Ölkəmizdə qeyri-neft sektorunun ümumi iqtisadiyyatda çəkisi artır
24.07.2012 [22:17]
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdəndir. Milli iqtisadi gəlirlərin əsas hissəsini neft sektoru təşkil etsə də, son dövrlərdə qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisi artmaqdadır. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2012-ci ilin birinci yarısında iqtisadiyyatın qeyri-neft sahəsində 11,3 faiz artım qeydə alınıb. Qeyd olunan müddət ərzində neft hasilatının azalması ilə əlaqədar sənaye istehsalında artım olmasa da, qeyri-neft sənayesinin 8,7 faiz artması ölkədə sənayeləşmə prosesinin çoxşaxəli inkişafından xəbər verir.
Məlum olduğu kimi, Azərbaycan yüksək inkişaf etmiş neft sənayesinə malikdir. Lakin bu gün qeyri-neft sektorunda əldə olunan göstəricilər Azərbaycanda hasilat və emalat sənayesinin qeyri-neft sahələrində müsbət dinamikadan xəbər verir. Buna nümunə olaraq ölkənin elektrik enerjisi istehsalındakı nailiyyətlərini qeyd etmək olar. Belə ki, cari ilin ötən 6 ayı ərzində ümumilikdə, 11,1 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. O cümlədən, İES-lərdə 9,9 milyard kilovat-saata yaxın, SES-lərdə isə 1,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Daxili istehsal hesabına tələbatı ödəyən respublikamız həm də elektrik enerjisi ixracatçısına çevrilib.
Hasilat sənayesi ilə yanaşı, emal sektorunda da qeyri-neft sahələri üzrə fasiləsiz inkişaf davam etməkdədir. Bu ilin altı ayının göstəricilərinə əsasən, qida məhsulları istehsalı 5,2 faiz, içki istehsalı 11,6 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 98,8 faiz, geyim istehsalı 65,2 faiz, rezin və plastik məmulatlar istehsalı 3,4 dəfə, tikinti materialları istehsalı 22,9 faiz, metallurgiya sənayesi məhsulları 12,1 faiz, kompüter və digər elektron avadanlıqları istehsalı 12,9 dəfə, maşın və avadanlıqların istehsalı 14,4 faiz, mebel istehsalı 3,5 dəfə artıb.
Azərbaycanda qeyri-neft iqtisadiyyatının çox mühüm hissəsini kənd təsərrüfatı təşkil edir. Ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyan bu sahədə ilbəil irəliləyiş əldə olunmaqdadır. ötən illə müqayisədə 2012-ci ilin altı ayında dənli və paxlalıların əkin sahəsi 2,0 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 2,2 min hektar, kartofun əkin sahəsi 841 hektar, tütünün əkin sahəsi 95 hektar artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 119,7 min hektar çox sahənin taxılı biçilib və 415 min tondan artıq məhsul toplanıb, məhsuldarlıq 2 sentner yüksələrək hər hektardan orta hesabla 26,5 sentnerə bərabər olub.
Keçən ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı orta hesabla 1,4 faiz çoxalıb. ümumilikdə isə, ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 17,5 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 10,4 faiz artıb.
Qeyd olunan dövrdə sosial, ictimai-iaşə obyektləri, zavodların tikintisi və istifadəyə verilməsi davam etdirilib. Altı ay ərzində yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və istirahət mərkəzləri, idman kompleksləri, avtomobil yolları, konserv və sement istehsal edən zavodlar, soyuducu anbarlar, eləcə də, tikintisi başa çatdırılan istehsal və qeyri-istehsal təyinatlı digər obyektlər istismara verilib. Qeyri-neft sektoru sahəsində yaradılan obyektlər ölkənin, demək olar ki, bütün regionlarını əhatə edir. Bu isə bölgələrdə istehsalın artması, müəyyən sahələr üzrə ixtisaslaşmanın dərinləşməsi ilə bərabər, minlərlə insanın işlə təmin olunması deməkdir.
Sözsüz ki, qeyri-neft sektorunun inkişafı makroiqtisadiyyata da öz təsirini göstərir. Bununla da Azərbaycan iqtisadiyyatının möhkəmliliyi, rəqabətə davamlılığı artır. Digər tərəfdən, yerli istehsalın həcminin və müxtəlifliyinin artması sayəsində iqtisadiyyatın müstəqil inkişafı təmin olunur, xarici təsirlərdən və idxaldan asılılıq azalır.
Dövlətin bu sahədə gördüyü bütün işlər isə ölkə başçısının birbaşa nəzarəti altında həyata keçirilir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2012-ci ilin altı ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Prezident İlham Əliyev qeyri-neft sənayesində qeydə alınan göstəricilərə toxunaraq bu sahədə tədbirlərin davam etdiriləcəyini bildirib: “ölkəmizin müxtəlif bölgələrində, Bakı şəhərində yeni böyük və kiçik müəssisələr işə düşür, yeni iş yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə daim diqqət göstəriləcəkdir. Bu il və gələn illərdə yeni sənaye müəssisələrinin işə düşməsi qeyri-neft sektorumuzu daha da gücləndirəcəkdir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

