Davamlı inkişafda yeni təhsil modellərinin yaranması zəruridir
22.05.2018 [09:27]
Mayın 21-də Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş “Davamlı inkişaf: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov bu il AXC-nin yaranmasının 100 illiyinin tamam olduğunu bildirib. Qeyd olunub ki, ötən yüz ildə ölkəmizdə davamlı inkişaf sahəsində böyük uğurlar əldə edilib. Davamlı inkişafın iqtisad elmində müzakirə edilən bir problem olduğunu deyən rektor bildirib ki, UNEC-in əsas hədəfi insan kapitalının yetişdirilməsidir.
Təhsil nazirinin müavini Firudin Qurbanov AXC dövründə elm və təhsilin inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib. O deyib: “1918-1920-ci illərdə Azərbaycanda Maarif Nazirliyi yaradılıb, Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb. AXC dövründə hökumət tərəfindən 100 tələbə xaricə təhsil almağa göndərilib. Müstəqillik dövründə isə xaricdə təhsil üzrə Dövlət Proqramı əsasında 3500-dən çox Azərbaycan vətəndaşı dünyanın aparıcı ali təhsil müəssisələrində bakalavriat, magistratura, doktorantura pillələri üzrə təhsil alıb. Hazırda bu istiqamətdə islahatlar həyata keçirilir”.
F.Qurbanov davamlı inkişafda yeni təhsil modellərinin yaranması zərurəti haqqında məlumat verib, bu istiqamətdə “SABAH” qrupları layihəsinin fəaliyyətini diqqətə çatdırıb. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan məqsədlərin “SABAH” qrupları layihəsinin fəaliyyətində əksini tapdığını diqqətə çatdırıb.
Konfransda “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə Azərbaycanın ali təhsil sistemində yeni model olan “SABAH” qrupları barədə məlumat verib. Bildirilib ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində yeddi baza ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Layihənin əsas məqsədi ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq keyfiyyətli kadr hazırlığının təmin edilməsidir. Hazırda “SABAH” qrupları 12 baza ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir.
Tədbirdə AXC-nin 100 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

