London Yay Olimpiya Oyunları tarixə Azərbaycanın növbəti uğuru kimi düşdü
04.09.2012 [01:02]
Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycan müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Bu uğurun əldə edilməsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Məlum olduğu kimi, bədən tərbiyəsi və idmanın sağlam nəslin formalaşdırılmasındakı əhəmiyyətini yaxşı bilən Ulu öndər bu sahədə ciddi baza formalaşdıra bilmişdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev isə öz növbəsində həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişaf etdirilməsi və həyat tərzinə çevrilməsi üçün genişmiqyaslı işlər həyata keçirib və bu proses hazırda uğurla davam etməkdədir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Yəni, dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar. Heç uzağa getməyək, məlum olduğu kimi, London Olimpiadasından sonra yeniyetmə güləşçilərimiz Bakıda keçirilən Dünya çempionatında böyük zəfərə imza atdılar. üstündən bir neçə gün keçməmiş paytaxtın “Neftçi” futbol klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu qələbənin ardınca isə Londonda paralimpiyaçılarımız iki qızılla xalqımıza sevinci bəxş etdilər. Bir sözlə, fakt odur ki, bu gün idmançılarımız iştirak etdikləri yarışların favoritləridir, Bakı isə Avropanın idman mərkəzi statusunu inamla daşıyaraq kiməsə güzəştə getmək fikrində deyil. Əksinə bu statusu daha da möhkəmləndirmək istiqamətində ardıcıl olaraq işlər həyata keçirilir. Məsələn, bu günlərdə dövlət başçısı paytaxtda Su İdmanı Sarayının inşası ilə bağlı müvafiq Sərəncam imzalayıb. Bu o deməkdir ki, gələcəkdə ölkəmizdə su idman növlərinin inkişafı üçün geniş şərait yaradacaq müasir baza olacaq, eləcə də, su idman növləri üzrə qitə və dünya miqyaslı yarışlar da ölkəmizdə təşkil edilə biləcək.
Təbii ki, sadalanan bu faktlar Azərbaycanın idman ölkəsi imicini daha da qüvvətləndirir. XXX London Yay Olimpiya Oyunlarında əldə edilən qələbə Azərbaycanın idmanın inkişafı istiqamətində dünyada hansı mövqedə olduğunun bir daha təsdiqlədi. Yeri gəlmişkən, bu günlərdə olimpiyaçılarla görüşündə sözügedən məsələyə toxunan Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir: “London Yay Olimpiya Oyunları bunu bir daha təsdiqlədi, bir daha sübut etdi. Azərbaycan Olimpiya oyunlarında ən böyük uğuru London Olimpiya Oyunlarında qazanmışdır. Bu Olimpiya oyunlarında 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan bu yarışda 30-cu yeri tuta bilmişdir. Medalların sayına görə 24-cü yerdəyik. Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yerdəyik. Azərbaycan idmançıları 10 medal qazanmışlar - ikisi qızıl, ikisi gümüş, altısı bürünc medaldır. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Bu qələbə gözlənilən idi. Biz idmançıları Londona yola salarkən onlardan böyük ümidlərlə nəticə gözləyirdik. Bu ümidlərin əsası var idi. çünki biz artıq neçə ildir ki, bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə müstəqil dövlət kimi Atlantada bir medal, ondan sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi və nəhayət, Londonda on medal qazanmışıq. Əhali və ərazi baxımından bizdən bir neçə dəfə böyük olan ölkələri arxada qoyduq. Bir daha demək istəyirəm ki, bu, tarixi qələbədir. Bu qələbə idmançılarımızın qələbəsidir. Azərbaycan dövləti və xalqı adından bütün idmançılara - peşəkarlığını, Vətən sevgisini nümayiş etdirən bütün idmançılara dərin minnətdarlığımı bildirmək istəyirəm. ümidvaram ki, bizi gələcəkdə də medallar, qələbələr gözləyir. Bu qələbələr bütün xalqımızı sevindirəcəkdir. Medallar qazanmış idmançıları bu gün xüsusilə qeyd etmək istəyirəm. Bürünc, gümüş medallar qazanmış idmançıları və əlbəttə, bizim çempionları - Toğrul Əsgərovu və Şərif Şərifovu xüsusilə qeyd edirəm. Onlar doğrudan da xalqımıza sevinc bəxş etdilər”.
