Məğlub Ermənistanda siyasi xaos hökm sürür
10.03.2021 [08:44]
44 günlük müharibədə Azərbaycan qarşısında ağır məğlubiyyətə düçar olan Ermənistanda siyasi qarşıdurma səngimək bilmir. Belə ki, fevralın 25-də silahlı qüvvələrin baş qərargahının Paşinyan hökumətinin istefasını tələb etməsi məğlub ölkədəki böhranı daha da dərinləşdirib. Ermənistan mətbuatı yazır ki, baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etmək üçün Paşinyanın ciddi-cəhdləri ölkədaxili gərginliyi daha da artırıb, hətta indiyə qədər məsələyə münasibət bildirməyən keçmiş dövlət başçısı da sükutu pozub.
Belə ki, “Panorama.am”a açıqlamasında sabiq prezident Levon Ter-Petrosyan deyib ki, hərbi komandanlığın bu davranışını nümunəvi hesab edir: “Mən ali hərbi komandanlığın qəzəbini tamamilə başa düşürəm, bunun səbəbi baş nazirin alçaldıcı məğlubiyyətə görə ordunu günahlandırmaq cəhdi olub. Eyni zamanda, hərbi çevriliş cəhdini dövlət üçün ən münasib yol kimi təqdim edən bəzi siyasətçilərin məsuliyyətsiz açıqlamalarının son dərəcə təhlükəli və qınağa layiq olduğunu düşünürəm”.
Onu da qeyd edək ki, prezident Armen Sarkisyan bu günlərdə bir daha müxalifət nümayəndələri ilə görüş keçirsə də, Paşinyanın istefasını tələb edənlərin narahatlığı davam edir. Xüsusilə prezidentin O.Qasparyanın vəzifədən azad olunması barədə sənədi konstitusiya məhkəməsinə (KM) göndərməməsi qeyri-müəyyən vəziyyət yaradıb. Buna görə də “Vətənin xilası naminə hərəkat” martın 6-da və 8-də parlamentin qarşısında kütləvi etiraz aksiyalarını davam etdirib. Eyni zamanda, müxalifət yaranmış vəziyyətə uyğun olaraq qəti addımlar atmağın vacibliyini bildirir. “Panorama.am”a açıqlama verən hərəkatın lideri Vazgen Manukyan isə deyib ki, yaxın günlərdə regionlarda və Yerevanda aksiyalar nəzərdə tutulur.
Bu arada “Aysor.am” yazır ki, regionlarda hakimiyyətin fəaliyyətinə etiraz olaraq başlayan istefaların yeni dalğası da davam edir. Belə ki, Armavir vilayətinin vitse-qubernatoru, istefada olan general-mayor Aleksan Aleksanyan və Vayotsdzor vilayətinin vitse-qubernatoru Araik Muradyan istefa verərək baş qərargahın tələbinə qoşulduqlarını elan ediblər.
Ölkədəki vəziyyətlə bağlı “Panorama.am”a açıqlama verən politoloq Hrant Melik-Şahnazaryan xalqın hərəkətə keçməsi üçün vaxtın artıq yetişdiyini bildirib: “Nikol və simvolik prezident əl-ələ verib böyük bir təxribat təşkil edir. Mən baş nazir-prezident tandeminin ordunu ağlasığmaz məcraya çəkməsinə cəmiyyətimizin seyrçi qalmasını başa düşə bilmirəm”.
Yeri gəlmişkən, yenidən seçkiyə getmək təklifini irəli sürən və müxalifəti danışıqlara dəvət edən Paşinyanın “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyanla görüşü baş tutub. Həmin görüşün tam təfərrüatları açıqlanmasa da, “Armenia Today” yazır ki, E.Marukyanın sözlərinə görə, Paşinyan onun təklifini qəbul etsə, bu günlərdə istefa baş verə bilər: “O andan etibarən 14 gün ərzində yeni baş nazir seçilməyəcək və parlament buraxılacaq. Konstitusiyaya görə, növbədənkənar seçkilər parlament buraxıldıqdan sonra 30-45 gün ərzində keçirilə bilər. Bu halda 25 aprel tarixində növbədənkənar parlament seçkiləri keçirilə bilər”.
“News.am” yazır ki, hərəkatın koordinatoru İşxan Saqatelyan isə deyib ki, müxalifət N.Paşinyanın getməsi üçün “yol xəritəsi”ni müzakirə etməyə hazırdır: “Növbədənkənar seçki çağırışları ilə Paşinyan diqqəti yenidən əsas gündəmdən yayındırmaq və müxalifəti mənasız müzakirələrə cəlb etmək istəyir. Səmimidirsə, qoy gəlsin parlamentə, istefa versin və növbədənkənar seçki təyin etsin”.
Beləliklə, hökumət və hərbi rəhbərlik arasındakı gərginliyin necə sona çatacağı hələlik müəmmalıdır. Ekspertlərin fikrincə, hərbçilər şifahi narazılıqdan praktik hərəkətə keçsələr, yəni hökuməti devirmək planı baş tutsa belə, müxalifətin və ordunun hansı yolla gedəcəyi yönündə qeyri-müəyyənlik mövcuddur. Buna görə də demək olar ki, məğlub Ermənistanda siyasi xaos hökm sürür.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16

