Dünya bizimlədir...
06.06.2024 [10:35]
Böyük dostluq masası
Azərbaycan bərabərhüquqlu əməkdaşlığı təşviq edir
Günü-gündən mürəkkəbləşən, qütbləşmənin açıq xarakter aldığı, kataklizmlərlə dolu dünyada bütün dövlətlər və ya təşkilatlar tərəfindən qəbul edilmək olduqca çətindir. Xüsusilə, qrup maraqlarının önə çıxdığı son dövrlərdə beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçilik mümkünsüz hala çevrilib - bəzi hallarda iqtisadi baxışlar, bəzən siyasi situasiya, təhlükəsizlik amili, bəzən isə ikitərəfli münasibətlərdə ortaya çıxan ziddiyyətlər maraqların kəsişməsinə, üst-üstə düşməsinə imkan vermir. Beləliklə, qütbləşmə və ya daha konkretləşdirsək, fikir ayrılığı bütün sferalar üzrə kəskin hal alır. Belə bir mənzərədə qlobal oyunçuya çevrilmək perspektivi isə get-gedə azalır - əksinə, fərqli coğrafyalarda yerləşən ölkələr özlərinin lokal maraq müstəvisini formalaşdırır. Yaranan reallıqlar da nəticə etibarı ilə belə bir fon yaradır - hər bir ölkə və ya təşkilat məhdud çevrəsi üzrə əlaqələr sistemi qurmalıdır.
Əlaqələr və əməkdaşlıq coğrafiyası genişlənir
Əlbəttə ki, istisnalar mövcuddur - məsələn, Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda fərqli coğrafiyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın artmasını şərtləndirib. Eyni zamanda, Azərbaycanın yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir. Beləliklə, ərazi baxımından kiçik olsa da, Azərbaycan dünyada cərəyan edən iqtisadi-ticari proseslərə aktiv müdaxilə imkanı əldə edir. Nəticə isə göz önündədir - bu gün ABŞ, Aİ, Türkiyə, ərəb-islam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Rusiya, Çin, hətta fərqli qitələrin təmsilçiləri Azərbaycanın apardığı uğurlu siyasətin dəstəkçisi, tərəfdaşı kimi çıxış edir. Beləliklə, Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənməkdədir.
Qlobal anlam daşıyan siyasi gündəm...
Azərbaycanın bu cür xüsusi anlam daşımasının arxasında isə arqumentlər və faktlar dayanır. 2020-ci ildən başlayaraq formalaşan yeni dünya düzəni özündə əsas etibarı ilə iqtisadi şəkilləndirməni ehtiva etməkdədir - yeni dünya “yol strategiyası”na əsaslanaraq özünün ticari doktrinasını formalaşdırır. Azərbaycan da bu gün ən əhəmiyyətli qovşaqlardan biri kimi Avrasiyanın mərkəzində birləşdirici funksionallıq daşıyır. Orta Dəhliz vasitəsilə Qərbi Şərqə bağlayan, Mərkəzi Asiya ilə Kiçik Asiyanı qovuşduran, oradan isə Avropa məkanına inteqrasiyanı reallaşdıran Azərbaycan böyük bir anlamda ticari körpüyə çevrilib. İstər enerji, istərsə də digər sahələrin inkişafı üçün əsas meyara çevrilmiş və Avropa ilə Çin arasındakı ən effektiv yolun ən mühüm stansiyası kimi qəbul olunan Azərbaycan özünün üstünlüklərini məharətlə iqtisadi dividendə çevirir - dünyanın bizimlə birgə olmasının ən əsas amili isə odur ki, biz bu dividendi lokal deyil, qlobal müstəvidə dəyərləndiririrk. Başqa sözlə, Azərbaycanın yaratdığı bu mənzərədən bütün dünya iqtisadi - ticari baxımdan bəhrələnir. Qeyd olunduğu kimi, müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ehtiva edir. Yaranan mənzərənin əsasında dayanan faktorları qruplaşdırmağa çalışsaq:
- Tranzit xarakterli mühüm bir regionda təhlükəsizlik amilinin yaradılması;
- İqtisadi münasibətlərdə yalnız şəffaflığa və dürüstlüyə, dostluğa əsaslanan tezislərin ortaya qoyulması;
- Coğrafi imkanların yaxın-uzaq tərəfdaşlar üçün səmərəli istifadə halına gətirilməsi;
- İstər ənənəvi, istərsə də yeni enerji mühitində etimadlı tərəfdaş kimi özünü sübut etməsi;
- Fərqli sivilizasiyaların birgə əməkdaşlıq planlarının formalaşdırılmasında yer alması kimi vacib ştrixlər önümüzə çıxacaq.
Bu bəndlər öz növbəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki hazırki uğurlu yerini müəyyənləşdirir.
Yaratdığımız mənzərə...
Azərbaycanın Aİ ölkələrinin enerji təhlükəsizliyinin təminatında oynadığı rol, ABŞ ilə bərabərtərəfli və milli maraqlara əsaslanan münasibətlərə əsaslanma, Rusiya ilə iqtisadi imkanların daha da genişlənməsinə xidmət edən yanaşma, Çin ilə mövcud əlaqələrin daha da böyüdülməsi, strateji tərəfdaşlıq müstəvisinin formalaşdırılmasına yönəlik xətt qlobal imkanların artırırlması üçün hədəflənən konturlardır. Eyni zamanda, Türkiyə ilə müttəfiqliyin daha da möhkəmləndirilməsinə, Mərkəzi Asiyanın Qərbə çıxışı üçün pəncərə rolunun oynanılmasına, ərəb dünyasının istər yerləşdiyimiz region, istərsə də Türk dünyası ilə inteqrasiyasının daha da gücləndirilməsi və ən nəhayət, Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində yerinin formalaşdırılmasına yönəlik addımlar müsbət tendensiya yaradır - artıq əlaqələr bu və ya digər şəkildə vahid müstəvidə inkişaf etmir, tam əksinə, əlaqələr çoxtərəfli, şaxələndirilmiş və genişləndirilmiş şəkildə sürət qazanır. Transxəzər imkanları Azərbaycanın timsalında Cənubi Qafqaz - Mərkəzi Asiya vahid geosiyasi məkan anlayışı formalaşdırıb. Türkiyə vasitəsilə həm Şərqə, həm də Qərbə inteqrasiya imkanları genişlənib ki, bu da iqtisadi maraqların uzlaşmasını şərtləndirməklə yanaşı, gələcək münasibətlərin çərçivəsini daha da genişləndirir. Azərbaycanın yaratdığı iqtsadi-siyasi reallıqlar regionları bir-biri ilə yaxınlaşdırmaqla kifayətlənmir, artıq vahid mədəni-iqtisadi məkana çevirir. Çoxşaxəli əlaqələr fərqli maraqlar, o cümlədən mədəni-humanitar maraqlar üzərindən uzlaşdırılır.
Dostluğa, qarşılıqlı maraqlara əsaslanan birlik...
Beləliklə, bütün dünya Azərbaycanın yaratdığı bu mənzərəni həm görür, həm də ortada olan imkanlardan yararlanır. Nəticə etibarı ilə, qlobal məkanın gənc, amma qətiyyətli, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prinsipləri əsasında qurulması cəhdləri dəstəklənir. Çoxtərəfliliyin təşviqi, regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən siyasi gündəm Azərbaycanın ətrafında böyük bir dostluq masası formalaşdırır. Bu isə Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin də coğrafi miqyasını genişləndirir - beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri Azərbaycanın illərdir yürütdüyü dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətini təqdir edir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

