Əhali faktoru güclü dövləti şərtləndirən əsas amillərdəndir
18.07.2012 [00:37]
“Bizim həm iqtisadiyyatımız, həm valyuta ehtiyatlarımız, həm də əhalimiz artır. Son məlumata görə, artıq Azərbaycanın əhalisi 9.3 milyon nəfərə çatmışdır”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Məlumat üçün bildirək ki, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 59.3 min nəfər artaraq 2012-ci il iyul ayının 1-i vəziyyətinə 9.3 milyon nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 107 nəfər olub. 2012-ci ilin birinci yarısında 86.4 min, gündə təxminən 475 körpə doğulub. Körpələrin 896-sı əkiz, 24-ü isə üçəm doğulub. Cari ildə doğulan körpələr üçün 73.8 yaş, o cümlədən, oğlanlar üçün 71.2 yaş, qızlar üçün 76.5 yaş ömür uzunluğu gözlənilir.
Qonşu ölkələrlə müqayisədə, Azərbaycanda müşahidə olunan təbii artımın əsasında isə məhz güclənən iqtisadiyyat durur. Belə ki, ölkənin və əhalinin gəlirinin artması, həm də, təbii artım göstəricilərinin dəyişməsində özünü büruzə verir. Əhali artımını güclü dövləti şərtləndirən əsas amillərdən sayan Prezident İlham Əliyev bu məsələdə yeni yanaşmanın tələb olunduğunu da vurğulayıb: “Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır. Ona görə, biz bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Bu günə qədər bu proseslər təbii xarakter alırdı. Sadəcə olaraq, ölkə iqtisadiyyatı artdıqca təbii artım da, necə deyərlər, daha da sürətli idi. Biz statistik rəqəmlərdə bunu görürük. Son illər ərzində doğulan uşaqların sayı daha da çoxdur, nəinki 10-15 il bundan əvvəl. Yəni, bu, iqtisadi və sosial amillərlə birbaşa bağlı olan məsələdir. Ancaq yenə də deyirəm, biz bu məsələyə yeni prizmadan yanaşmalıyıq. Azərbaycan əhalisi daha da sürətlə artmalıdır”.
Heç şübhəsiz, əhalinin təbii artımında güclənən iqtisadiyyatla yanaşı, aparılan sosial siyasət də çox mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və sosial ədalətə əsaslanan siyasət çox uğurlu nəticələr verib. Daha dəqiq desək, ailələrin möhkəmlənməsinə, uşaqların qorunmasına və sağlam böyüməsinə yönələn irimiqyaslı layihələr əhalinin artımına öz töhfəsini verib. Məsələn, ölkəmizdə həyata keçirilən ən böyük sosial layihə hesab edilən ünvanlı Sosial Yardım (üSY) alan ailələrin böyük əksəriyyətinin məhz çoxuşaqlı ailələr olduğunu bilirik. Bundan başqa, dünyaya gələn hər körpəyə görə ailələrə dövlət tərəfindən ayrılan birdəfəlik yardımlar da sosial dəstəyin tərkib hissəsidir. Lakin dövlət başçısı bu tədbirləri yetərli hesab etmir: “Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii artım vardır. Ancaq hesab edirəm ki, bu artım daha da güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin artımını təmin etmək üçün yəqin ki, əlavə tədbirlər görülməlidir”.
Beləliklə, bu ondan xəbər verir ki, əhali artımını sürətləndirmək üçün dövlət prosesləri kənardan izləməyəcək, əksinə sosial yönümlü layihələrin reallaşdırılması istiqamətində yeni-yeni addımlar atılacaq. Başqa sözlə, bu məqsədlə, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər tezliklə reallaşdırılacaq. Nəzərdə tutulan tədbirlərin siyahısı isə böyükdür. Məsələn, artıq layihələşdirilmək üzrə olan tədbirlər sırasında 4-dən çox uşağı olan ailələrə sosial dəstəyin verilməsi, üSY-ın həcminin artırılması çoxuşaqlı ailələrə güzəştlərin tətbiq edilməsi, həmçinin, başqa bu kimi işlərin həyata keçirilməsi imkanları və forması müzakirə olunur.
Nəticə də əvvəlcədən hesablanıb və dövlət başçısı məlum çıxışında həmin məqama da toxunub: “Əlbəttə ki, bu, olacaqdır. Bu gün 9.3 milyondur. Bir neçə ildən sonra olacaq 15 milyon, 20 milyon. Yəni, bu proses gedir və gedəcəkdir. Biz indidən müəyyən əlavə tədbirlərin görülməsi ilə bu prosesi daha da stimullaşdırmalıyıq”.
Stimullaşdırmaq üçün isə Azərbaycanın kifayət qədər gücü var. Belə ki, ildən-ilə iqtisadi baxımdan güclənən ölkəmizin yalnız neft sektorundan deyil, həm də qeyri-neft sektorundan daxil olan gəlirləri artır. Dünya bazarına öz məhsulları ilə çıxan Azərbaycanda güclü sənaye müəssisələri formalaşır. Bir vaxtlar iş dalınca qonşu ölkələrə üz tutanları indi Azərbaycanda iş axtaranlar əvəz edir. Valyuta ehtiyatları artan dövlətimiz başqa ölkələrə investisiyalar qoyur, qonşu ölkələrin iqtisadiyyatının da güclənməsinə öz töhfəsini verir. İndi nəinki Azərbaycanı tanıyırlar, hətta hesablaşırlar. Artan güc və siyasi iradə isə böyük əhali amilini zərurətə çevirir. Məhz bütün bunları nəzərə alan Prezident İlham Əliyev deyib: “Bizim iqtisadiyyatımız, sənaye gücümüz və siyasi iradəmiz diktə edir ki, Azərbaycan əhalisi daha da artmalıdır”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