Bu da bir həqiqətdir ki, idman sahəsində böyük uğur qazanmaq, qələbələr əldə etmək üçün idmançılar yüksək hazırlıq səviyyəsinə malik olmalıdırlar. Onlar yüksək səviyyəli təlim-məşq toplanışları keçməli, yoxlama və rəsmi yarışlarda iştirak etməlidirlər. Bunun üçün isə dövlət tərəfindən idmançılara müvafiq şərait yaradılmalıdır. Yəni, idmanı güclü olan dövlətin arxasında güclü dövlət dayanır. Dövlətin iqtisadi-maliyyə imkanları geniş olmalı, siyasi nüfuzu yüksək səviyyədə olmalıdır ki, idmançıları da yüksək səviyyəli peşəkarlar kimi dövləti uğurla təmsil edə bilsinlər. Dövlət başçısı çıxışında bu məqamı dəyərləndirərkən qeyd edib ki, Azərbaycan güclü dövlətdir: “Azərbaycan güclü dövlətdir. Güclü dövlətin güclü idmanı da olmalıdır. Həyatımızın hər sahəsində olduğu kimi, idmanda da qələbələrimiz görülən işlərin məntiqi nəticəsidir. Azərbaycanda çox güclü və mehriban idman ailəsi vardır. Bu istiqamətdə düzgün dövlət siyasəti aparılır. Dövlət siyasətinin düzgün istiqamətdə aparılması, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumların vahid komanda şəklində fəaliyyət göstərməsi, idmançılarımızın peşəkarlığı və Vətənə olan sevgisi bu qələbələri şərtləndirdi. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar - biz hamımız bu qələbələri təmin etmişik və əlbəttə ki, son sözü idmançılar döyüş meydanında deyirlər. Mən çox şadam ki, idmanda proseslər çox müsbət istiqamətdə gedir. ölkəmizin ümumi inkişafını idmanda gedən proseslər işıqlandırır”.
Şübhəsiz ki, dövlətimizin siyasi nüfuzu, iqtisadi gücü bütün sahələrdə qələbələrin əldə edilməsinin əsas şərtidir. Böyük rəqabətin yaşandığı müasir dünyamızda Azərbaycanın həmişə liderlər sırasında dayanmasının arxasında dövlət başçısının həyata keçirdiyi uğurlu siyasi kurs dayanır. Dövlət başçısının da qeyd etdiyi kimi, keçən il dünya birliyi yenə də çətin rəqabət şəraitində Azərbaycanın namizədliyini dəstəkləyərək dünyanın ən mötəbər beynəlxalq qurumuna üzv seçib. Söhbət ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən gedir. Kifayət qədər ciddi rəqabətə baxmayaraq, Azərbaycan öz mövqeyini şərəflə qoruyaraq, sözün əsl mənasında, tarixi qələbəyə imza atdı. Prezidentin qeyd etdiyi kimi, bütün bu qələbələrin, uğurların təməlində Azərbaycan xalqının zəhməti və istedadı, Azərbaycanda düzgün siyasətin aparılması dayanır. Bu siyasət idmanda da özünü göstərir. Rəqabətin nə qədər kəskin olduğunu London Olimpiadasında hamımız gördük. Buna baxmayaraq, Azərbaycan idmançıları Olimpiadada tarixi qələbəyə imza atdı. Dövlət başçısı Azərbaycanın bu rəqabətdə daim yüksəklərdə dayandığını qeyd edib: “Sirr deyildir, Olimpiya oyunları dünya miqyasında yeganə beynəlxalq mötəbər tədbirdir ki, ölkələr öz aralarında rəqabətə çıxırlar. Dünyada istənilən başqa sahədə əlbəttə ki, rəqabət vardır və Azərbaycan da bu rəqabətdə daim yüksəklərdədir. Ancaq bu rəqabət idmanda qabarıq şəkildə özünü göstərir. Bu rəqabət idmanda medalların sayı, ölkələrin müxtəlif yerləri tutması ilə müəyyən edilir. Təsadüfi deyildir ki, hər bir ölkə istəyir ki, onun idmançıları daha da böyük qələbə qazansın, cədvəldə o ölkənin yeri daha da yuxarılarda olsun. Biz buna nail ola bilmişik. Otuzuncu yer Azərbaycan kimi o qədər də böyük olmayan ölkə üçün tarixi nailiyyətdir”.
Şübhəsiz ki, London Yay Olimpiya Oyunları tarixə Azərbaycanın növbəti uğuru kimi düşdü. Prezidentin vurğuladığı kimi idmançılarımız Azərbaycanın idman şöhrətini, Azərbaycan dövlətinin gücünü yüksəklərə qaldırdılar: “Bütün dünyaya nümayiş etdirdilər ki, gənc, müstəqil Azərbaycan dövləti böyük uğurlara nail olmaq üçün tam hazırdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü ölkəyik. Bizim güclü idmançılarımız, güclü gənclərimiz vardır. Bizim qələbəyə çatmaq üçün güclü iradəmiz vardır”.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

