Şənbə üçün nəzm
28.02.2026 [08:38]
Həyatım ağrıyır, ölə bilməyir
Məndə bir kişi var, gülə bilməyir
Məndə bir payız var, tələsir yaman
Dünya məndə durub, yeriyir zaman
Məndə bir yol gedir, sonu intihar
Son görüş, son gülüş, əlvida, qatar.
Kimsə ölmək ilə Ona çatmayıb
Kimsə getmək ilə sona çatmayıb
Yarpaq olmasaydı, olmazdı payız
Sarı yarpaq ilə dolmazdı payız!
Yağış olmasaydı, olmazdı bulud
Günəşin saçını yolmazdı bulud!
Sənə ağlamaqçün yarandı gözüm
Sənə “qal” deməkçün yarandı sözüm!
Pəncərə sevginin şişədən əti
Sevgi pəncərənin acı həsrəti
Bağlansa pəncərə sevgiyə sarı
Kimə göz dikərik axşam çağları?
Mərdləri ağladan acı dərd idik
Ağlaya bilmədik, biz namərd idik!
Bizdən danışdılar bütün təpiklər
Bizə oxşadılar sarı əriklər!
Nə qədər səsləsin səni həncərə?
Nə qədər gözləsin səni pəncərə?
Sürünə-sürünə bura çatmışam
Sənə çatmamışam, sona çatmışam
Sənə çatmalıydım, mən ən sonunda
Sənlə yatmalıydım mən ən sonunda
Sevginin sözündən şeir yaratdım
Yıxılıb son sözün yanında yatdım!
Unut məni, sevgilim, sadə bir ilqar kimi,
Yolüstü söykəndiyin çoxlu divarlar kimi.
Onsuz sənə desəm ki, mənimlə qal - xeyri yox,
Züleyxanın Yusifə etdiyi israr kimi.
İnanmıram, çətin ki, bu dünyada taparsan
Gözlərinə vurulmuş bu qəmli bimar kimi.
Bu dünyada, ey ürək, ən ucuzu sevgidir,
Yaşayasan ömrünü gərək ki, biar kimi.
Bilirsənmi mən niyə gecələrdən qorxuram?
Sızıldayır sinəmdə yoxluğun azzar kimi.
Bu beşgünlük dünyada var olmağın xeyri nə?
Köpük dəniz sayılmır, görünsə də var kimi.
Yandır məni, tərk elə, qoy alışım-yanım mən,
Qaranlıqda var olan şəmi-şəbi-tar kimi.
Məni atıb getdiyin o tindəyəm, gəlginən,
Çünki cahan dövr edir yerində pərgar kimi.
Tərk eləməklə bitmir mənim kimi dərdləri,
Dönəcəyəm haçansa saçlarına qar kimi.
Gücün belə çatmasa, gözünü çəkmə yardan,
Heç olmasa zahirən görün xəridar kimi.
Hamı nəsə xərcləyir dünya adlı bazarda,
Sən də xərclə Saymanı dirhəmi-dinar kimi.
***
Sanma aparırlar səni mehman eləsinlər,
Dostum, aparırlar səni qurban eləsinlər.
Gizlət qəmini, sanma ki, əğyar soruşursa,
İstəkləri var dərdini dərman eləsinlər...
Babək, Hələbə kimsə aparmır səni mehman,
Niyyətləri var qanına qəltan eləsinlər.
Yusif, quyudan çox da sevinmə ki, çıxıbsan,
Misrə aparırlar səni zindan eləsinlər.
Bülbül, səni aşiq edənin məqsədi varmış,
Aşiq eləyiblər səni nalan eləsinlər.
Həvva, yediyin almada bir hilə var imiş,
Arzu bu imiş Adəmi şeytan eləsinlər.
Geydikləri ağ paltara aldanma, Əli (ə) can,
Niyyətləri var nizəyə Quran eləsinlər.
Ey gül, qoparanlar səni gülzarın əlindən,
Kaş kinlərini eşq ilə dərman eləsinlər.
Ey Şəms, səni torpağa gömməklə rəqiblər,
Bilmir ki, əkirlər səni vulkan eləsinlər.
Fərhad, ayıq ol, baltanı öz başına vurma,
Məqsədləri var Bisütunundan eləsinlər.
Leyli, saçını bu küləyin hökmünə vermə,
Niyyət budu Məcnunu pərişan eləsinlər.
İbrahimə de, səbr eləsin, sınmasın əsla,
Dostlar çalışır narı gülüstan eləsinlər.
Ey Nuh, özünə bir gəmi hazırla, fikir var,
Allahsız adamlar yenə tufan eləsinlər.
Arxanda sənin qəddi əyilməz Savalan var,
Hər nə eləyirlər de ki, Sayman, eləsinlər.
**
Məndən uzaq dur, ey dost, bulaşmasın qəm sənə,
Yoxsa şair olarsan, qəmdən gələr dəm sənə.
Mən gördüyüm günləri heç düşmən də görməsin,
İstəmirəm ki, baxsın kəm adamlar kəm sənə.
Bayquş kimi hər gecə dil açıram şeirlə,
Söyləyirəm dərdimi həm Allaha, həm sənə.
Jalə kimi hər gecə otururam güllərə,
Kədərimi səhərlər deyirəm nəm-nəm sənə.
Bilirsənmi hər axşam niyə qaranlıq çökür?
Mənim adımdan cahan saxlayır matəm sənə.
Kaş ki bir söz tapım, deyə bilsin hissimi,
Kaş ki bunca qüssəni danışa bilsəm sənə.
Səndən ötrü beş-üç gün yaşamağa nə var ki?
İnan mənə, istəsən, yıxılıb ölləm sənə.
Ah, İsmayıl, qoç kimi gah oluram qurbanın,
Gah da Kəbə yanında oluram Zəmzəm sənə.
Mənə bir tar verginən ki, ifşa etsin məni,
Bu sevginin sirrini çalım zilü-bəm sənə.
Hürr olmağa “Quran”ı oxumağa gərək yox,
Bəs eyləyər inan ki, hətta bir ayəm sənə.
İçimdəki vulkanım partlayacaq haçansa,
Yanımda olsan yəqin, dəyəcək qəlpəm sənə.
Məndən uzaq dur, ey dost, yoxsa qəmim bir gecə
Ya olacaqdır Əfşin, ya İbni-Mülcəm sənə.
Bu kədərin mənşəyin soruşma məndən əsla,
Elə sirlər vardı ki, danışa bilməm sənə.
Sayman Aruz
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09

