/ / Rusiya səfiri: İnanıram ki, UNEC məzunları Rusiya-Azərbaycan iqtisadi əlaqələrinə töhfələr verəcək
Rusiya səfiri: İnanıram ki, UNEC məzunları Rusiya-Azərbaycan iqtisadi əlaqələrinə töhfələr verəcək
07.03.2019 [10:20]
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Bildirilib ki, UNEC regionun 4 dildə ali təhsil verən və Rusiya Federasiyasında filialı olan yeganə universitetidir. UNEC-də rus dilində tədrisə böyük önəm verildiyini diqqətə çatdıran rektor Rus İqtisad Məktəbinin (RİM) fəaliyyətindən söz açıb, fakültədə 9 ixtisas üzrə iqtisadyönümlü tədris həyata keçirildiyini qeyd edib. UNEC-in Avropanın nüfuzlu universitetləri ilə magistratura və bakalavr pilləsi üzrə ikili diplom proqramlarından və əməkdaşlıq münasibətlərindən söz açan Ə.Muradov Rusiyanın ali təhsil müəssisələri ilə də bu istiqamətdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. UNEC-in Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) ilə inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması əldə edildiyini, Plexanov adına Rusiya İqtisad Universiteti və “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti ilə əməkdaşlıq proqramlarının həyata keçirildiyini vurğulayıb.
M.Boçarnikov Azərbaycanda rus dilinə olan marağı hər iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirib. Azərbaycanda rusdilli təhsilin davam etdirilməsi məqsədi ilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlğın qurulması və genişləndirilməsinə dəstək göstərəcəyini deyib.
Görüşdə Rusiyanın ali təhsil müəssisələri ilə birgə elmi jurnalların dərc olunması, yay məktəbinin təşkili, müəllim-tələbə mübadiləsinin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Sonra rusiyalı diplomat Rus İqtisad Məktəbinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.
UNEC-də RİM-nin yaradılmasını mühüm hadisə adlandıran səfir fakültənin məzunlarının öz bilik və bacarıqları ilə Rusiya və Azərbaycanın iqtisadi əlaqələrinin inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
Səfir müəllim və tələbələrin Rusiya universitetləri ilə əməkdaşlıq məsələləri, birgə elmi tədqiqatların aparılması, Xəzəryanı dövlətlərlə beyin mərkəzlərinin yaradılması, o cümlədən Rusiya-Azərbaycan münasibətləri, iqtisadi əlaqələrin inkişafı və digər məsələlərlə bağlı suallarını cavablandırıb.
Hər iki dövlət arasındakı münasibətlərin qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyinə diqqət çəkən diplomat Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. M.Boçarnikov Rusiya ilə elm və təhsil sahəsində əməkdaşlığın qurulması istiqamətində təkliflərin hazırlanaraq səfirliyə təqdim edilməsini tövsiyə edib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

