Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının “ALMAZ” nişanı ilə təltif olunub
30.04.2019 [10:32]
Aprelin 26-da Moskva şəhərində Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) 2018-ci ildəki fəaliyyətinə dair ümumi yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti akademik Boris Qusev 15 ölkədən BMA-nın üzvü olan 266 alimin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.
Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, akademik Əhəd Canəhmədov Ümumi Yığıncağın iştirakçılarının yekdil qərarı ilə Mandat Komissiyasının sədri seçilib. Akademik Əhəd Canəhmədov AMA-nın 2018-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib.
Yığıncaq ərəfəsində Moskvada nəşr olunan “İnjenernaə Qazeta”nın aprel nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Arif Paşayevin “Vəzifələri kosmik yüksəkliyə qaldırarkən” (“Podnimaə zadaçi do kosmiçeskix vısot”) sərlövhəli geniş məqaləsi dərc olunub.
Qəzetin həmin nömrəsi yığıncaq iştirakçılarına paylanılıb. Müəllif məqalədə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi çərçivəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi, həmçinin sənayenin və aqrar sahələrin dirçəldilməsi istiqamətində və digər transregional layihələrin icrası məsələlərindən ətraflı bəhs edib. Akademik Arif Paşayevin məqaləsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Ümumi Yığıncaqda BMA-nın Prezidentlər Şurasının İdarə Heyətinin qərarı ilə akademik Arif Paşayevin Beynəlxalq Mühəndislik Akademiyasının “ALMAZ” nişanı ilə təltif olunduğu elan edilib. Bildirilib ki, görkəmli alim bu mükafata elm və təhsildəki uğurlarına, mühəndislik elminin, Azərbaycan Mühəndislik Akademiyasının inkişafındakı, materialların dağılmadan nəzarət metodunun sənayedə tətbiqindəki, böyük beynəlxalq layihələrin işlənilməsi və həyata keçirilməsindəki xüsusi xidmətlərinə görə layiq görülüb.
Yığıncaqda, həmçinin Azərbaycandan BMA-ya 1 həqiqi və 2 müxbir üzv də seçilib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

