Prezident İlham Əliyev Tərtər və Bərdə rayonlarında səfərdə olub
09.10.2012 [01:38]
Bildirilib ki, yolun birinci texniki dərəcəli hissəsinin uzunluğu 6,4 kilometr, eni 15-20 metrdir. Yolun ikinci texniki dərəcəli hissəsinin uzunluğu 22,6 kilometr, eni 9 metrdir. Yolda texniki dərəcələrə müvafiq olaraq hərəkət zolaqlarının sayı 4-2 nisbətində dəyişir. Asfalt-beton örtüklü yol üzərində iki körpü yenidən qurulub. Ümumilikdə yolda 160 min ton asfalt-beton örtüyündən istifadə edilib.
Diqqətə çatdırılıb ki, hazırda Bərdə-İstisu avtomobil yolunun Bərdə-Tərtər hissəsinin tikintisi davam etdirilir. İnşasında 80 min ton asfalt-beton örtüyündən istifadə olunacaq yolun uzunluğu 18 kilometrdir. İkinci texniki dərəcəli yolda tikinti işlərinin bu ilin noyabrında başa çatdırılması nəzərdə tutulub.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev yeni yolun yüksək səviyyədə inşasından razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtər rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə abidənin ətrafında, həmçinin rayonda aparılan abadlıq işləri, eləcə də inşa olunmuş obyektlər barədə məlumat verib.
Bildirilib ki, bu obyektlərdən biri də yeni yaradılmış üç min tonluq soyuducu anbar kompleksidir. Kompleksin əsas maliyyə vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun payına düşür. Kompleksin ümumi dəyəri 2 milyon manatdır ki, bunun da 1,4 milyon manatı Fond tərəfindən güzəştli kredit kimi verilib.
Regionlarda sahibkarlığın inkişafı, xüsusən də cəbhəyanı bölgələrdə yeni istehsal müəssisələrinin yaradılması iqtisadi siyasətin prioritetlərindəndir. Bu amil nəzərə alınaraq kompleks məhz cəbhəyanı rayonda inşa olunub. Beş soyuducu kameradan ibarət olan kompleksdə yaradılan şərait ətraf rayonların fermerlərinə də yüksək səviyyədə xidmət etməyə imkan verir. Bu kompleksin yaradılması ilə fermerlərin məhsullarını keyfiyyətini itirmədən saxlaması problemi tam həllini tapır. Kompleksin inşası kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına təkan verməklə, bölgədə yaşayan insanların maddi rifahının daha da yaxşılaşdırılmasına və məşğulluğunun artırılmasına imkan verəcək. Layihənin icrası nəticəsində burada 26 nəfər işlə təmin olunub.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkının və buradakı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Parkın ərazisini gəzən dövlətimizin başçısına məlumat verilib ki, ölkəmizin hər yerində olduğu kimi, Ulu öndər Heydər Əliyevin xatirəsi tərtərlilər tərəfindən də əziz tutulur. Rayon sakinlərinin və qonaqların sevimli istirahət guşəsi olan Heydər Parkı müasir üslubda, gözoxşayan memarlıq ənənələrinə uyğun şəkildə yenidən qurulub. Aparılan yenidənqurma işləri nəticəsində 2 hektar ərazidə dekorativ gül və ağac kolları əkilib. Burada yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Əhalinin səmərəli istirahəti üçün hərtərəfli şəraitin mövcud olduğu parkda yaşıllıq zolağı daha da genişləndirilib.
Prezident İlham Əliyev parkın əvvəlki və sonrakı görüntülərini, eləcə də Tərtər rayonunda görülən abadlıq-quruculuq işlərini əks etdirən fotostendlərə baxıb.
Bildirilib ki, parkın giriş qapısı tağbənd üslubunda işlənilib, iki fəvvarə, iki su kanalı, müasir tipli iki çay evi, yeddi körpü yaradılıb. Parkda dekorativ ağaclar və gül kolları əkilib. Yay aylarında sakinlərin mənalı istirahəti və əylənmələri üçün parkın ərazisində açıq havada 450 yerlik xüsusi salon yaradılıb. Parkda müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi inşa olunub.
