Can, Cənab Ali Baş Komandan!
27.09.2025 [08:18]
Yuxusuz gözlərinin qızartısında dan...
Can, Cənab Ali Baş Komandan!
Yaralı əsgərə şəfa hissiylə
uzatdığın əlinə,
qürur uğrunda hazır olduğun ölümə
alnımı söykəyirəm.
Duruşundakı qətiyyətə həm də şəhid
qardaşlarına görə
qarışan qəm yandırır adamı.
Amma axı gözəldi:
torpağın ən şirin vaxtında elə
ölümlər var ki,
yaşadığına görə utandırır adamı.
Amma axı neyləməli:
Yer üzündə heç zaman sülh olmayıb,
sülh, olsa-olsa, əbədi müharibənin
arxa cəbhəsidi.
Hətta zərif güllərin savaşdığı dünyada
quşların səsi də güllə səsidi.
Amma axı neyləməli:
bir gün daşıb-tökülməliydi yerə
illər boyu bağrımızdan axan qan...
Can, Cənab Ali Baş Komandan!
İndi hamıdan dərin sən duyursan
bu dərdi,
hamıdan aydın sən eşidirsən tarixin
bu pıçıltısını:
Vətən sevinc deyil, Vətən kədərdi.
Bir gün bu qaçan itlərin kəsiləcək
hürüşü,
Bu ellərdən izi-tozu itəcək...
Sənin yumruğunun bir işarəsiylə
qucacağıq torpağı
qollarımızın arasından bir qucaq
qan-qırmızı qızılgül bitəcək.
İçində üsyan və dərd adam,
doğma adam, mərd adam!
Salam Sarvan
Müharibə başlayıb...
Nəbatat bağındayam.
Hava yaman soyuqdu,
özüm də bir az xəstə.
Heyf, evdən çıxanda papaq da
qoymamışam
Anam elə bilir ki,
ölüm ayağındayam.
Müharibə başlayıb...
Nəbatat bağındayam...
Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar
şamının altda
Gör e, adam adında ağaclar
var həyatda
Ağacların üstündən yıxılan
balacalar böyüyür, igid olur.
Mən səni gözləyirəm, amma indi,
bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.
Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən
Vətən səninçün nədi?
Bax, indi dediklərim
hamısı bəhanədi:
Anamın olduğu yer, atamın
yatdığı yer,
bir də sən hardasansa ora
mənə Vətəndi.
Anam heç vaxt ölməsin,
sən də ölmək istəmə.
Mən atamdan bilirəm,
ölüm bədahətəndi.
Mən də mütləq öləcəm,
elə Eldar şamı da,
Bir əsgər anasının ...
Rəşad Nağı Mustafa
Əsgər sinəsi axtarır
isinməyə,
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə
köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər,
hər atılan güllə.
soba yanında,
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib,
“üşüyürəm, ana
odun atıram sobaya”
Daha gecələri oyaq qalmağa,
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə,
sobaya odun atmağa
ehtiyac yoxdu...
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!
Emin Piri
Üzdü ayaqlarımı
Vətən yolu
qayıtdım üzüqoylu...
qayıtdım
qurşağımın yuxarı
qatıyla,
qayıtdım
əlil arabasının atıyla...
İki balam gözüyaşlı
arvadım başıdaşlı...
Yazıq hər əmrə
müntəzir:
həm məni gəzdirir,
həm ... özü gəzir...
Süfrəmdə haram var -
dinmirəm,
İki ac balam var -
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda
heyrətin:
“Vətəni qorudun,
bəs öz qeyrətin?!”
... Üzdü ayaqlarımı
Vətən yolu
bu da mənə
“sağ ol”u...
Qulu Ağsəs
Sizə zəfər gətirəcəyik
bizə məktub yazın
heç olmasa
sətirlərdən
ürəyiniz boy versin
səbirlə dinləyin
şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız
dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək
dirək verin...
sizə zəfər gətirəcəyik
bizə barıt
qoxusu dadmayan
səhər saxlayın
bir az Günəş
bir az dəniz...
bir az da soyuq
xırdalan pivəsi
şəxsən mənim üçün
və sevməyin
ay əclaflar
bizi gözləyən
qadınları...
Zahir Əzəmət
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

