İşğalçı Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşir
06.01.2018 [10:42]
Erməni ekspertlər hesab edirlər ki, belə vəziyyətdə ölkədə yeni etiraz aksiyalarının başlayacağı qaçılmazdır
İşğalçılıq siyasəti ucbatından bütün regional layihələrdən uzaq düşən Ermənistanda sosial-iqtisadi böhran hər keçən gün daha da dərinləşməkdədir. Ermənistan KİV-in məlumatlarına əsasən, səfalət içərisində yaşayan ölkə vətəndaşları hakimiyyətin hansısa tədbirlər görəcəyini gözləyirlər. Lakin təcavüzkar siyasətindən əl çəkməyən Sarkisyan hakimiyyəti problemlərin həlli üçün heç bir tədbir görmür. Yayılan məlumatlarda qeyd olunur ki, problemlər Ermənistanın builki dövlət büdcəsində də öz əksini tapır. Məlumat üçün bildirək ki, 2018-ci il Ermənistanın dövlət büdcəsinin kəsiri 4 faiz olacaq. Eyni zamanda, inflyasiyanın fonunda işğalçı ölkədə maaşların, pensiyaların və müavinətlərin artırılması nəzərdə tutulmur.
Bütün bunların fonunda Ermənistanda yanvarın 1-dən gözlənilmədən benzin, dizel yanacağı və sıxılmış qazın qiyməti 15 faiz artıb. Sürücülər yeni ildən əvvəl litrini 390 drama aldıqları benzinə artıq 430 dram verirlər. Daha çox əyalətlərdə ehtiyac olan dizel yancağı isə 390 dramdan 440 drama yüksəlib. Sürücülər bir kubmetr sıxılmış qaz üçün isə 210-220 dram ödəyirlər. Halbuki ötən ilin sonuna kimi bu 180-190 dram idi. Yanacağın qiymətinin birdən-birə kəskin artması vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanıb. Etirazçıların sözlərinə görə, hökumət inflyasiya səbəbindən təqaüd və minimum əməkhaqqını artırmaqdan imtina edir. Qiymətləri isə qaldırmaqdan çəkinmir. Ermənistanda nəqliyyatda gediş giymətlərinin də artacağı istisna deyil. Bu vəziyyət işğalçı ölkədə haqlı narazılıqlar doğurur. Belə ki, ictimai fəallar əhalini meydanlara səsləyirlər. Öz növbəsində baş verənlərə münasibət bildirən iqtisadçı Mesrop Arakelyan deyib ki, yaxın vaxtlarda etiraz aksiyalarının keçiriləcəyi qaçılmazdır. Çünki dizel yanacağı, benzin və sıxılmış qazın qiymətinin artması sosial cəhətdən problemləri olan əhaliyə mənfi təsir göstərəcək. Arakelyan bildirib ki, yanvarın 8-nə kimi ölkədə tətildir. Dövlət qurumları işə başlayandan sonra etirazların miqyası genişlənəcək.
“Ermənistanda sosial-iqtisadi vəziyyət olduqca ağırdır”. Bunu isə “Tsarukyan” blokunun deputatı, Avropa İnteqrasiya Daimi Komitəsinin sədri Naira Zöhrabyan yerli KİV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkədə ərzaq məhsullarının bahalaşması “olimpiya atışı” ilə davam edir: “Hökumətin həyata keçirdiyi siyasət tamamilə səmərəsizdir və bunun hansı ağır nəticələrə səbəb olacağını deməyə çətinlik çəkirəm. Ölkədə fəlakətli köç, yoxsulluq və işsizlik daha da sürətlə artacaq”.
Deputatın fikrincə, bütün bunlar qısa zamanda həllini tapmalıdır: “Birmənalı olaraq, baş verənlər nəticəsində ölkədən köçənlərin sayı kəskin şəkildə artacaq”.
Deputatın sözlərinə görə, ölkədə miqrasiya, yoxsulluq və işsizlik səviyyəsi durmadan artır. Ermənistanda hər üç nəfərdən biri səfil həyat tərzi sürür. Bu səbəbdən də onlar çıxış yolunu xaricə üz tutmaqda görürlər. Bunun nəticəsində isə Ermənistanda iqtisadi fəal əhalinin sayı 2012-ci ildən hər il orta hesabla 40 000 nəfər azalıb.
“Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir”. Bunu isə işğalçı ölkə parlamentinin vitse-spikeri Mikael Melkumyan deyib. Onun sözlərinə görə, Ermənistanda yoxsulluq səviyyəsi 30 faiz həddindən aşağı düşmür. İşsizlik səviyyəsi rəsmi məlumatda 20 faiz göstərilsə də, bu, həqiqəti əks etdirmir. Əgər əhali Ermənistanda iş tapa bilsəydi, ölkədən əmək miqrantlarının axını bu qədər böyük olmazdı. Melkumyan onu da vurğulayıb ki, sözügedən məsələlərin həll olunmasında problemlər mövcuddur və hazırkı sosial-iqtisadi vəziyyət daha mənfi nəticələrə gətirib çıxara bilər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

