Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 213 nəfərə yüksəlib

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 213 nəfərə yüksəlib

11.01.2024 [12:27]

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 213 nəfərə yüksəlib.

Bu barədə İşikava əyalətinin hakimiyyət orqanları məlumat yayıb. Həmçinin təbii fəlakət zamanı yaralanan 567 nəfərin hələ də müalicə aldığı, itkin düşən 52 nəfərin isə axtarışlarının davam etdiyi bildirilir.

Zəlzələdən zərər çəkən bölgələrin 25 mindən çox sakini təxliyə mərkəzlərinə yerləşdirilib, 3 mindən çox insan isə yolların dağılması səbəbindən təcrid olunmuş vəziyyətdə qalıb. Zəlzələ nəticəsində 60 minə yaxın evin elektrik enerjisi kəsilib.

Hakimiyyət orqanları hazırda zəlzələnin dağıdıcı təsirinə məruz qalan ərazilərdə binaların çökmə risklərini qiymətləndirir. Yanvarın 9-dan bəri davam edən yağışlar sürüşmə və digər ikinci dərəcəli risklərin yaranma ehtimalını artırır.

Qeyd edək ki, Yaponiyanın Noto yarımadasında və İşikava prefekturası sahillərində yanvarın 1-dən 5-dək davam edən 5-7 bal gücündə çox sayda zəlzələ baş verib.

Paylaş:
Baxılıb: 783 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31