Ermənistanda siyasi və iqtisadi böhran dərinləşir
05.11.2016 [09:03]
Sarkisyan hakimiyyəti isə çıxış yolunu vətəndaşlara, ictimai fəallara güc tətbiqində və repressiyalarda görür
Ermənistanda ictimai-siyasi kataklizmlər artıq vətəndaş qarşıdurması həddinə çatıb, hökumət böhranına transfer olunub. Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların etirazına səbəb olmaqla yanaşı, siyasi xaos və qarşıdurmaya rəvac verir. “Tert.am” saytı yazır ki, iqtisadi sahədə müşahidə edilən tənəzzül daha da dərinləşib və bu, növbəti siyasi böhrana yol aça bilər. Mənbə yazır ki, İrəvanda keçirilən sonuncu etiraz aksiyası Sarkisyan hakimiyyətinə ciddi mesajlar verib. Hakimiyyət siyasi və iqtisadi tənəzzülün nəticələrini aradan qaldırmaq gücündə olmadığı üçün yenə də güc tətbiqinə istinad etsə də növbəti siyasi böhranın uzaqda olmadığını təxmin etmək çətin deyil.
İnsan hüquqları müdafiəçisi Arbak Xaçatryan Ermənistanın 1-ci informasiya kanalına müsahibəsində deyib ki, soyğunçuluq, tənəzzül, ailələrin dağılması, dövlət institutlarının fəaliyyətsizliyi Ermənistanın real mənzərəsidir. Artıq Ermənistana kömək edə bilən adamlar da orada deyillər, ölkəni isə ticarət mərkəzlərinin direktorları idarə edir. Onun sözlərinə görə, hökumət başçısını dəyişməklə də ölkə dəyişə bilməz. Ermənistanda yenə də bütün siyasi meydan bir nəfərin əlindədir, ölkədə müxalifət yoxdur: “Ölkədə iki klan var. Biri iqtidarı, digəri müxalifəti zəbt edib. Bunun əziyyətini isə sadə vətəndaş çəkir. Bu gün Ermənistanda əhali yerli məmurlara qarşı mübarizə aparır. Mübarizəni nəticəsiz görəndə isə ölkəni tərk etmək məcburiyyətində qalır. Ailəsini dolandırmaq üçün miqrasiya edir”.
“Armenia Today” isə yazır ki, siyasi və iqtisadi problemlər, insan hüquqlarının kütləvi şəkildə pozulması miqrasiyanı sürətləndirməklə yanaşı, demoqrafik böhranın meydana çıxmasını şərtləndirib. Mənbənin məlumatına görə, cari ilin göstəricilərinə əsasən, Ermənistanda yaşayan əhalinin sayı 2 milyona yaxındır. Ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə göstəricilər yenə də mənfiyə doğru dəyişib: “Ermənistan əhalisinin sayı aşağı düşüb mənfi miqrasiya saldosu təbii artımı üstələyib. İşğalçı ölkədə doğum göstəricisi ötən illə müqayisədə 2,3 faiz azalıb”.
BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Adibikyan isə bildirib ki, Ermənistanda demoqrafik vəziyyət sabit deyil. Ölkə əhalisi son 10 ildə sürətlə azalmağa doğru gedir. Bunun bir səbəbi doğum sayının aşağı düşməsidirsə, digər amil miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli həddədir. Ölkədə miqrasiyanın mənfi saldosu ilin 9 ayı ərazində artıq 25 mini keçib. Əhalinin xaricə axınının qarşısı alınmasa, bu, ciddi fəsadlarla nəticələnəcək.
“Joxovurd” qəzeti isə yazır ki, Ermənistandakı ağır iqtisadi vəziyyət, siyasi və mənəvi böhran ölkənin gələcəyi üçün yalnız təhlükəli nəticələr vəd edir. Ölkədə bütün sahələrdə xaotik durumun hökm sürdüyü reallıqdır. Bütün bunlar isə cəmiyyət daxilində mənəvi-psixoloji deqradasiyanı şərtləndirməkdədir. İşğalçı ölkədə zorakılıq halları artıb və rüşvətxorluq, korrupsiya, intihar kimi neqativ tendensiyalar aktuallığını qorumaqdadır.
Ekspertlərin qənaəti budur ki, işğalçı ölkədə dərin sosial-iqtisadi tənəzzül meyilləri Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirib. Eyni zamanda, hakimiyyət repressiya siyasətini daha da kəskinləşdirərək müxalifətə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqlər göstərir ki, bu da siyasi kataklizmləri şərtləndirir. Bir sözlə, Ermənistanda dərin tənəzzül və böhran yaşanır.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

