Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr
24.05.2018 [09:37]
Bakıda bu mövzuda keçirilən ikigünlük beynəlxalq elmi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub
Mayın 23-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin və Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda keçirilən ikigünlük beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Çex Respublikası, Niderland Krallığı, Estoniya, Ukrayna və Gürcüstandan 200-dən çox alim və tədqiqatçı iştirak edir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında misilsiz hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-yə verilən tarixi qiymətdir.
AXC-nin elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edən AMEA-nın vitse-prezidenti bildirib ki, 1919-cu ildə Bakı Universitetinin fəaliyyətə başlaması ilə müsəlman Şərqində ilk dəfə dünyəvi təhsil verən ali məktəb yaradılıb. AXC parlamentinin qəbul etdiyi 230-dək qanun və qərar içərisində elm, təhsil və mədəniyyətin geniş yer tutduğu, ölkəmizdə akademik çalışmaların hələ Cümhuriyyət dövründə yarandığı diqqətə çatdırılıb. Cümhuriyyət dövründə bir neçə elmi-tədqiqat qurumlarının fəaliyyət göstərdiyini deyən İ.Həbibbəyli Fövqəladə Təhqiqat Komissiyasının akademik səviyyədə gördüyü işlər nəticəsində 1918-ci ilin mart soyqırımı ilə bağlı 36 cilddən ibarət nəşrin hazırlandığını vurğulayıb.
Akademik İ.Həbibbəyli Cümhuriyyətin yaranmasının xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdiyini, 1990-cı ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə AXC-nin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildiyini deyib. O, Ümummilli liderin müstəqil və güclü dövlət qurmaq ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə bir sıra uğurlara imza atıldığını bildirib.
Dövlət müstəqilliyini bərpa edən xalqımızın müasir dövrdə yeni nailiyyətlərə imza atdığını bildirən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova deyib: “Bu nailiyyətlər gerçək tarixi ənənələri bilmədən mümkün ola bilməz. Müstəqillik dövründə elmi, mədəni, iqtisadi və digər sahələrdə müəyyən məsələləri həll edən Azərbaycan dövləti öz tarixi təcrübəsindən geniş faydalanıb. Azərbaycan tarixinin öyrənilməsinin elmi-nəzəri və praktik əhəmiyyəti, ilk növbədə, bir sıra amillərlə səciyyələnir. Onlardan ən əsası Şərqdə ilk dünyəvi müsəlman dövləti olan AXC-nin təcrübəsinin öyrənilməsidir. Cümhuriyyətin həyata keçirdiyi tədbirlər müasir dövrdə də demokratik normaların əsasları hesab olunur. Həmin dövrdə müxtəlif sahələrdə qəbul olunan qərarlar və aparılan islahatlarla yanaşı, AXC, ilk növbədə, dövlətçilik ənənələrini formalaşdırıb və bunun üçün çalışıb”.
Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı beynəlxalq konfransın proqramı, bölmə iclasları və müzakirə olunacaq məsələlər barədə məlumat verib. Bildirilib ki, konfransın bölmə iclaslarında yerli və xarici tədqiqatçıların Qafqaz ölkələrinin geosiyasi şəraiti, regionda cərəyan edən siyasi, sosial-iqtisadi və digər proseslər, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı 180-dək məruzəsi dinləniləcək. İclaslara Azərbaycanın və xarici ölkələrin görkəmli alimləri sədrlik edəcəklər.
Milli Məclisin deputatları Hikmət Babaoğlu, Fazil Mustafa və digər çıxış edənlər cəmi 23 ay mövcud olmasına baxmayaraq AXC-nin fəaliyyətinin böyük tarixi əhəmiyyət daşıdığını söyləyib, Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında Cümhuriyyətin mühüm rolundan söz açıblar. Bildirilib ki, AXC-nin yaranması dövlətçilik tariximizdə mühüm mərhələlərdən biridir. Xalq Cümhuriyyəti özündən əvvəlki Azərbaycan dövlətçiliyinin, bir növ, məntiqi davamı kimi meydana çıxıb, sonrakı dövrlərdə də müstəqil Azərbaycanın əsaslarını yaradıb. Ulu öndər Heydər Əliyevin hələ 1998-ci ilin yanvarında AXC-nin yaranmasının 80-ci ildönümü ilə əlaqədar imzaladığı Sərəncam bu tarixi yaddaşa, tarixi əsaslara söykənirdi.
Türkiyənin Atatürk Universitetinin professoru İbrahim Ethem Atnur, Qazaxıstanın Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbəy Ayağan, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin humanitar tədqiqatlar şöbəsinin müdiri, professor Yevgeni Krinko, Suxumi Dövlət Universiteti Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Mərkəzinin prezidenti, professor Quram Marxuliya, çexiyalı tədqiqatçı Pyotr Vaqner, Taras Şevçenko adına Kiyev Milli Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik çıxış edərək AXC və onun qurucuları ilə bağlı fikirlərini bölüşüblər. AXC-nin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışan alimlər Cümhuriyyətin yalnız türk dünyasının deyil, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50

