/ / “Fevral məruzələri 2021: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” beynəlxalq elmi-praktik konfrans keçirilir
“Fevral məruzələri 2021: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” beynəlxalq elmi-praktik konfrans keçirilir
04.02.2021 [09:36]
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Azərbaycanda Gənclər Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə çıxarılması tarixinə həsr olunmuş “Fevral məruzələri 2021: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda VI Beynəlxalq elmi-praktik gənclər konfransı onlayn formatda öz işinə başlayıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-nin dəstəyi ilə keçirilən beynəlxalq konfransın işinə ABŞ, Rusiya, Türkiyə, Ukrayna, İsrail, Almaniya, Çexiya, Qazaxıstan və Azərbaycandan olan 30-dan çox elm və təhsil müəssisəsini, o cümlədən 10 universiteti, 15 elmi mərkəzi, 5 dövlət qurumunu, 3 aparıcı firmanı təmsil edən 150-dən çox iştirakçı qatılıb.
Konfransı giriş sözü ilə açan MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub.
Qeyd edilib ki, konfransda 8 bölmə üzrə aerokosmik sahənin, mülki aviasiya və nəqliyyat, informasiya texnologiyaları, radioelektronika, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə həsr edilmiş yüzə yaxın məruzə dinləniləcək. Konfrans çərçivəsində, həmçinin “Hava nəqliyyatında təhlükəsizlik: problemlər və perspektivlər” və “Təchizat zənciri menecmentinə müasir baxış və perspektivlər” mövzularında Azərbaycanın bu sahədə tanınmış alim və mütəxəssislərinin iştirakı ilə dəyirmi masaların da keçirilməsi nəzərdə tutulub.
Professor Ə.Səmədov bildirib ki, “Fevral məruzələri 2020”dən sonra keçən il ərzində respublikamızın və xalqımızın həyatında çox əhəmiyyətli tarixi hadisə baş verib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-na qədər olan 44 gün ərzində Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu torpaqlarımızı 30 illik işğaldan azad edib. Bu tarixi Qələbə Ali Baş Komandanın müdrik siyasəti, dəmir iradəsi, dəqiq və düşünülmüş strategiyası, eyni zamanda, döyüşçülərimizin cəsarəti, Azərbaycan xalqının ölkə başçısı ətrafında sıx birliyi sayəsində qazanılıb. Müasir hərbi texnologiyalardan istifadə etməklə döyüş əməliyyatlarının aparılma taktikası da öz əhəmiyyətli rolunu oynayıb.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, məhz MAA-da aviakosmik sahə üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlığı uğurla həyata keçirilir. Yeni iqtisadiyyata keçid problemləri, regionların innovasiya inkişafının aparıcı texnologiya parkları kimi müəyyən edilməsi, ali məktəbin bu məsələnin həllində rolu və iştirakı akademiyada birinci dərəcəli məsələ kimi baxılır və bu, bizi çox sevindirir.
Plenar iclasda çıxış edən məruzəçilərin - konfransın sədri, MAA-nın aerokosmik məsələlər üzrə məsləhətçisi, akademik Roald Saqdeyevin “21-ci əsr: insanlığa qlobal çağırışlar - elm hansı çıxış yolunu təklif edir”, Odessa Milli Politexnik Universitetinin Kompüter Sistemləri İnstitutunun direktoru, professor Svetlana Antoşukun “Süni intellekt bu gün və sabah”, Rusiya Elmlər Akademiyasının V.A.Kotelnikov adına Radiotexnika və Elektronika İnstitutunun baş elmi işçisi, professor Aleksandr Potapovun “Radioelektron sistemlərdə qabaqcıl fraktal texnologiyalar”, İsraildən olan hərbi aviasiya üzrə ekspert Aleksandr Şulmanın “İsrail pilotsuz aviasiyasının yaranma tarixi”, Türkiyənin İnnovasiya Menecmenti və TRİZ İnstitutunun prezidenti, professor Ali Kutvanın “İnnovasiyaya sistemli yanaşma: TRİZ və innovasiya” mövzularında olan çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.
Konfransda, həmçinin MAA-nın Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, professor Əhəd Canəhmədov və Almaniyadan olan soydaşımız, professor Mesud Əfəndiyev çıxış ediblər.
“Fevral məruzələri 2021” Beynəlxalq konfransı fevralın 4-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxSosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00

