Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

05.09.2012 [22:26]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədri Dan Börtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Altkomitənin sədri Dan Börton paytaxtımızda gedən sürətli inkişaf proseslərindən məmnunluğunu ifadə edib. Dan Börton  Azərbaycanın regionda mühüm bir dövlət olduğunu vurğulayaraq ABŞ-ın ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmini qeyd edib.
Görüşdə enerji, təhlükəsizlik, Beynəlxalq Sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının uğurlu iştirakı və əməkdaşlığımızın bir sıra digər sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrimizin daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Paylaş:
Baxılıb: 881 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30