Azərbaycan-Tacikistan əlaqələri çoxşaxəlidir və əməkdaşlığın mühüm istiqamətlərini əhatə edir
12.07.2012 [23:02]
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dünən rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.
Görüşdə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib ki, xalqlarımız arasında tarixən çox yaxın, qardaşlıq münasibətləri var: “Bu münasibətlər dövlətlərimizin qarşılıqlı maraqları ilə möhkəmlənir. Biz beynəlxalq məsələlərdə, beynəlxalq qurumlarda da fəal əməkdaşlıq edirik. Bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Əlbəttə ki, Sizin ölkəni özümüzə dost və qardaş hesab edirik. Bütün istiqamətlər üzrə fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvarıq”.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib ki, bu gün Tacikistan-Azərbaycan əlaqələri çoxşaxəlidir və əməkdaşlığın mühüm istiqamətlərini əhatə edir: “BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra başqa beynəlxalq və regional birliklərin üzvləri olan ölkələrimizin obyektiv olaraq üst-üstə düşən maraq dairəsi genişdir. Bu, bizim imkanlarımızın bir-birini qarşılıqlı tamamladığı sahələrdə konkret birgə layihə və proqramların həyata keçirilməsində təcəssüm etməlidir. Bu baxımdan, tərəflərin qarşılıqlı əlaqələrinin digər universal və regional mexanizmləri, habelə ümumi qayğı mövzusu olan qlobal problemlər barəsində mövqelərin qarşılıqlı dəstəklənməsi iki ölkənin səylərinin əlaqələndirilməsi üçün əlverişli məkandır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanma mərasimi olub.
“Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyanatı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon imzalayıblar.
“Bakı Dövlət Universiteti və Tacikistan Milli Universiteti arasında əməkdaşlıq haqqında Müqavilə”ni Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Tacikistan Respublikasının təhsil naziri Nuriddin Saidov imzalayıblar.
“Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Tacikistan Respublikası Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti çingiz Hüseynzadə və Tacikistanın Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nematov imzalayıblar.
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Tacikistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov və Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Kosim Kosimov imzalayıblar.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və Tacikistan Respublikasının mədəniyyət naziri Mirzoşoxrux Asrori imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və Tacikistan Respublikasının Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nematov imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil sənədlərinin, elmi dərəcələrin və elmi adların qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Tacikistan Respublikasının təhsil naziri Nuriddin Saidov imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq üzrə Proqram”ı Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev və Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi imzalayıblar.
Azərbaycan-Tacikistan sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ali ordenlərlə təltif olunma mərasimi keçirilib.
Prezident İlham Əliyev Tacikistan dövlətinin başçısına Azərbaycanın ali mükafatı - “Heydər Əliyev” ordenini, Prezident Emoməli Rəhmon isə Azərbaycan dövlətinin başçısına Tacikistanın ali mükafatı - “İsmoili Somoni” ordenini təqdim edib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, biz Sizi dövlətimiz və xalqımızın bütün problemlərinə həssaslıqla yanaşan insan kimi tanıyırıq: “Azərbaycanın dostu kimi Azərbaycan dövlətinin yüksək mükafatını təqdim etmək imkanı mənə böyük zövq verir. Sizə və qardaş tacik xalqına xoş arzularımı çatdırıram, gələcəkdə uğurlar və tərəqqi arzu edirəm”.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Emoməli Rəhmona təqdim edib.
Tacikistan Prezidenti Emoməli Rəhmon minnətdarlığını bildirərək deyib ki, mənə verilən bu mükafatı xalqıma verilən mükafat kimi qiymətləndirirəm.
Prezident Emoməli Rəhmon “İsmoili Somoni” ordenini Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan Prezidenti İlham Əliyev minnətdarlığını bildirərək deyib ki, bizim xalqlarımız həmişə qardaşlıq və anlaşma şəraitində yaşayıblar: “Bu gün iki müstəqil dövlət kimi əməkdaşlığın möhkəmləndirilməsini və mühüm regional təhlükəsizlik məsələlərini birgə müəyyənləşdirir və həll edirik. Mən bundan sonra da qardaş Tacikistan ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm”.
Ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı İlham Əliyev Tacikistan Prezidentini Azərbaycanda bir daha salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin tarixində mühüm hadisə olduğunu vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, müstəqillik illərində Azərbaycan və Tacikistan mühüm tərəfdaş ölkələrə çevrilərək, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər. Bununla yanaşı, ölkələrimiz siyasi və iqtisadi əməkdaşlığa dair vacib məsələlərin də öhdəsindən gəlirlər.
Dövlətimizin başçısı vurğulayıb ki, iqtisadi əlaqələr fəallaşmalıdır. Bu, energetika, iqtisadiyyat, sənaye və sərmayə sahələrinə aiddir. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artırılması üçün yaxşı imkanların və siyasi iradənin olduğunu bildirib.
Qarşılıqlı rəsmi səfərlərdən artıq beş il keçdiyini, danışıqlar zamanı ikitərəfli əlaqələrin nəticələrinə yekunun vurulduğunu, müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlıq ilə bağlı istifadə olunmayan imkanların nəzərdən keçirildiyini bildirən Tacikistan Prezidenti Emoməli Rəhmon deyib ki, danışıqlar zamanı ikitərəfli əlaqələrə dair geniş əhatəli məsələlər müzakirə edilib.
Tacikistan Prezidenti qeyd edib ki, danışıqlar zamanı BMT, ATƏT, MDB, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyət perspektivləri diqqət mərkəzində olub, siyasi dialoqun mütəmadi davam etdirilməsi razılaşdırılıb. Bundan əlavə, iqtisadi-ticari və nəqliyyat-tranzit sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasının vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

