/ / “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfrans keçirilib
“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfrans keçirilib
15.02.2019 [09:32]
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development - ESD) təşkilatçılığı ilə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfrans keçirilib.
Park Inn otelində təşkil olunan beynəlxalq konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Auditorlar Palatası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və digər dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri iştirak ediblər.
Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov universitetin rektoru, professor Ədalət Muradovun salamlarını konfrans iştirakçılarına çatdırıb. S.Yaqubov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) adlanan 17 məqsədi və bu məqsədlərə uyğun olaraq müəyyən edilmiş 169 hədəfi özündə birləşdirən “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” razılaşmasına qoşulduğu barədə konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, alimlərin də bu təşəbbüsə dəstək olmasının vacibliyi nəzərə alınaraq, UNEC və ESD (Economic Social Development-Sosial İqtisadi İnkişaf) təşkilatının qarşılıqlı əməkdaşlığı ilə “Davamlı İnkişafın Sosial-iqtisadi problemləri” mövzusunda 37-ci Beynəlxalq Elmi Konfrans Bakıda təşkil olunub. S.Yaqubov dünyanın müxtəlif ölkələrindən altı istiqamət üzrə 201 məruzənin daxil olduğu beynəlxalq konfransda davamlı inkişaf konsepsiyasının əsas istiqamətlərinin öz əksini tapdığını vurğulayıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov beynəlxalq konfransa Bakının ev sahibliyi etməsini ölkədə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib. Nazirlik rəsmisi konfransa ölkənin aparıcı universitetlərindən olan UNEC-in təşkilatçılıq etməsini Azərbaycan ali təhsilinin beynəlxalq ali təhsil və elm məkanında artan nüfuzundan xəbər verdiyini vurğulayıb. Konfransı sosial iqtisadi məsələlərin geniş müzakirə olunduğu bir platforma adlandıran Ş.Bayramov bildirib ki, ölkənin inkişaf strategiyasının həyata keçirilməsi üçün seçilmiş çevik mexanizm sosial iqtisadi inkişafın təmin olunmasına geniş imkanlar yaradıb: “Konfransa dünyanın müxtəlif ölkələrindən çoxsaylı alimlərin qatılması onu deməyə əsas verir ki, alimlər də davamlı inkişafın sosial-iqtisadi inkişaf kontekstində geniş ictimaiyyətə çatdırılmasında maraqlıdırlar”.
Beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunmasına göstərdiyi dəstək üçün UNEC rəhbərliyinə minnətdarlığını bildirən Təşkilat Komitəsinin prezidenti Domagoj Cingula 37-ci konfransın Azərbaycanda keçirilməsini əlamətdar hadisə adlandırıb. Bildirib ki, konfransda dünyanın 16-dan çox ölkəsinin tədqiqatçıları ilə birgə dayanıqlı inkişafın sosial-iqtisadi problemləri ilə bağlı müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. D.Cingula konfransda qəbul olunan məqalələrin “Web of Science” və “EconLit” kimi nüfuzlu beynəlxalq elmi bazalarda dərc olunacağını qeyd edib.
Təşkilat komitəsinin üzvü, Zaqreb Universitetinin departament direktoru Marijan Cingula Azərbaycanda ilk dəfə olduğunu bildirərək, Bakını çox gözəl şəhər adlandırıb. Layihə barədə məlumat verən M.Cingula qeyd edib ki, məqsəd inkişafın iqtisadi amillərini insanların sosial təminatı kontekstinə daxil etmək və ölkələrin inkişafını bu istiqamətə yönəltməkdir.
Tədbir dünya iqtisadiyyatının aktual cağırışlarının müzakirəsi ətrafında çıxışlarla davam edib.
Beynəlxalq konfrans öz işini 2 gün UNEC-də təşkil olunan bölmə iclaslarında davam etdirəcək.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

