Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Fransada işgüzar səfərdədir

Prezident İlham Əliyev Fransada işgüzar səfərdədir

18.09.2012 [17:16]

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasına işgüzar səfərə yola düşüb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Prezident İlham Əliyev hava limanından Onun üçün ayrılmış iqamətgaha yola düşüb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Parisdə “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril ilə görüşüb. Görüşdə “Tecnip” şirkətinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olunub. Həmçinin gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Paylaş:
Baxılıb: 976 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30