Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qarşıdakı hədəf - SÜLH!

Qarşıdakı hədəf - SÜLH!

10.07.2024 [10:10]

Sülh üçün əsas şərt...

Postmüharibə dövründə qalib Azərbaycanın yaratdığı yeni reallıqlar regionda çoxdan gözlənilən sülhün və təhlükəsizliyin təmin olunması üçün heç vaxt olmadığı qədər münbit zəmin formalaşdırıb. Açılan fürsət pəncərəsindən maksimum dərəcədə səmərəli istifadə olunmalı, sülh prosesi irəli aparılmalı, Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda başlayan müzakirələr substantiv hədəflərə istiqamətləndirilməlidir. Burada təbii ki, tərəflərin siyasi iradəsi, tənzimləmə prosesinə real töhfələr vermək istəkləri əsas şərtdir.   

Azərbaycan sülh gündəliyinə sadiqdir

Postmüharibə dövründə Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayanan əsas məsələlərdən biri məhz sülh prosesi ilə bağlı olub. “Azərbaycan sülh gündəliyinə sadiqdir. Biz bu istiqamətdə işlərimizi səylə davam etdiririk”. Bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. O bildirib ki, Xarici İşlər Nazirliyi bundan sonra da dövlətimizin siyasi kursu əsasında xalqın milli maraqlarına uyğun düzgün siyasətin aparılması, Azərbaycanın mövqeyinin ortaya qoyulması istiqamətində səylərini davam etdirəcək.

Əslində, Azərbaycanın sülhyaratma prosesinə yanaşmasının dünya tarixində analoqu yoxdur. Sirr deyil ki, əksər müharibələrin qalibləri bir qayda olaraq məğlub tərəfə öz şərtlərini irəli sürür və qəbul etdirir. Üç onillik davam edən Qarabağ münaqişəsinin əsas səbəbkarı Ermənistandır. Məhz bu ölkə havadarlarının dəstəyinə arxalanaraq qonşu dövlətin ərazilərini zəbt edib, orada misli görünməmiş dağıntılara və talanlara yol verib. Buna görə təcəvüzkar dövlət mütləq qaydada cəzalandırılmalıdır. 

Bütün bunlara rəğmən, Azərbaycan müharibə başa çatdıqdan sonra sülh istəyindən çıxış edir.  Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə birmənalı şəkildə bəyan edib ki, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz qarşı tərəfə sülh təklif etmişik. Xatırladaq ki,  respublikamız İkinci Qarabağ müharibəsi başa çatandan az sonra Ermənistana 5 bənddən ibarət sülh paketi təqdim edib. Vurğulamaq istərdik ki, bu sənəddə qalib tərəf olan Azərbaycanın hansısa bir əsassız iddiası yer almayıb. Bu paketdə beynəlxalq normalara istinad olunub. 

Postmüharibə dövründə qalib Azərbaycan sülhyaratma prosesinə qoşulan bütün səmimi vasitəçilərin səylərini alqışlayıb, müxtəlif platformalarda aparılan danışıqlarda fəallıq göstərib. Sülh prosesinə real töhfələr vermək istəyən Azərbaycan ikitərəfli dialoqun inkişaf etdirilməsini daha məqbul variant hesab edir. Artıq ikitərəfli formatda aparılan müzakirələrdə müəyyən uğurlar əldə olunub, o cümlədən sərhədlərin delimitasiyasına strat verilib. Ölkəmiz o mövqedən çıxış edir ki,  ikitərəfli müzakirələrin intensivliyi artırılmalıdır. Yeri gəlmişkən, Azərbaycan iyunun sonlarında sayca 10-cu sülh paketini qarşı tərəfə təqdim edib. 

Ermənistan konstitusiyasını dəyişməlidir!

XİN rəhbəri bəhs olunan müsahibəsində sülhün əldə olunması üçün Azərbaycanın əsas tələbini bir daha xatırladıb. Ceyhun Bayramov bildirib ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərt təbii ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır.

Biz görürük ki, Ermənistan sülh prosesini sadəcə, imitasiya edir, “sülh müqaviləsini bir aya imzalaya bilərik” kimi populist səslənmələr etməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Azərbaycan məsuliyyətli, sözü və imzası bir-birini tamamlayan dövlətdir. Ölkəmizin birmənalı mövqeyi belədir: Sülh sazişinin imzalanması üçün bütün fundamental amillər təmin olunmalı, o cümlədən hüquqi boşluqlar tamamilə aradan qaldırılmalıdır. Bu gün sülhə gedən yolda ən böyük maneə isə məhz Ermənistanın kanstitusiyası və bir sıra digər qanunvericilik aktlarıdır.  Həmin sənədlərdə qonşu dövətin Azərbaycana qarşı ərazi iddiaları açıq-aşkar legitimləşdirilib. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar çıxarılmadan hər hansı bir sülh sazişinin imzalanması mümküm deyil. Çünki hüquqi əsaslar yaradılmayan sülh qalıcı sülh olmayacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31