BDU-da beynəlxalq virtual elmi konfrans: Azərbaycan İkinci Dünya müharibəsi illərində
22.06.2020 [23:50]
İyunun 22-də Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Azərbaycan İkinci Dünya müharibəsi illərində” mövzusunda beynəlxalq virtual elmi konfrans keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransı açan Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə onlayn keçirilən konfransın məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, faşizm üzərində Qələbə asan başa gəlməyib, cəbhəyə yola düşmüş həmvətənlərimizin rəşadəti və hünəri bahasına qazanılıb. Müharibədə iştirak edən yüz minlərlə oğul və qızlarımızdan 130-u Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, yüz mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub. Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunələri göstəriblər. İkinci Dünya müharibəsində döyüşən ordunun yanacaqla təminatında və faşizm üzərində Qələbədə Bakı neftinin, Azərbaycan alimlərinin, xalqımızın xüsusi yeri və rolu olub.
İ.Zeynalov vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra da İkinci Dünya müharibəsinin iştirakçıları dövlət qayğısı ilə əhatə olunub. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara qayğı ilə yanaşıb. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dönəmindən başlayan bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransın moderatoru, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova statistik məlumatları təqdim edərək məruzəçilərə aktiv iştiraka görə təşəkkür edib. Vurğulayıb ki, İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçülərin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri qəhrəmanlıq milli qürurumuz, müharibə veteranları xalqımızın fəxridir, gənc nəslə vətənpərvərlik nümunəsidir.
Sonra Nijni-Novqorod Dövlət Texniki Universitetinin professoru Yan Şvarç “İkinci Dünya və Böyük Vətən müharibələrinin bilinməyən səhifələri və əsatirləri”, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev “Gürcüstan İkinci Dünya müharibəsi illərində”, L.Qumilyov adına Avrasiya Universitetinin professoru Svetlana Kovalskaya “Qazaxıstanın sovet xalqının böyük qələbəsinə töhfəsi”, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Azad Rzayev “Bakı İkinci Dünya müharibəsi illərində”, Sankt-Peterburq Sikkə evindən iqtisadi təhlükəsizliyin rəhbəri Leonid Vaylava “Məğlubedilməz şəhər”, Azərbaycan Texniki Universitetinin Tarix kafedrasının müdiri, professor Şikar Qasımov “Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri Lalə Hüseynova “Azərbaycan və azərbaycanlılar İkinci Dünya müharibəsi illərində - tarixin az tədqiq edilmiş səhifələri”, Cənubi Koreyanın Xanquq Universitetinin professoru Rövşən İbrahimov “İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftinin geosiyasi amil kimi rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan, Qazaxıstan və Gürcüstan əhalisinin rolu, faşizmə qarşı döyüşlərdə göstərdikləri misilsiz qəhrəmanlıqları, müharibənin siyasi, sosial, iqtisadi ağırlığı, itkilər, Azərbaycan xalqının fədakarlığı və ön cəbhədəki qəhrəmanlığı, bu dövlətlərin müharibədə fəal iştirakı haqqında ətraflı söz açılıb.
Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev təşkilat komitəsinə təşəkkür edərək bildirib ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş beynəlxalq virtual elmi konfransı iştirakçıların böyük marağına səbəb olub.
Diskussiya şəraitində davam edən elmi konfrans sualların cavablandırılması ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42