Heydər Əliyev Mərkəzi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir texnologiyalara uyğun inşa edilən mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 432 kvadratmetrdir. Birinci mərtəbədə Ulu öndər Heydər Əliyevin irsinin gənc nəsillərə ötürülməsi üçün konfrans zalı, kompyuter mərkəzi, elektron kitabxana yaradılıb. Tədris siniflərində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi ilə yanaşı, Ulu öndərin mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısını əks etdirən məlumatlar veriləcək. Bundan əlavə, mərkəzdə xarici dillər otağı və rəsm studiyası da yaradılıb. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaq.
Ulu öndərin büstünün qoyulduğu mərkəzin ikinci mərtəbəsində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey də yaradılıb. Burada Ulu öndərin müxtəlif illərdə ölkəmizin ayrı-ayrı bölgələrinə səfərləri, keçirdiyi görüşləri əks etdirən fotoguşələr də yaradılıb. Tərtərlilər Ümummilli liderin xilaskarlıq missiyasını heç zaman unutmur və Onun xatirəsini əziz tuturlar. Ümumilikdə mərkəz Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm rola malikdir. Rayon əhalisinin mərkəzin imkanlarından yararlanması üçün bütün lazımi şərait yaradılıb.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, bu gün ölkəmizdə savadlı, bilikli, intellektual, vətənpərvər ruhlu gənclərin yetişməsi məsələsinə xüsusi diqqət yetirilir. Məhz bundan ruhlanan gənclərimiz siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə Azərbaycanı dünyada layiqincə təmsil edirlər.
Diqqətə çatdırılıb ki, ümumi sahəsi bir hektar olan mərkəzin tikintisinə bu ilin mayında başlanılıb. Mərkəzin ikimərtəbəli binasının inşası maksimum keyfiyyətlə və sürətlə həyata keçirilib. Binanın foyesində Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu öndərin və Prezident İlham Əliyevin Tərtərə səfərlərini, rayon zəhmətkeşləri ilə görüşlərini, həmçinin gənclərə göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər qurulub.
Qeyd edilib ki, mərkəzdə hər cür şəraitin olduğu gənclər kafesi yaradılıb. Mərkəzin 112 yerlik iclas zalı da müasir standartlara cavab verir. Zalda rayon miqyaslı müxtəlif tədbirlər keçirmək də mümkündür. Bundan başqa, mərkəzin birinci mərtəbəsində müasir avadanlıqla təchiz edilmiş karaoke-diskoteka və virtual-rinq otaqları da yaradılıb. Virtual-rinq otağında gənclərin müxtəlif intellektual oyunlar keçirmələri üçün zəruri sistem qurulub. Mərkəzdəki tir otağı da müasir standartlar səviyyəsindədir. Beşzolaqlı tirdə gənclər idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək üçün imkan əldə edirlər. Otaqdakı virtual tir böyük maraq doğurur. Gənclər dünyanın aparıcı şirkətlərinin istehsalı olan xüsusi lazer effektli tirdən də istifadə edə biləcəklər. Mərkəzdə ən son texnoloji avadanlıqla təchiz edilən 30 nəfərlik 3D kino zalı, xarici dillər və linqafon otağı, həmçinin fotostudiya da var. Bundan başqa, burada gənclərin müxtəlif tədbirlər keçirmələri üçün konfrans zalı da yaradılıb.
Gənclər Mərkəzinin həyətində mini stadion inşa edilib, ətraf abadlaşdırılıb, fəvvarə quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb, geniş yaşıllıq işləri görülüb.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı burada bölgə gənclərinin nümayəndələri ilə görüşüb. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtərdə Dövlət Bayrağı meydanında yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyevə məlumat verilib ki, şəhərin Bərdə istiqamətindəki girişində bir hektara yaxın ərazidə yaradılan Dövlət Bayrağı meydanı yüksək səviyyədə inşa edilib. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 65 metr, bayrağın uzunluğu 14, eni isə 7 metrdir. Dövlət bayrağı Tərtərin bir çox yerindən aydın görünür. Düşmən tapdağında olan torpaqlarımızla az bir məsafədə yerləşən möhtəşəm meydanda Azərbaycanın Dövlət Bayrağının dalğalanması qürurverici haldır.
Meydanda geniş abadlıq-quruculuq işləri həyata keçirilib, yaşıllıq zolaqları salınıb, müxtəlif dekorativ ağaclar və gül kolları əkilib. Burada, həmçinin istirahət guşələri yaradılıb, iki fəvvarə quraşdırılıb, oturacaqlar qoyulub. “Ana və uşaq” istirahət mərkəzinin inşa edildiyi meydanın istinad divarları mərmər və digər bəzək daşları ilə üzlənib ki, bu da əraziyə xüsusi gözəllik verir. Müasir işıqlandırma sistemi axşam saatlarında bu ərazini daha da cəlbedici edir.
