/ / Türkiyədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib
Türkiyədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib
18.04.2018 [09:06]
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” mövzusunda konfransın bölmə iclasları keçirilib.
Aprelin 16-da isə Türkiyənin Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda konfransın daha bir bölmə iclası keçirilib.
Açılış mərasimində hər iki ölkənin dövlət himni səslənib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda keçirilən bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub. Azərbaycan Dillər Universiteti və Ərciyəs Universitetindən bəhs edən video rolik nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Ərciyəs Universitetinin rektoru professor Məhəmməd Güvən Ümummilli lider Heydər Əliyevə həsr olunmuş mötəbər konfransın təşkilatçılarına, o cümlədən Azərbayan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya minnətdarlığını bildirib. Rektor qeyd edib ki, Azərbaycanla Türkiyə qardaş ölkədir və bu cür tədbirlər universitetlərarası əlaqələri daha da inkişaf etdirir, hər iki ölkə universitetlərini təhsil və elm sahəsində uğurlu nailiyyətlərə doğru aparır. O, türk dünyasının böyük lideri Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu öndərin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq Türkiyə-Azərbaycan münasibətlərinin tarixi köklərindən bəhs edib.
ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Ulu öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərib, o cümlədən dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edib.
Ərciyəs Universitetinin professoru Mehmet Öcəl Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdən bəri qonşu dövlətlərlə, o cümlədən türk dövlətləri ilə əlaqələrin daha da möhkəmlənməsi istiqamətində apardığı işlərdən bəhs edib.
Bölmə iclasında Azərbaycan Dillər Universitetinin dosenti Ədalət Abdiyeva və dosent Sevdagül Əliyeva, Necmettin Ərbakan Universitetinin dosenti Günnər Özkan, Kadir Has Universitetinin professoru Mustafa Aydın, Çankırı Karatəkin Universitetinin dosenti Əlisamir Mərdan, Ərciyəs Universitetinin professoru Qafar Çakmaklı və dosent Əlif Şimşək Özkan məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edilib.
Konfransın işində Azərbaycan və Türkiyə universitetlərindən bir çox professorlar iştirak edib. Konfrans öz işini 2 seksiyada davam etdirib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

