Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə görüşüb

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə görüşüb

08.08.2012 [21:59]

Londonda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə görüşüb.
Prezident İlham Əliyevi Baş nazir Devid Kemeron qarşılayıb. Azərbaycan Prezidenti və Böyük Britaniyanın Baş naziri rəsmi foto çəkdiriblər.
Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq var və bu əlaqələrin perspektivləri böyükdür.
Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirilib.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30