Azərbaycan Prezidenti Dövlət Bayrağı meydanında yaradılmış şəraitdən məmnunluğunu bildirib.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə süd emalı zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyevə məlumat verilib ki, “Gilan” MMC tərəfindən Tərtər rayonunun Buruc kəndində inşa edilən süd emalı zavodunun tikintisi rayonda sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, süd məhsullarının müasir tələblərə uyğun keyfiyyətdə istehsalı sahəsində növbəti addım olacaq. Ümumi ərazisi 1,5 hektar olan zavodun qapalı sahəsi 4,4 min kvadratmetrdir. Beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunmuş müəssisənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator quraşdırılıb.
Prezident İlham Əliyev zavodu işə salıb.
Müəssisənin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına “Gilan” holdinqin idarə heyətinin sədri Cəmil Muradov məlumat verib ki, sutkalıq emal gücü 20 ton olan zavoda süd Tərtərin müxtəlif kəndlərindən gətirilir. Ətraf kəndlərdə beş südtoplama məntəqəsi təşkil edilib. Məntəqələr soyuducu və mobil generatorlarla təchiz edilib. Satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri olan zavodun istehsal sahəsində 50, südtoplama məntəqələrində 20, satış şəbəkəsində isə 30 nəfər işləyir. Zavodun istehsal bölməsində müxtəlif çeşiddə inək və qoyun pendirləri, qatıq, dovğa, ayran, kəsmik və digər ağartı məhsulları istehsal edilir. Müəssisədə pendir istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri burada yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir.
Dövlətimizin başçısı burada nümayiş etdirilən hazır məhsulların nümunələrinə baxıb.
Qeyd edilib ki, müasir havalandırma sistemi sexlərdə normal şəraitin təmin edilməsinə imkan yaradır. Zavodda ağartı məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator müayinədən keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. Yaxın gələcəkdə zavodda istehsal edilən məhsulların çeşidinin daha da artırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtər rayonuna səfərini başa çatdıraraq Bərdə rayonuna gəlib.
Dövlətimizin başçısı Bərdə şəhərinin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak edib. Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Bərdənin sürətli inkişafını özündə əks etdirən, quruculuq və abadlığın əsas ünvanlarından biri olan Koroğlu küçəsində salınan Qəhrəmanlar parkının yerləşdiyi ərazi əvvəllər tamamilə baxımsız vəziyyətdə idi. Tikinti işlərindən sonra Qəhrəmanlar parkı müasir və füsunkar görkəm alıb. İstirahət guşəsinin ümumi sahəsi 4,5 hektardır.
Diqqətə çatdırılıb ki, parkın salınmasına ötən ilin sentyabrında başlanılıb, bu ilin avqustunda başa çatdırılıb. Tikinti işləri ən yüksək standartlar səviyyəsində aparılıb. Parkın girişində ölkənin inkişafında əvəzsiz xidmətləri olmuş Ulu öndər Heydər Əliyevin pannosu qoyulub. Parkda avtomobillər üçün xüsusi dayanacaq yaradılıb, 20 min kvadratmetr ərazidə yaşıllıq işləri aparılıb, üç mindən çox müxtəlif ağac, 11 min bəzək kolu və rəngbərəng güllər əkilib. Güldanlar da parkın görünüşünə əlavə yaraşıq verir. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan 50 oturacaq və beş istirahət köşkü qoyulub. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulub. İstirahət parkı salınarkən balacalar da yaddan çıxmayıb, onlar üçün əyləncə meydançaları yaradılıb, xarici ölkələrdən gətirilən müasir attraksionlar və yelləncəklər quraşdırılıb.
Parkdakı məşəl kompleksi də xüsusi zövqlə hazırlanıb. Buraya gələn həm qonaqlar, həm də yerli sakinlərin istirahəti hərtərəfli düşünülüb. İstirahət məkanında Çay evi də istifadəyə verilib. Parkda mərmərlə üzlənmiş fəvvarə əraziyə xüsusi gözəllik verir.
