Uşaqların şeir babası - Abdulla Şaiq
22.07.2022 [10:34]
M.Bayramlı
Abdulla Şaiq əlinə qələm aldığı gündən ömrünün sonunadək yazdı. 60 il yazıb-yaratdığını oxucularına miras qoydu. Hər gün onu vərəq-vərəq, sözbəsöz xatırlayırıq. Uşaqlıq illərimizin ilk əzbəri, şeir sənəti ilə ilk tanışlığımızdır Abdulla Şaiq... 1881-ci il fevralın 24-də Tiflis şəhərində ruhani ailəsində anadan olub. İyulun 24-də isə onun xatirə gününü qeyd edəcəyik.
Mübaliğəsiz deyək ki, A.Şaiq olmasaydı, Azərbaycanda məktəb və maarif işi, uşaq ədəbiyyatı onun qızıl fonduna daxil olan əsərlərdən məhrum qalardı. Onun haqqında əbəs yerə deməyiblər “Abdulla Şaiq şair ikən də müəllim, müəllim ikən də şairdir... Şeirdə də, tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Şaiq öz şeirlərini ilk əvvəl dərsliklər üçün yazır, pyes və hekayələrini ən əvvəl tərbiyəvi-əxlaqi bir niyyət və qayə naminə qələmə alırdı”.
XX əsr uşaq ədəbiyyatımızın yaradılması və inkişaf etdirilməsində ardıcıl və məqsədyönlü şəkildə çalışdı, öz fəaliyyəti ilə bu sahədə bir məktəb yaratdı. Eyni zamanda, “Əlifba” kitabı hazırladı, müxtəlif dərsliklər və dərs proqramları üzərində işlədi.
Uşağın ilkin olaraq ətraf aləmə, təbiətə, canlılara göstərdiyi diqqət və maraq şairin “Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə” və s. şeirlərində öz əksini həyatdan doğan romantik heyrətin poetik ifadəsi şəklində tapmışdı. Hər birimizin uşaqlıqdan əzbər bildiyimiz bu şeirlərdə heyrət və saflıq dolu məna və məzmun dərinliyi ifadə olunurdu. Uşaqlarda bədii zövqün cilalanması, onlarda təmizlik, səliqəlilik, əməksevərlik, elmə, təhsilə maraq və sevgi hissinin aşılanması məqsədi ilə çoxlu şeir yazmışdı. Bütün bu cəhətlərin böyük ustalıqla uşaq marağına uyğun ifadəsinin nəticəsidir ki, şeirləri uşaq poeziyamızın klassik nümunələri sırasına daxil olmuşdu.
“Tıq-tıq xanım”, “Tülkü Həccə gedir”, “Yaxşı arxa” mənzum nağıllarında, “Şələquyruq” adlı mənzum hekayəsində isə folklordan bəhrələnmə yolu ilə balaca oxucularına maraqlı əhvalatlardan bəhs edir. Özündən razılıq, hiyləgərlik və riyakarlıq, tamahkarlıq və ziyankarlıq kimi zərərli vərdişlərdən uzaq olub, ağıllı, sadə və səmimi, dostluqda həmrəy və sədaqətli olmaq kimi əxlaqi sifətlər aşılamağa çalışır.
Atasının oğlu -
Kamal Talıbzadə
1921-ci ildə Şahzadə xanım Mirzəbəyova ilə ailə quran şair üç oğul, bir qız atası oldu. Övladlarından biri - Kamal Talıbzadə böyüyür, akademik adına layiq görülür. Kamal Talıbzadə atası haqqında böyük ehtiramla qələmə aldığı “Həmişə yadımda olan insan” xatirəsində belə yazır: “O, mənim xəyalımda, düşüncəmdə elə bil indi də canlıdır, elə bil o, mənimlə hər gün danışır, məsləhətləşir, yol göstərir, nəsihət verir... Atam məni tənqidə, ədəbiyyatşünaslığa sövq edən şəxsiyyət kimi əvəzsiz və unudulmazdır. Mənim ədəbiyyat aləminə, elminə gəlməyimlə maraqlananlar tez-tez belə sual verirlər - atamın bu prosesdə rolu olubmu, olubsa necə və nə dərəcədə olub? Mən həmişə onlara belə cavab vermişəm: “Müstəsna, həm də əsas rolu olub.”
Uşaqların şeir babası idi
1959-cu il iyulun 24-ü vəfat edir. Fəxri Xiyabanda dəfn olunur. Uşaqlar, onun şeiri ilə böyüyən gənclər ilə əbədi vidalaşır. Buna baxmayaraq, yaradıcı irsi və şəxsi keyfiyyətinə olan rəğbət hər zaman onu yaşadır. 1974-cü il iyulun 26-dan Azərbaycan Dövlət Kukla Teatrı A.Şaiqin adını daşıyır. 1990-cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını işıqlandıran bir mədəniyyət ocağıdır.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51

