Türk Akademiyasında “Ortaq türk ədəbiyyatı” dərsliyi hazırlanacaq
10.04.2018 [09:34]
Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ədəbiyyat mütəxəssisləri, “Ortaq türk ədəbiyyatı” tədris proqram layihəsini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, iclasda “Ortaq türk ədəbiyyatı” dərsliyi məsələsi ilə bağlı müzakirələr aparılıb.
Akademiyanın prezidenti Darxan Kıdıralı bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilən son sammitinin qərarına uyğun olaraq Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Ortaq türk coğrafiyası” dərsliklərinin hazırlanması məsələ kimi qoyulub. Akademiya tərəfindən hazırlanan və XV əsrədək olan dövrü əhatə edən “Ortaq türk tarixi” dərsliyi gələn tədris ilindən Türkiyədə Təhsil Nazirliyi tərəfindən səkkizinci sinif proqramına daxil edilib. D.Kıdıralı dərsliyin, həmçinin Qazaxıstanda Nazarbayev adına intellektual məktəblərdə istifadə olunduğunu, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın bütün məktəblərində tətbiq ediləcəyinə ümidvar olduğunu söyləyib. Akademiyanın rəhbəri dərsliklərin türk aləmi üçün çox faydalı olacağını xüsusi vurğulayıb.
“Ortaq türk tarixi” fənn olaraq tətbiq olunacaq. Dərslik təhsil proqramına uyğun olaraq üzv dövlətlərin təhsil və elm nazirliklərinin nümayəndələrinin birgə səyi nəticəsində işlənib hazırlanıb.
Keçən ilin sentyabrında başa çatan “Ortaq türk tarixi” dərsliyi layihəsinin bu il Türk Şurası Dövlət Başçıları Sammitində dövlət başçılarının təsdiqinə təqdim edilməsi gözlənilir.
İclasda “Ortaq türk ədəbiyyatı” dərsliyinin müzakirəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Bilal Həsənli, Qırğız-Türk “Manas” Universitetinin şərq dilləri şöbəsinin müdiri, Qırğızıstan Milli Elmlər Akademiyasının üzvü Osmanakun İbrahimov, Türkiyə Təhsil Nazirliyinin xarici əlaqələr və Avropa üzrə departamentinin direktoru İlhan Aksoy və digər ədəbiyyatşünaslar iştirak edirdilər.
B.Həsənli bildirib ki, bu layihə türk xalqlarının birliyini bərpa edir. Ortaq türk ədəbiyyatı ənənələrdən başlanır. Elə dastanlarımız, şifahi söz sənət nümunələrimiz, yazılı abidələrimiz var ki, ortaqdır. Məhz bu baxımdan Azərbaycan ortaq tariximiz, ədəbiyyatımız, coğrafiyamız barədə gənc nəsillərin də maariflənməsinə dəstək göstərəcək.
“Ortaq türk ədəbiyyatı” tədris proqramı layihəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin təhsil nazirləri tərəfindən qəbul olunduqdan sonra dərsliyin hazırlanması nəzərdə tutulur.
Bundan başqa, gələcək illərdə TWESCO tərəfindən “Ortaq türk coğrafiyası” dərsliyi layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

