AMEA-nın iki bölməsinin illik hesabatı dinlənilib
12.02.2015 [09:58]
Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevin Azərbaycan elminin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunduğunu bildirib və ali dövlət mükafatını sahibinə təqdim edib.
Sonra akademik A.Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanovun bölmənin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzəsi dinlənilib.
Akademik bildirib ki, BTEB-in elmi müəssisələri fəaliyyətlərinə uyğun olaraq “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramı və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının icrasında iştirak edib və elmi tədqiqatlar haqqında hesabatları müvafiq idarələrə təqdim edib.
Bölmənin biologiya elmi üzrə müəssisələrində elmi-tədqiqat işləri ölkəmizdə flora, fauna və mikroorqanizmlərin biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları istiqamətində, tibb elmləri sahəsində tədqiqatlar isə əhalinin sağlamlıq vəziyyəti, yayılmış xəstəliklərin epidemiologiyası, kliniki xüsusiyyətləri, innovativ texnologiyalar əsasında diaqnostika və müalicə-profilaktika tədbirlərinin təkmilləşdirilməsi, ətraf mühitin və ekoloji amillərin əhalinin sağlamlığına təsirinin tədqiqi, regional təbii vasitələrdən istifadə etməklə yeni profilaktika və müalicə üsullarının işlənib hazırlanması istiqamətində aparılıb.
Vurğulanıb ki, AMEA-nın prioritet istiqamətləri üzrə elan etdiyi innovativ layihələrdə bölmə əməkdaşları 12-si multidisiplinar xarakterli olmaqla 28 layihə təqdim edib. Hər il olduğu kimi, bölmə institutları yerli ali təhsil mərkəzlərinin müvafiq kafedraları ilə, ümumilikdə 78 xarici elmi mərkəzin institutları ilə əməkdaşlığı davam etdirir. Bölmə institutlarının əməkdaşları il ərzində müxtəlif respublika və beynəlxalq qrant layihələrində iştirak edib və 37 qrantın qalibi olub.
Daha sonra AMEA-nın Aqrar Elmlər Bölməsinin (AEB) akademik katibi, akademik Qərib Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, bölmənin fəaliyyət planına uyğun olaraq Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı, Eroziya və Suvarma İnstitutu tərəfindən isə Abşeron şəraitində zeytun bitkisi üçün azintensivli suvarma sistemləri işlənib hazırlanıb.
Hesabat ilində bölmənin elmi istiqamətləri üzrə altı problemə dair 41 mövzu üzrə 111 tədqiqat işi aparılıb, doqquz mövzu və 13 iş tamamlanıb. Bölmə üzrə elmi fundamental və tətbiqi tədqiqatlar sahəsində 17 mühüm nəticə əldə edilib. Tətbiq planında nəzərdə tutulmuş üç iş yerinə yetirilib.
Akademik Q.Məmmədov “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində həyata keçirilmiş tədbirlər haqqında da məlumat verib. Bildirilib ki, ötən il institutda elmi tədqiqatlar müasir metodikaların istifadəsi ilə xeyli dərinləşdirilib, bir sıra mühüm elmi nəticələr alınaraq impakt faktorlu və resenziyalı jurnallarda çap edilib. Azərbaycanda mədəni bitkilərin yabanı əcdadlarının 22 fəsilə və 45 cinsə aid 185 növdən ibarət Qırmızı siyahısı tərtib olunub. Həmçinin, genetik modifikasiya olunmuş bitkilərin identifikasiyası üzrə metodika təkmilləşdirilib və onun qadağan olunması haqqında buklet hazırlanıb.
Qeyd edilib ki, hazırda bölmə üzrə 46 əyani və bir qiyabi doktorant təhsil alır. Ötən il 13 doktorant təhsilini başa vurub. Bundan əlavə, bölmənin müəssisələrində 40 nəfər mütəxəssis dissertant kimi elmi tədqiqat işi aparır. Bölmə üzrə 10 dissertasiya işi müdafiə edilib, altısı isə müdafiəyə hazırlanıb. Bölmə üzrə 11 iş patentə təqdim olunub. Alimlərin biri xaricdə olmaqla beş monoqrafiyası, biri xaricdə olmaqla altı kitabı, o cümlədən bir dərslik, elmi və elmi-kütləvi nəşrlər dərc olunub. Ötən il elmi mətbuatda ümumilikdə 271 məqalə çap edilib ki, onlardan 17-si impakt faktorlu jurnallarda, 78-i isə digər nüfuzlu xarici elmi jurnallarda dərc olunub. Həmçinin 103 tezis (69-u xaricdə) çap edilib. Bölmə alimlərinin əsərlərinə 130 istinad olub.
Hesabatda qrant müsabiqələrinə təqdim olunan layihələrdən də söz açılıb. Bildirilib ki, ötən il 19 qrant layihəsi üzrə işlər plana uyğun icra edilib. Bunlardan 13-ü xarici ölkə alimləri ilə birgə alınan qrantlardır.
Sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra hər iki hesabatın AMEA-nın illik hesabatına daxil edilməsi barədə qərar qəbul olunub.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

