdur”.
Movsesyanın sözlərinə görə, ədalət bərqərar olunana kimi bütün lazımi vasitələrə əl atacaqlar. Artıq “A1+” saytının zərərçəkən əməkdaşları da daxil olmaqla bir qrup jurnalist məhkəməyə müraciət edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

