Lester Universitetinin prezidenti: UNEC-lə əməkdaşlıq etməkdə maraqlıyıq
15.02.2017 [10:03]
Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub.
Universitetin prezidenti, professor Paul Boyle, strateji əməkdaşlıq üzrə direktor Maykl Qrin və Bakı regional menecerləri UNEC-də tətbiq olunan yeniliklərlə tanış olub, Maliyyə və İnnovativ bankçılıq laboratoriyalarına baxış keçiriblər. Nümayəndə heyətinə Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbinin fəaliyyəti haqqında məlumat verilib. Eyni zamanda “Elektron Universitet” modeli və UNEC müəllimlərinin elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə tətbiq edilən differensial əməkhaqqı sistemi barədə təqdimat nümayiş etdirilib. Bildirilib ki, oxşar modeli Qərb universtetlərinin əksəriyyətində tətbiq edilən sistem universitet əməkdaşları arasında işgüzar rəqabətəqabilliyi artırmaqla onların ümumi inkişaf fəaliyyətlərinə öz bəhrəsini verməkdədir. Xarici qonaqlar universitetdə mərkəzləşdirilmiş qaydada aparılan test imtahan sistemi ilə də maraqlanıblar.
UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti universitetdə tətbiq edilən yenilikləri yüksək qiymətləndiriblər. UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinin və regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsi olmasının universitetlər arasındakı əməkdaşlıqda mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, hər iki ali təhsil müəssisəsinin hədəfləri və elmi potensialı üst-üstə düşür. Prezident Paul Boyl innovativ ideyalar əsasında fəaliyyət göstərən UNEC-lə dərin və uzunmüddətli strateji tərəfdaş olmaqda maraqlı olduqlarını ifadə edib.
Görüş zamanı UNEC-lə Lester Universiteti arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi müzakirə edilib.
Radio UNEC-in qonağı olan professor Paul Boyle universitet haqqında təəssüratlarını bölüşüb.
Qeyd edək ki, UNEC-in 3 tələbəsi Erasmus+ proqramı çərçivəsində təhsillərini Lester Universitetində davam etdirirlər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

