Almatı görüşü - sülh çağırışları, kommunikasiyalarla bağlı bəyanatlar...
11.05.2024 [10:12]
XİN başçılarının görüşü prosesi nəticəyə bir az da yaxınlaşdırır
Cənubi Qafqazda sülhün əldə olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində illərdir davam edən proses mühüm bir mərhələyə qədəm qoyub. Dünən Almatıda xarici işlər nazirləri səviyyəsində baş tutan görüş bir sıra mühüm məqamlarla yadda qaldı. Məsələnin danışıqlar, beynəlxalq hüquq və ədalət prisnpiləri üzrə həllini hər zaman prioritet elan etmiş Azərbaycan sülh prosesinə sadiqlik nümayiş etdirib. İki ildən artıq idi ki, fərqli müstəvilərdə, vasitəçilərin iştirakı ilə keçirilən görüşlər isə mühüm nəticələrə yol açmırdı - xüsusilə, Ermənistanın bəzi addımları konstruktiv yekuna addımlamağa imkan vermirdi. Azərbaycan isə məsələlərin həlli ilə bağlı ikitərəfli görüşlərin neytral zonalarda - hər iki ölkə üçün uyğun sayılan məkanlarda keçirilməsinə hər zaman tərəfdar olub. Bizim üçün əsas məsələ müdaxilə edilmədən iki tərəfin münasibətlərinin müəyyənləşməsi istiqamətində uğurların əldə edilməsidir. Almatıda keçirilən görüş ilk növbədə bu məqamına görə seçilir - Almatının yeni dönəmdə Ermənistan ilə Azərbaycan arasında müzakirə platformasına çevrilməsi imkanları ötən ayın ortalarında Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevin İrəvana səfəri zamanı müzakirə predmeti olmuşdu. Qazaxıstan Prezidentinin Astananın İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlamasını önə çəkməsi, xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirməsi isə bu fikirləri daha da qətiləşdirmişdi. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh danışıqlarına dəstək üçün Qazaxıstan tərəfinə təşəkkür edib. O, bu barədə özünün “X” hesabında yazıb. “Azərbaycan-Ermənistan arasında Almatıda ikitərəfli sülh danışıqlarının təşkilində göstərdiyi son dərəcə dəyərli dəstək üçün Qazaxıstan tərəfinə, şəxsən Baş nazirin müavini, xarici işlər naziri Nurtleuya təşəkkür edirəm. Azərbaycan regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün, sülh prosesinin irəliləməsi üçün səylərini davam etdirəcək” - nazir Ceyhun Bayramovun paylaşımında belə deyilir.
Azərbaycanın mövqeyi açıqdır...
İstər görüşdən öncə, istərsə də görüş zamanı səsləndirilən fikirlər hər iki tərəfin mövqeyinin sülh istiqamətində və problemin həllinə hədəfləndiyini göstərir. Aprelin 19-da ölkələrin müvafiq delimitasiya və demarkasiya komissiyalarının 8-ci görüşündə əldə edilmiş razılıqlar və prosesin bu müsbət impuls üzərindən davam etdirilməsi bəyan edilən mövqelərdə bu və ya digər şəkildə hiss olunur. Yeri gəlmişkən, aprelin 19-da əldə edilən razılığın detalları artıq həyata keçirilib. Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası çərçivəsində müvafiq əraziləri birgə minalardan təmizləyib və coğrafi koordinatları dəqiqləşdirib. Onun sözlərinə görə, sərhədin Qazax rayonu hissəsində dirəklərin quraşdırılması demək olar ki, başa çatıb. O, həmçinin xatırladıb ki, Berlin görüşündən sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bu kimi davranışlar bir daha təsdiq edir ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir - ölkəmizin sülh prosesi ilə bağlı mövqeyi bəlli və şəffafdır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər, eyni zamanda, ötən ilin dekabrında və bu ilin aprelində əldə olunan razılıqlar iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - artıq iki dövlətin sərhədlərinə dirəklərin basdırılması faktı bu fikri daha real edir.
Ermənistan sülhdə maraqlı olduğunu deyir...
Nəzərə alınmalıdır ki, İrəvanın məsələdəki səmimiyyəti vacib faktorlardandır. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının daha da gücləndirilməsinə töhfə verməyə istiqamətlənməlidir - başqa sözlə, Paşinyan hakimiyyətinin ortaya qoyacağı siyasi iradə sülhün imzalanmasını daha da tezləşdirə bilər. Almatı görüşündə rəsmi İrəvanın nümayiş etdirdiyi mövqe isə yeni ştrixlərdən xəbər verir. Belə ki, Ermənistan XİN rəhbəri səviyyəsində sülh müqaviləsi ilə bağlı real anonslar səsləndirir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan XİN rəhbəri ilə görüşdən əvvəl çıxışı zamanı bildirib ki, Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib. Onun sözlərinə görə, tərəflər yalnız sülh müqaviləsi ilə kifayətlənmək istəmir. Belə ki, erməni nazir, eyni zamanda, regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb. Ararat Mirzoyan bildirib ki, ölkəsi danışıqlar prosesində çox konstruktiv şəkildə iştirak edir.
Qeyd edək ki, sülhün əsaslı formada təmin edilməsi istiqamətində real konstruktiv təkliflər Azərbaycan dövləti tərəfindən hələ 2022-ci ilin martında irəli sürülmüşdü. Məhz bu gün sülh gündəliyi olaraq irəli sürülən məsələlər bu paketdə açıq şəkildə öz təzahürünü tapır - Azərbaycanın sülh üzrə baza təklifləri həm BMT-nin təməl prinsiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanırdı. Burada qarşılıqlı olaraq qəbul edilən sərhədlərin toxunulmazlığının tanınması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi kimi məqamlar qeyd edilir. Ən əsası bu prinsiplərdə dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək kimi mühüm məqamlar yer alır - bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prinsipləri arasında yer alır. Kommunikasiyaların bərpası məsələsi hələ 2020-ci ildə Ermənistan ilə Azərbaycan arasında imzalanan Bəyanatda da öz əksini tapırdı.
Beləliklə, vasitəçisiz keçirilən Almatı görüşünün major notlarla müşayiət olunması bir daha onu göstərir ki, iki dövlət intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu, qarşıdakı dövrdə ölkələr arasında normal münasibətlərin qurulmasına da, sülh müqaviləsinin imzalanmasına da stimul verən amilə çevrilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22

