Xarici dil imtahanı zamanı...
07.12.2024 [09:18]
Nə, necə dəyişəcək?
Gələn ilin buraxılış imtahanlarında bir sıra dəyişikliklərin olacağı ilə bağlı fikirlər var. Ekspertlər bu dəyişikliklərin xarici dil fənninə aid olacağını iddia edirlər. Qeyd edək ki, ilin sonunda 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarının vaxtı açıqlanacaq.
11-ci siniflərdə dəyişiklik yoxdur
Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva məsələ ilə bağlı açıqlama verib. O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib: “Ötən il hansı model tətbiq olunubsa, yenə də həmin model tətbiq olunacaq”.
Yeniliklərdən biri
Şöbə müdirinin sözlərinə görə, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq: “Bu, yeniliklərdən biridir, burada 3 mətn kiçik olacaq ki, cəmi 1-2 cümlədən ibarətdir. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə, bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür”.
Xarici dildə 26 sual olacaq
A.Batıyeva qeyd edib ki, xarici dil imtahanı üzrə 26 sual olacaq ki, sonuncusu şəkil təsviri ilə bağlı olacaq: “Burada məzmun etibarilə bir-birini tamamlaması tələb olunan 3 ardıcıl şəkil verilir. Həmin sualda da 35 sözdən ibarət qısa esse yazılması tələb edilir. Bunun qiymətləndirilməsi isə fərqlidir”.
Maraqlıdır, ekspertlər qəbul imtahanlarına ediləcək yenilikləri necə dəyərləndirirlər?
“Tam doğru və əsaslandırılmış addımdır”
Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Təhsil haqqında” və “Ümumtəhsil haqqında” qanunlarda tam orta təhsilin əsas məqsədlərindən biri olaraq məzunların bir və ya bir neçə xarici dildə ünsiyyət qurmaq bacarığına malik olması göstərilir: “2024-cü ildən etibarən 9-cu siniflərdə, yəni ümumi orta təhsil səviyyəsində tətbiq edilən bu yenilik 2027-ci ildə tam orta təhsil səviyyəsində, yəni 11-ci sinif buraxılışlarında da tətbiq olunacaq. Hazırda ümumtəhsil məktəblərində tədris planı üzrə ən çox dərs saatı ayrılan fənlərdən biri xarici dildir. Qanunvericiliyə əsasən, ölkədə altı xarici dil tədris edilə bilər: ingilis dili, fransız dili, alman dili, rus dili, ərəb dili və fars dili. Bununla belə, ən çox tədris olunan xarici dillər ingilis və rus dilləridir. Fransız, alman, ərəb və fars dilləri isə yalnız az sayda məktəbdə tədris olunur. Lakin təəssüf ki, ümumtəhsil məktəblərində şagirdlərin xarici dil bacarıqlarının inkişafı zəifdir. Bunun əsas səbəblərindən biri bir çox müəllimin yetərli ünsiyyət bacarıqlarına malik olmamasıdır. Müəllimlərin xarici dil üzrə qrammatik bilikləri ilə yanaşı, ünsiyyət bacarıqlarına da malik olması vacibdir. Tətbiq edilən yeniliklər məhz bu bacarıqların yoxlanmasını və təkmilləşdirilməsini hədəfləyir. Düzgün istiqamət seçilsə də, bu qərarın bir qədər gecikmiş olduğunu söyləmək mümkündür. Buna baxmayaraq, bu, tam doğru və əsaslandırılmış addımdır. Növbəti illərdə prosesin daha da sərtləşdirilməsi və tələblərin genişləndirilməsi vacibdir. Bu, xarici dil tədrisinin keyfiyyətini artırmaq baxımından əhəmiyyətlidir”.
Yeniliklərin mənfi tərəfləri də var...
