Ermənistanda böhran: Paşinyan hakimiyyətinin siyasi limiti tükənir
15.05.2020 [11:45]
İşğalçı ölkədə hökumətin yarıtmaz fəaliyyəti ciddi tənqid edilir, etiraz aksiyaları isə səngimir
Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumətin son iki ildə apardığı uğursuz siyasət işğalçı Ermənistanda sosial-iqtisadi, ictmai-siyasi sahədə mövcud olan böhranı daha da dərinləşdirib. Faktiki olaraq ümidsizliyə düçar olan Ermənistan əhalisi artıq bütün limitləri tükənən Paşinyan hakimiyyətindən yaxşı heç nə gözləmir. Demək olar ki, işğalçı ölkədəki böhranın əsas mənbəyinə çevrilən Paşinyanın özü də çıxılmaz vəziyyətə düşüb. Erməni ekspertlər hökumətin ölkəyə nəzarət edə bilmədiyini və bütün sahələrdə ciddi böhran yaşandığını birmənalı şəkildə qeyd edirlər.
Ermənistanın daxilindəki acınacaqlı duruma baxmayaraq, baş nazirin heç bir ciddi tədbir görməməsi isə vəziyyəti daha da gərginləşdirib. Əhalinin güzəranını yaxşılaşdırmaq üçün hər hansı bir addım atmayan, koronavirus pandemiyası dövründə də, necə deyərlər, “susqunluq” nümayiş etdirən N.Paşinyanın hərəkətləri vətəndaşların ciddi etirazlarına səbəb olub.
Belə ki, ölkədə fövqəladə vəziyyət hökm sürdüyü halda, təkcə regionlarda deyil, Ermənistan paytaxtında da vətəndaşlar hökumət əleyhinə hər gün aksiya keçirirlər. “news.am” saytının yazdığına görə, bu günlərdə etirazçılar Qekarkunik vilayətində maşınlarla respublika əhəmiyyətli magistral yolu bağlayıblar. Bununla yanaşı, “İradə” təşəbbüs qrupu parlament qarşısında etiraz aksiyası keçirib. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında” Avropa Konvensiyasının ratifikasiyasına etiraz edən aksiya iştirakçıları “Biabırçılıq” şüarları qışqırıblar.
Elə həmin gün Yerevanda Ermənistan Mərkəzi Bankının qarşısında kredit təşkilatlarının lisenziyadan məhrum edilməsi tələbi ilə etiraz aksiyası keçirilib.“Soyğuna yox”, “Kredit təşkilatlarına yox” şüarları səsləndirən aksiya iştirakçıları Mərkəzi Bankın nümayəndəsi ilə görüş tələb edib, tələbləri təmin olunana qədər hər gün piket, hətta oturaq aksiya keçirmək barədə hədələr səsləndiriblər.
Ermənistanın “Qolos Armenii” qəzeti isə yazır ki, hakimiyyət yalnız dövlət vəsaitlərinin bölüşdürülməsində səhvlərə yol vermir, həm də məsuliyyət yükünü vətəndaşların üzərinə atmağa çalışır. Qəzetin yazdığına görə, həddindən artıq sosial gərginliyin hökm sürdüyü belə bir şəraitdə isə hökumət başçısı parlamentin kürsüsündən müxtəlif təbəqələrdən olan vətəndaşlar arasında münaqişələrə birbaşa çağırış etməklə təhlükəli yol tutub. “Ölkədəki sosial vəziyyət hər gün daha da gərginləşərək partlayışa həddinə çatır, baş nazir isə təbəssümlə ölkənin əsas kürsüsündən dövlət dəstəyinə ehtiyacı olmayanları “imkanlı qonşusu”ndan yardım tələb etməyə çağırır. Paşinyan sabah da başqalarının borcunu ödəmək üçün 20 min dram əsirgəməyən bir deputatın qonşusu olmağın nə qədər xoş təsadüf olması barədə şeirlər söyləyəcək. Yeri gəlmişkən, yoxsulların borclarını ödəməkdən boyun qaçıran zəngin qonşularla necə rəftar etmək lazımdır?”, – deyə qəzet yazır.
Onu da xatırladaq ki, işğalçı ölkədə əhalinin böyük bir hissəsini təşkil edən “işsizlər ordusu”na dünyanın müxtəlif ölkələrinə qazanc dalınca gedənlərin geri qayıtması ilə on minlərlə yeni işsiz əlavə olunub. Yerli media xəbər verir ki, mart ayının əvvəlindən bu günə qədər təxminən 75 min erməni Ermənistana qayıdıb. Ancaq müşahidəçilərin qənaətinə görə, onsuz da, işsizliyin tüğyan etdiyi vaxtda xarici ölkələrə işləməyə getmiş işçi qüvvəsinin qayıtması postpandemiya dövründə çətin durumda olan N.Paşinyana əlavə problem yarada bilər. Bununla yanaşı, pandemiyadan sonra bəzi sahələrdə çalışanların da işlərini itirməsi qaçılmaz olacaq. Bu halda isə Paşinyan hökumətinin ölkəni idarə etməsi daha da çətinləşəcək.
Sonda qeyd edək ki, Ermənistanda sosial-iqtisadi böhran barədə ekspertlər bədbin proqnozlar verirlər. Bildirilir ki, hazırda ölkədə koronavirus böhranı ilə yanaşı, sosial-iqtisadi, daxili və xarici siyasət sahələrində, habelə məhkəmə orqanlarında böhran mövcuddur. Ekspertlər qeyd edirlər ki, kəskin qarşıdurma və etirazlarla müşayiət olunan mövcud vəziyyət işğalçı ölkədə daha ciddi fəsadların meydana çıxmasını şərtləndirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15

