Azərbaycanın inkişaf perspektivləri prizmasından “İslam Həmrəyliyi İli”
01.02.2017 [10:20]
Yola saldığımız 2016-cı il müasir Azərbaycanın tarixində mahiyyət etibarilə bir-birini tamamlayan iki əlamətdar hadisə ilə yaddaşlara həkk olundu. Bunlardan birincisi, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edilməsi idi. İkincisi isə ölkəmizdə milli, mədəni və dini fərqliliyin qəbul edilməsi və toxunulmazlığı, o cümlədən mədəni müxtəlifliyin qorunub saxlanılması ilə səciyyələnən “Mültikulturalizm İli”nin elan edilməsi oldu. Bununla əlaqədar keçirilən çoxsaylı tədbirlər, beynəlxalq aləmə verilən mesajlar ölkəmiz üçün müstəqilliyin və demokratik inkişaf yolunun bir-birindən ayrılmaz məfhumlar olduğunu bir daha sübuta yetirdi. Məhz həmin tədbirlər vasitəsilə dünyəvi, demokratik inkişaf yolu seçmiş Azərbaycan müasir dünyamız üçün həyati əhəmiyyət daşıyan sülh və dözümlülük kimi ümumbəşəri dəyərləri əyani şəkildə təsdiq etməyə nail oldu. Xüsusilə 2010-cu ildə Avropa ölkələrində multikulturalizm siyasətinin iflasa uğraması fonunda Azərbaycanın multikultural məkan kimi önə çıxması son dərəcə böyük əhəmiyyət daşıyırdı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şərq-qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı deyib.
Şöbə müdiri qeyd edib ki, bu əlamətdar hadisələrin ardınca və malik olduğumuz tarixi miras baxımından Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bir çox baxımdan məntiqi və qanunauyğun bir addımdır. Belə ki, ümumislam mədəniyyətinin təşəkkülündə və inkişafında müstəsna rol oynamış Azərbaycan tarixən İslam dünyasının əsas mədəni mərkəzlərindən biri olub. İslam mədəniyyətinə və elminə böyük töhfələr verməklə yanaşı, ölkəmiz müasir dövrün çağırışları baxımından alternativi olmayan dünyəviliyə, mədəniyyətlərarası dialoqa, müasirliyə münasibətdə sözün həqiqi mənasında örnək olub. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. Tarixən Azərbaycanda dini, məzhəb zəminində münaqişələrin yaşanmaması bunun əyani sübutudur. Müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin nəticəsidir ki, Azərbaycan Qərbə münasibətdə İslam dünyası üçün, Şərqə münasibətdə isə Qərb üçün nümunədir. Müstəqilliyinin bərpa edilməsindən günümüzə qədər keçən müddət ərzində Azərbaycanda müxtəlif dinlərə məxsus dini abidələrin təmir edilməsi, yeni məbədlərin inşası, dövlət tərəfindən dini icmalara maliyyə yardımının göstərilməsi bunun parlaq təzahürüdür. İslam dünyasında ilk dəfə olaraq Heydər məscidində vəhdət namazlarının qılınması milli-mənəvi birlik və qardaşlıq nümunəsi kimi müstəsna əhəmiyyət kəsb edir.
“İnanırıq ki, dövlətimizin başçısının elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçiriləcək sosial-mədəni və elmi tədbirlər, ilk növbədə, ölkə vətəndaşları, xüsusilə gənclər arasında maarifləndirmə yolu ilə radikal meyillərin qarşısının alınmasında mühüm rol oynayacaq. Ən başlıcası isə mayın 12-dən 22-dək ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına digər islam ölkələri ilə sadəcə idman əlaqələrinin inkişafı baxımından yanaşmamalıyıq. Əsrlərlə qazanılmış mənəvi dəyərlərimizi qorumaq şərti ilə iştirakçı ölkələrlə siyasi, iqtisadi, elmi-mədəni əlaqələrin inkişafını fürsətə çevirməliyik. Təbii ki, ümummilli məsələmiz olan Qarabağ problemi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin iştirakçı ölkələrin nümayəndələrinə çatdırılması istiqamətində bütün imkanları dəyərləndirməyi bacarmalıyıq”, - deyə M.Babaşlı bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

