/ / Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir
Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir
22.12.2025 [16:14]
Bir müddətdir ki, istifadəyə verilmiş “Rəqəmsal məktəb” platforması əsasən Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində tətbiq olunur. Bu platformadan müəllimlər, məktəb direktorları, valideynlər və şagirdlər istifadə edirlər. Platforma rəqəmsal mühitdə öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova deyib. O bildirib ki, valideynlər tədris-tərbiyə prosesinin ən vacib tərəflərindən biridir: “Əgər valideynlər tədris və tərbiyə prosesinə yaxından cəlb olunarsa, bu, uşaqların öyrənmə motivasiyasını və nailiyyətlərini artırır. Valideynlər bu portal vasitəsilə müvafiq girişdən keçərək övladlarının qiymətləri ilə tanış ola, həmçinin məktəb rəhbərliyi ilə ünsiyyət qura bilərlər”.
İlahə Rəsulova qeyd edib ki, valideynlərin övladlarının təhsil aldığı məktəblər haqqında fikirləri agentlik üçün önəmlidir: “Məhz buna görə də portalda valideyn məmnuniyyəti bölməsi yerləşdirilib. Bu bölmədə əsasən üç başlıq altında qruplaşdırılmış 25-dək sual yer alır. Bu suallar valideyn–məktəb əməkdaşlığına, məktəb mühitinin infrastrukturuna, eləcə də şagirdlərin intizam qaydalarına dair məsələləri əhatə edir. Valideynlər övladlarının təhsil aldığı məktəb haqqında həmin suallara cavab verməklə, bir növ, məktəbə dair öz rəy və fikirlərini, onları narahat edən məqamları bu portal vasitəsilə bildirirlər. Bu isə məktəb rəhbərliyinə növbəti addımları müəyyənləşdirməkdə və inkişaf sahələri üzrə düşünməkdə kömək edir”.
Agentliyin rəsmisi əlavə edib ki, “Rəqəmsal məktəb” platforması hələlik yalnız məktəbləri əhatə edir: “Lakin bizim üçün ümumilikdə respublikanın digər bölgələrində də valideyn məmnuniyyəti və valideynlərin məktəblər haqqında fikirləri çox önəmlidir. Məhz buna görə də hazırda rayonlarda bu sorğular kağız formatında toplanır. Həm “Rəqəmsal məktəb” platforması, həm də kağız formatında toplanan sorğuların nəticələri təhlil edildikdən sonra, məktəblərdə ehtiyac duyulan sahələrə uyğun olaraq seminarların keçirilməsi də nəzərdə tutulur”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40

