YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib
03.05.2024 [19:18]
Mayın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib.
Yığıncaqda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra yığıncağın gündəliyi barədə məlumat verilib. Gündəliyə YAP Həmkarlar İttifaqı Komitəsinin 25 avqust 2023 - 3 may 2024-cü il tarixlərini əhatə edən dövrdəki fəaliyyətinə dair hesabatı, YAP Həmkarlar İttifaqı Komitəsi Təftiş Komissiyasının həmin dövr üçün hesabatı və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VII qurultayına nümayəndələrin seçilməsi məsələləri daxil edilib. Gündəlik səsə qoyularaq təsdiqlənib.
Daha sonra Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə dair hesabat dinlənilib. YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov bildirib ki, partiyanın Həmkarlar İttifaqı Komitəsi hesabat dövründə müxtəlif xarakterli tədbirlər həyata keçirib, işçilərin və onların ailələrinin mədəni-kütləvi tədbirlərdə iştirakı təmin olunub. Eyni zamanda, işçilərin sosial müdafiəsinin, asudə vaxtının və istirahətinin təmin edilməsi istiqamətində də müvafiq addımlar atılıb. Bundan başqa, şəhid ailələrinə və müharibə iştirakçılarına da maddi dəstək göstərilib.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri Zəkiyyə Musayevanın təşkilatın gəlir və xərclərinin təftişinin nəticələri barədə hesabatı dinlənilib.
Təqdim olunan hesabatlardan sonra müzakirələr aparılıb.
Çıxış edən YAP Gənclər Birliyi sədrinin müavini, YAP Həmkarlar İttifaqı Komitəsinin gənclər və idman məsələləri üzrə daimi komissiyanın sədri Fəsli Nəbiyev və YAP Həmkarlar İttifaqı Komitəsinin mədəni-kütləvi tədbirlər üzrə daimi komissiyanın sədri Xatirə Əliyeva hesabat dövrü ərzində fəaliyyətin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov YAP Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini müsbət dəyərləndirib. O qeyd edib ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı bundan sonra da işçilərin əmək və sosial hüquqlarının təmin olunması ilə əlaqədar YAP Həmkarlar İttifaqı Komitəsi ilə fəal əməkdaşlıq edəcək.
Yığıncaqda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək partiyanın Həmkarlar İttifaqı Komitəsinin hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətində ünvanlılıq, şəffaflıq və sosial ədalət prinsipləri daim əsas götürülməlidir. YAP Mərkəzi Aparatının rəhbəri təşkilatın bundan sonrakı dövrdə işini daha səmərəli qurması üçün müvafiq tövsiyələrini verib.
Müzakirələrin sonunda hesabat yığıncağının müvafiq qərarı qəbul olunub. Komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
İclasda, həmçinin YAP Həmkarlar İttifaqı təşkilatından Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VII qurultayına iki nəfər nümayəndənin seçilməsi barədə qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

