Azərbaycan dünya Olimpiya hərəkatının ən fəal üzvlərindən biridir
26.07.2012 [22:17]
Dünyanın ən böyük idman bayramı olan Olimpiya Oyunlarının başlamasına bir gün qalır. Sabah Londonda XXX Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq və bununla da planetin bir nömrəli idman yarışına start veriləcək. Avqustun 12-dək davam edəcək bu möhtəşəm idman bayramı demək olar ki, hər dəfə dünyanın bütün ölkələrində maraqla izlənilir və oyunlar davam etdiyi müddət ərzində dünyanın bir nömrəli gündəm məsələsi olur. İdmana böyük diqqət və qayğının olduğu, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan da Olimpiya həyəcanını yaşamağa başlayıb. Artıq Azərbaycan idmançılarından ibarət ilk nümayəndə heyəti XXX Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yola düşüb. Dünən Olimpiya kəndində ölkəmizin üçrəngli bayrağı ucaldılıb. İdmançılarımız iyulun 28-də mübarizəyə qoşulacaqlar. Azərbaycan müstəqillik dövründə artıq beşinci dəfədir ki, dünyanın ən ali idman tədbiri - Olimpiya Oyunlarında iştirak edəcək. Azərbaycan idmançılarının möhtəşəm idman bayramında uğurla çıxış edəcəyinə xalqımız böyük ümidlər bəsləyir.
ümumiyyətlə, ölkəmiz son illərdə əldə etdiyi uğurlar nəticəsində Avropada və dünyada idman ölkəsi kimi tanınır. Bu mənada ölkəmizdə Olimpiya hərəkatının inkişafının xüsusi yeri var. Sağlam həyat tərzinin təbliği, fiziki və mənəvi baxımdan sağlam gənc nəslin yetişdirilməsi, ölkəmizin beynəlxalq arenalarda müsbət imicinin formalaşdırılması baxımından idmanın inkişafının böyük əhəmiyyəti var. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz bu gün dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən biri sayılır. Bu səviyyəyə çatmaq üçün ölkəmizdə səbrlə, planlı şəkildə genişmiqyaslı işlər həyata keçirilib. Dövlət başçısının da qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və idmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda var: “Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli-mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir. İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər”.
Dövlət başçısının bu sahəni xüsusi olaraq diqqətdə saxlaması nəticəsində, bu gün dünyanın idman mərkəzlərindən biri kimi nüfuzlu idman tədbirlərinə ev sahibliyi edən ölkəmizdə ötən il 36 beynəlxalq yarış təşkil edilib. Cari ilin altı ayı ərzində isə artıq 28 beynəlxalq yarışa ev sahibliyi etmişik. Bu ilin ötən ayları ərzində idmanla bağlı 126 respublika tədbiri keçirilib, komandalarımız 217 beynəlxalq tədbirdə, 79 təlim-məşq toplanışında iştirak ediblər. Bu rəqəmlər Azərbaycanın idman həyatının nə qədər geniş olduğunu ortaya qoyur. Bakı şəhərinin 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması, ölkəmizdə idmanın inkişafının bariz sübutudur. Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdyi siyasət, Olimpiya hərəkatının geniş vüsət almasının nəticəsidir ki, müstəqil respublikamızın Olimpiya yığma komandası Londonda əvvəlki Olimpiadalarla müqayisədə daha geniş tərkibdə - 53 idmançı ilə təmsil olunacaq və idmançılarımız 16 idman növü üzrə mübarizə aparacaqlar. Müqayisə üçün qeyd edək ki, Pekin Olimpiya Oyunlarında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olunacağıq. London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olunacaq. Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya oyunlarının iştirakçısı olmaq həyacanını yaşayır. Burada ən sevindirici hal odur ki, komandamızın tərkibində müstəqillik dövründə dünyaya gəlmiş və ilk dəfə ölkəmizi Olimpiadada təmsil edəcək gənc idmançılarımız var. Bu fakt bir daha sübut edir ki, həqiqətən Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların yetişməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Amma bu fakt komandamızın təcrübəsiz idmançılardan təşkil olması anlamına gəlmir. çünki iştirakçıların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər. Təkcə onu vurğulayaq ki, Londona yollanan heyətdə 5 dünya çempionumuz var ki, onlar təmsil olunduqları idman növündə dünyada bir nömrədirlər. Yəni, yarışlarda rəqib olan ölkələrin təmsilçiləri bilirlər ki, bu idman növündə lider Azərbaycandan olan çempiondur. Bu amil Londonda Azərbaycanın, idmanımızın və idmançılarımızın nə qədər ağır çəkiyə və sanbala malik olduğunu göstərir. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanan ölkəmizin təmsilçilərinin Londonda daha çox sayda medal qazanacağı gözlənilir. Dövlət başçısının vurğuladığı kimi, bütün Azərbaycan xalqı onlardan qələbə gözləyir: “Mən bütün idmançılarımıza böyük uğurlar arzulayıram. Əminəm ki, idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbələrlə qayıdacaqlar. Bilin ki, hər bir Azərbaycan vətəndaşı kimi, mən də oyunları izləyəcəyəm, sizə azarkeşlik edəcəyəm və sizin qələbələrinizi gözləyəcəyəm”.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