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, DİM-in 2024-cü ilin buraxılış imtahanlarında tətbiq edəcəyi yeniliklər təhsil sisteminin keyfiyyətini artırmağa və şagirdlərin biliyini daha dəqiq qiymətləndirməyə yönəlib: “Bu yeniliklər xüsusilə 9-cu siniflərin buraxılış imtahanlarında özünü göstərir. Yeni imtahan modeli oxuyub-anlama və tətbiqetmə bacarıqlarını daha əhatəli şəkildə yoxlamağa imkan verəcək. Eyni zamanda, 11-ci siniflər üçün xarici dil üzrə imtahan modelində heç bir dəyişiklik edilməməsi sabitlik prinsipi ilə izah olunur. Lakin bu yeniliklərin həm müsbət, həm də mənfi tərəfləri var və onların hər biri ayrı-ayrılıqda nəzərdən keçirilməlidir.
DİM-in təqdim etdiyi məlumatlara əsasən, 9-cu siniflərin imtahanlarında tətbiq ediləcək yeni model şagirdlərin məntiqi düşüncə qabiliyyətini, analitik yanaşma bacarığını və mətni dərk etmə səviyyəsini ölçməyə yönəlib. Yeni modelə görə, şagirdlər 4 fərqli mətnlə qarşılaşacaq. Bu mətnlərdən 3-ü kiçik həcmli, cəmi 1-2 cümlədən ibarət olacaq. Hər bir kiçik mətnə əsasən bir qapalı sual təqdim ediləcək. Dördüncü mətn isə daha böyük həcmli olub, şagirdlərin oxuyub-anlama və məlumatı tətbiqetmə bacarıqlarını yoxlamağa xidmət edəcək. Belə bir yanaşma mətn əsaslı öyrənmənin əhəmiyyətini ön plana çəkir”.
Dəyişiklik adaptasiya çətinlikləri yarada bilər...
Ekspertin fikrincə, məsələnin müsbət tərəflərindən biri odur ki, bu dəyişikliklər tədris prosesində oxuyub-anlama və məzmunu tətbiqetmə bacarıqlarına diqqəti artıracaq: “Şagirdlər mətnlərdən yalnız məlumat almayacaq, həm də həmin məlumatı analiz etmək, tətbiq etmək və uyğun nəticələr çıxarmaq qabiliyyətlərini inkişaf etdirəcəklər. Təhsildə uzun müddət əsas problem kimi göstərilən mexaniki əzbərləməyə söykənən yanaşma bu cür imtahan modelləri ilə azaldıla bilər. Şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək və oxuyub-dərk etmə qabiliyyətlərini daha dəqiq ölçmək üçün bu yeniliklər mühüm addımdır. Məktəblərdə də müəllimlər bu istiqamətdə tədris metodlarını yeniləyə bilərlər.
Amma bəzi mənfi məqamlar da nəzərə alınmalıdır. Yeniliklər hər zaman müəyyən adaptasiya çətinlikləri yarada bilər. Şagirdlər və müəllimlər yeni modelə uyğunlaşmaq üçün əlavə vaxt və resurslara ehtiyac duyacaqlar. Dörd mətnli imtahan formatı şagirdlərin vaxtı səmərəli idarə etməsini tələb edir və bu, xüsusən vaxtla bağlı çətinliklər yaşayan şagirdlər üçün əlavə təzyiq yarada bilər. Kiçik mətnlər üzrə verilən sualların sayı məhdud olduğundan şagirdlərin əhatəli bilik səviyyəsini tam şəkildə əks etdirməyə bilər”.
Valideynlər tərəfindən birmənalı qarşılaşmır...
E.Əfəndi hesab edir ki, imtahan modellərində dəyişikliklər valideynlər tərəfindən də birmənalı qarşılanmaya bilər: “Əgər yeniliklər barədə geniş izahat və maarifləndirmə işi aparılmasa, valideynlər bu modellərin faydalılığını tam anlamaya bilər və əlavə narahatlıq yarana bilər.
Ümumilikdə, 2024-cü ilin buraxılış imtahanlarında planlaşdırılan yeniliklər müasir təhsil tələblərinə cavab verir və şagirdlərin daha çox tətbiqetmə və analitik düşüncə bacarıqlarını ölçməyə yönəlib. Bu dəyişikliklər Azərbaycan təhsilinin qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə müsbət təsir göstərə bilər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