Parkın yuxarı tərəfində iri postament üzərində Ana heykəli ucaldılıb.
Prezident İlham Əliyev Ana abidəsinin önünə gül dəstəsi qoyub.
Parkda Ana abidəsindən sonra geniş meşə zolağı da salınıb. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılıb. İstirahət guşəsinin ətrafındakı binaların damı əsaslı təmir olunub. Bir sözlə, park ən müasir standartlar səviyyəsində qurulub.
Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, parkda tikinti işlərinə bu ilin martında başlanılıb, iyunda başa çatdırılıb. Ən yüksək standartlar səviyyəsində salınan parkın ərazisi iki hektardır. Parkda tikilmiş yay konsert səhnəsində açıq havada rayon əhəmiyyətli müxtəlif tədbirlər və mədəni proqramlar təşkil olunacaq.
Parkın ərazisindəki uşaq incəsənət məktəbinin fasadı yenidən qurulub, binanın qarşısında tanınmış musiqiçilərin heykəlləri qoyulub.
Prezident İlham Əliyev parkda yeni ucaldılmış dövlət bayrağına baxıb. Bayraq dirəyinin hündürlüyü 85 metrdir. Bu da dövlət bayrağının şəhərin hər yerindən görünməsinə şərait yaradır.
Ən müasir işıqlandırma sisteminin quraşdırıldığı parkda yeni fəvvarə inşa olunub, geniş yaşıllıq zolaqları salınıb, dekorativ ağac və bəzək kolları əkilib. Burada bulaq kompleksləri yaradılıb. Parkda quraşdırılmış böyük monitorda kütləvi-mədəni tədbirlər zamanı müxtəlif videogörüntüləri izləmək mümkün olacaq.
Mərkəzi istirahət parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin, rəsm qalereyasının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və şəhər bələdiyyəsinin binalarının fasadlarında yenidənqurma işləri aparılıb. Parkda istirahət guşələri yaradılıb, 40-dan çox müasir oturacaq qoyulub.
Dövlətimizin başçısına məlumat verilib ki, ətrafdakı binalarda əsaslı təmir işləri aparılıb. Parkın ətrafı milli memarlıq üslubunda tikilmiş 800 metr uzunluğunda hasarla əhatələnib. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev burada yeni salınacaq Heydər Əliyev parkının layihə sənədləri ilə bağlı stendlərə baxıb.
Bildirilib ki, yaxın vaxtlarda şəhərin Heydər Əliyev prospektində, Tərtər çayının sahilində tikiləcək park 16 hektar ərazini əhatə edəcək. Burada Ulu öndər Heydər Əliyevin büstü qoyulacaq. Yeni parkda müasir fəvvarələr, əyləncə meydançaları yaradılacaq, yay konsert zalı və müxtəlif iaşə obyektləri tikiləcək. Parkda istirahət üçün yüksək şərait yaradılacaq.
Sonra dövlətimizin başçısına 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun göstəriciləri barədə məlumat verilib.
Vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq indi rayonda əsas diqqət kənd yollarının abadlaşdırılmasına yönəldilib. Azərbaycan Prezidentinin 2011-ci il 18 iyul tarixli Sərəncamı ilə bu yolun tikintisinə ötən ilin dövlət büdcəsində kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılıb. Yolun tikintisinə ötən ilin sentyabrında başlanılıb və müasir tələblərə uyğun olaraq başa çatdırılıb. Avtomobil yolunun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpout və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi üç dəfə qısalıb.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verib.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, zəngin tarixə malik Bərdə Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdən biridir. Bərdə haqqında dahi Azərbaycan şairi Nizami Gəncəvinin də əsərlərində bəhs olunur. Məhz Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının qəhrəmanı, Bərdə hökmdarı Nüşabənin heykəli doğma şəhərində ucaldılıb, Heydər Əliyev prospektində onun adını daşıyan park salınıb. Bərdənin, ümumiyyətlə Azərbaycanın tarixində çox böyük rol oynayan qadın hökmdar Nüşabənin heykəli əraziyə xüsusi yaraşıq verir.
