Ağappaq əbədi sükut
12.12.2025 [08:58]
Ernest Heminqueyin “Kilimancaronun qarı” hekayəsi haqqında
əvvəli ötən saylarımızda
Amma ömrünün son illərini ruh düşkünlüyü içərisində yaşayan Heminqueyin öz aqibəti də faciə ilə sonuclandı; əcəba, yazdıqlarıyla yanaşı yazmadıqlarının, yaza bilmədiklərinin acısını yaşayan və ömrünü intiharla bitirən Heminquey elə Harri deyildimi?..”
Yeri gəlmişkən deyim ki, Mahir N. Qarayevin bir neçə il qabaq işıq üzünə çıxardığı “Sonuncu korifey” romanının mərhum prototipini yaxından tanıdığımız başıbəlalı, talesiz qəhrəmanı da cəmi səkkiz səhifəlik bir əsərə bütün bildiklərini, həyatın bütün ali həqiqətlərini sığdırmaqla dünya ədəbiyyatının ən uca zirvəsinə bayraq sancmaq arzusunda, bununla da söz sənətinə yekun vurmaq, möhür vurmaq iddiasındadır...
***
Əlbəttə, Harri Smit avtobioqrafik obrazdır. Zaman-zaman bədbinliyə, xurafata qapılan müəllif onu hansısa ağır yükdən qurtulmaq üçün yaradıb, yaradıcılıq terapiyası üsuluyla dərdini-azarını alter-eqosuna yükləməklə azad ruhunun qalasını cin-şəyatin basqınından qoruyub.
“Kilimancaronun qarı” hekayəsi 1936-cı ildə dərc olunub. Həmin il bircə ay fərqlə yazıçının daha bir misilsiz incisi - haqqında əvvəllər danışdığımız “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” hekayəsi də işıq üzü görmüşdü. Amerikanın üzərinə qara buludtək çökmüş böyük depressiya illərində, Avropanı faşizm dalğası bürüdüyü bir dönəmdə Heminquey kimi həssas yaradıcı insanın əmin-arxayın dolandığını, rahat keçindiyini təsəvvürə gətirmək çətindir. Çox güman, həmin illərdə yazıçı güclü psixoloji sarsıntı, dərin yaradıcılıq böhranı keçirib - haqqında danışdığımız hekayədə bunun əlamətləri aşkar görünür. Əminəm ki, müəllif Amerikanın, Avropanın mənəvi atmosferini zəhərləmiş şər vulkanının boğanağından adını çəkdiyim iki misilsiz hekayənin ruhunu mayalandırdığı Afrika havasının sayəsində qurtulub. Yoxsa sonrakı illərdə bir-birinin ardınca yeni gözəl əsərlər, nəhayət, “Qoca və dəniz” kimi dünya söz xəzinəsinin qızıl fonduna düşmüş ölməz şedevr yarada bilməzdi.
Yaradıcılıq terapiyası - insan beyni, insan sinirləri üçün ən effektiv müalicə üsulu, yeganə ziyansız dərmandır. Sual yarana bilər ki, bəs bu dərman Heminquey kimi şöhrətli yazıçını niyə intihardan çəkindirmədi? Əlbəttə, haqlı sualdır, ancaq unutmaq olmaz ki, Heminquey 62 yaşına məhz o müalicənin, o dərmanın hesabına gəlib çatmışdı. 1951-ci ildə yazdığı “Qoca və dəniz” povestindən sonra yenidən yaradıcılıq böhranına düşmüşdü, ruhuna iş tapmamışdı, ömrünün qalan on ilində qələmindən dişədəyər bir şey çıxmamışdı. Bu boşluğu nə “Kilimancaro”nun uğurlu ekran versiyası, nə də çox arzuladığı Nobel mükafatı doldurmuşdu. Bir sözlə, hansısa mövhumi qüvvələrin təhrikiylə yaradıcılıq terapiyasına ara verən, içindəki qazıntı işlərini dayandıran yazıçı bir daha əvvəlki halına qayıtmamışdı, onun ruhu bədənindən cüda düşmüşdü, dövrünün ən adlı-sanlı həkimləri belə o ruhu o bədənlə barışdıra bilməmişdilər. Harri Smitin ayağından başlanan qanqrena Ernest Heminqueyin beyninə işləmişdi.
Bundan sonra ruhu qəfəsdən buraxmaq, saf ürəyin məzarına dönmüş bədəni əcəl adlı goreşənə təhvil vermək qalırdı. Kilimancaronun qarı - yurdundan qovulmuş sərgərdan ruhun təşnəsi olduğu əbədi sükunət, sakitlik, dinclik rəmzidir. İnanmaq istərdim ki, o saf ürək, didərgin ruh Kilimancaronun zirvəsindəki əbədi qar cənnətində, gün işığında bərq vuran ağappaq sükut içində, yuxusu buz bağlamış xallı bəbirin qonşuluğunda gecə-gündüz bilmədən, yorulmadan, usanmadan şad-xürrəm dincəlməkdədir.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

