/ / Prezident İlham Əliyev Qaradağ rayonunda "Holcim-Azərbaycan" ASC-nin yeni sement zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda "Holcim-Azərbaycan" ASC-nin yeni sement zavodunun açılışında iştirak edib
10.07.2012 [23:38]
İqtisadi inkişaf naziri Şahin Mustafayev və “Holcim”in baş icraçı direktoru Bernard Fontana dövlətimizin başçısına yenidənqurma işləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, quru üsulla məhsul istehsal edən zavod Cənubi Qafqaz regionunun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaq. üç yüz milyon avro dəyərində olan zavodun təməli 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Dünyanın 70-dən çox ölkəsində 80 min əməkdaşı çalışan İsveçrənin “Holcim” şirkətinin Azərbaycan iqtisadiyyatının inkişafında yaxından iştirakı ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli və etibarlı investisiya mühitinin məntiqi nəticəsidir. “Holcim-Azərbaycan”ın səhmdarları İsveçrənin “Holcim” Şirkətlər Qrupu, Azərbaycan İnvestisiya Şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin bir qrup yerli fiziki şəxslərdir. Azərbaycan İnvestisiya Şirkəti bu layihəyə 19 milyon manat məbləğində sərmayə yatırıb. Müəssisədə 500 nəfər işlə təmin olunub.
Azərbaycan Prezidenti müəssisənin istehsal prosesini əks etdirən stendlərə baxıb.
Qeyd edilib ki, quru üsulla sement istehsalı yanacaq sərfiyyatı və ətraf mühitə təsiri baxımından daha səmərəli olduğu üçün Avropada geniş yayılmış texnologiyadır. ölkənin qeyri-neft sektoruna yönəldilən bu investisiya Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsul istehsalının genişləndirilməsinə hərtərəfli təkan verəcək.
Vurğulanıb ki, istehsal avadanlığının 80 faizi təkmilləşdirilib, köhnə yaş üsulla işləyən dörd sobanı hazırda quru üsulla işləyən bir soba xətti əvəzləyir. Müəssisə tam gücü ilə işə düşdükdə sement istehsalının həcmi 30 faiz artaraq ildə 1,3 milyon tondan 1,7 milyon tona, klinker istehsalı isə 0,86 milyon tondan 1,24 milyon tona çatdırılacaq. Ətraf mühitə mənfi təsirin minimuma endirilməsi baxımından da həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. Bu prosesin daha da təkmilləşdirilməsi və innovativ alternativ yanacaq resurslarından istifadə daim diqqət mərkəzində saxlanılır.
Dövlətimizin başçısına “Holcim-Azərbaycan” ASC-nin məhsullarının çeşidi, istehsalatda istifadə edilən xammal və digər qatqılar nümayiş etdirilib.
Prezident İlham Əliyevə texniki-iqtisadi göstəricilər əsasında yeni və köhnə müəssisələrdəki əsas avadanlığın müqayisəli təhlili göstərilib. Qeyd olunub ki, yeni müəssisədə ABŞ, Almaniya, İtaliya, İsveçrə və digər inkişaf etmiş ölkələrin avadanlığı quraşdırılıb.
Azərbaycan Prezidenti “Holcim” şirkətinin Azərbaycanda fəaliyyəti və yeni texnologiya əsasında quraşdırılmış müəssisə barədə qısa filmə baxıb.
Prezident İlham Əliyev zavodu işə salıb.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edib. Dövlət başçısı İlham Əliyev deyib ki, bu zavodun fəaliyyəti nəticəsində Azərbaycan iqtisadiyyatı, Azərbaycanın sənaye potensialı daha da artacaq və möhkəmlənəcək: “Qaradağ sement zavodu 1950-ci illərdə yaradılmışdır. Əlbəttə ki, vaxt keçdikcə texnologiya köhnəlmişdir və müasir tələblərə cavab vermirdi. Baxmayaraq ki, bu sahədə dünyanın aparıcı şirkəti olan “Holcim” on ildən artıqdır bu zavodu işlədir və buraya sərmayə qoymuşdur. Yeni zavodun tikilməsi, əlbəttə ki, çox vacib idi. İsveçrə ilə Azərbaycan rəhbərliyi arasında aparılmış danışıqlar və əldə edilmiş razılaşmalar nəticəsində yeni zavodun tikintisi haqqında qərar qəbul edildi. Mən o günləri yaxşı xatırlayıram. Xatırlayıram ki, qərar verildikdən dərhal sonra - 2009-cu ildə yeni zavodun təməl daşı qoyuldu. Bu zavod bütün müasir standartlara cavab verir. Burada ən son texnologiyalar tətbiq edilib. çox sevindirici haldır ki, bu zavod ekoloji cəhətdən tamamilə təhlükəsizdir. Azərbaycanda ekologiya məsələlərinə çox böyük diqqət göstərilir, ekoloji tədbirlər həyata keçirilir. Əlbəttə ki, biz bu zavodun ekoloji cəhətdən təhlükəsiz olmasını alqışlayırıq”.
Prezident İlham Əliyev vurğulayıb ki, bu zavod, eyni zamanda, İsveçə-Azərbaycan əməkdaşlığının nümunəsidir: “İki ölkə arasındakı əlaqələr sürətlə inkişaf edir, qarşılıqlı rəsmi səfərlər, qarşılıqlı heyətlərin səfərləri həyata keçirilir. Bizim çox gözəl siyasi və iqtisadi əlaqələrimiz vardır. “Holcim” zavodunun Azərbaycanda fəaliyyətə başlaması qarşılıqlı inamın təzahürüdür. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR İsveçrənin enerji sənayesinə böyük həcmdə sərmayə qoyur. İsveçrədən Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyulur, Azərbaycandan isə İsveçrənin enerji sektoruna sərmayə qoyulur. Bu, özlüyündə gözəl bir göstəricidir. çünki əlaqələrimiz çoxşaxəlidir və qarşılıqlı maraqlar əsasında qurulubdur. Mən çox şadam ki, bu zavod, eyni zamanda, İsveçrə-Azərbaycan dostluğunu da gücləndirəcəkdir”.
İsveçrənin Azərbaycandakı səfiri xanım Sabine Ulmann Şaban çıxış edərək deyib ki, Azərbaycan və İsveçrə bir çox sahələrdə əla tərəfdaşdırlar: “Holcim”in yeni layihəsinin reallaşması bu münasibətlərin canlı olmasının sübutudur”.
“Holcim” şirkətinin baş icraçı direktoru Bernard Fontana çıxış edərək deyib ki, bu, Azərbaycan ilə İsveçrə arasında məhz iqtisadi sahədə aparılan əməkdaşlığın ən böyük nümunəsidir.
Prezident İlham Əliyev müəssisənin kollektivinə xoş arzularını çatdırıb və onlara yeni-yeni uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