Bildirilib ki, parkın yerləşdiyi ərazi əvvəllər yararsız vəziyyətdə olub. Bərdə rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılan yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişib. Ümumi sahəsi 0,7 hektar olan parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Nüşabə parkı özündə qədimliklə müasirliyi təcəssüm etdirir. İstirahət məkanının mərkəzində Nüşabənin heykəli qoyulub. Parkda mövzusu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından götürülmüş 7 tablo hazırlanıb. Tablolarda Nüşabənin İsgəndərlə görüşü, Nüşabənin ağsaqqallarla söhbəti, İsgəndərin alimlərlə məsləhətləşməsi və s. səhnələr əks olunub. Parkda abadlıq işləri aparılıb, iki bulaq qurulub, yaşıllıqlar salınıb. Burada Çay evi də fəaliyyət göstərəcək. Parkın müasir işıqlandırma sistemi qurulub. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan oturacaqlar və Bərdədən tapılmış arxeoloji materiallar qoyulub.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Bərdədəki Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Bayraq Meydanının inşasına ötən ilin iyununda başlanılıb, yüksək keyfiyyətlə başa çatdırılıb. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub. Burada inşa edilmiş fəvvarə meydanın gözəlliyini daha da artırır.
Diqqətə çatdırılıb ki, meydan yaradılarkən Azərbaycan memarlıq sənətinin bütün elementlərindən istifadə olunub. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb, 1200 gül və bəzək kolu əkilib. Mərmər plitələr və tamet üzlüklər döşənmiş meydanda müasir işıqlandırma sistemi quraşdırılıb, istirahət üçün hər cür şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə çörək istehsalı müəssisəsinin açılışında iştirak edib.
Məlumat verilib ki, “Qarabağ” çörək zavodu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Bərdə şəhərinin mərkəzində ən müasir standartlar səviyyəsində tikilib. Bu layihənin həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılıb. Ümumi dəyəri 4 milyon manat olan çörək zavodunun yaradılması məqsədilə Fond tərəfindən 2,7 milyon manat güzəştli kredit verilib. “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq tikilən çörək zavodu ən yüksək standartlara cavab verir. Zavodun tikintisinə 2011-ci ilin fevralında başlanılıb.
Müəssisənin foyesində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına dəstəyini əks etdirən fotostendlər qurulub. Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə bağlı filmə baxıb.
Qeyd olunub ki, eyni zamanda, zavodun xammal bazasının yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 680 min manat güzəştli kredit hesabına taxıl sahəsi, tutumu 10 min ton olan taxıl anbarı və gündəlik istehsal gücü 70 ton olan dəyirman kompleksi də inşa edilib. Bu isə istehsal olunan çörəyin və un məmulatlarının maya dəyərinin aşağı olmasını şərtləndirir.
Prezident İlham Əliyev zavodda istehsal olunan hazır çörək məhsullarına baxıb.
Prezident İlham Əliyevə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Aran iqtisadi rayonunda verilən güzəştli kreditlər barədə də məlumat verilib.
Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Aran iqtisadi rayonu üzrə 5 min 13 sahibkara 240 milyon manatadək, o cümlədən yeni texnologiyalara əsaslanan 63 layihəyə 135,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına reallaşdırılan layihələr 24 mindən çox yeni iş yeri açılmasına imkan yaradıb. Aran iqtisadi rayonunda 4340-dək sahibkara kiçik həcmli kredit verilib. Yeni texnologiyalara əsaslanan 8 soyuducu və 7 taxıl anbarı, 4 quşçuluq fabriki, 1 heyvandarlıq kompleksi və 4 süd zavodu, 2 ət kəsimi fabriki, 2 istixana, 1 çörək zavodu, 2 üzümçülük və 3 bağçılıq təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 tikinti materialları zavodu, 4 digər istehsal müəssisəsi olmaqla 43 müəssisə istifadəyə verilib. Bu proses davam etdiriləcək. Bərdə rayonu üzrə 872 sahibkara 32 milyon manatadək kredit verilib. Bundan başqa, yeni texnologiyalara əsaslanan 10 layihəyə 17,8 milyon manat güzəştli kreditlər verilib.
Azərbaycan Prezidentinə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına görüləcək işlər, o cümlədən müasir heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək və meyvə-tərəvəz emalı müəssisələrinin, soyuducu anbarların, iri taxılçılıq təsərrüfatlarının və digər prioritet sahələrin maliyyələşdiriləcəyi barədə də məlumat verilib.
Sonda xatirə şəkli çəkdirilib.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax və Zərdab rayonlarında da səfərdə olub, bir sıra obyektlərin açılışlarında iştirak edib.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16

