bp öz öhdəliklərini yerinə yetirməlidir
12.10.2012 [11:39]
Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir qlobal layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin enerji planı və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın uğurla həyata keçirdiyi enerji siyasəti ölkəmizin milli maraqlarına uyğun olmaqla mütəmadi iqtisadi inkişaf tendensiyasını daha da sürətləndirməkdədir. Bütün bunların fonunda “enerji amili məqsəd deyil, vasitədir” prinsipi əsas tutularaq enerji sahəsindən əldə edilən gəlirlər sosial-iqtisadi inkişafın səviyyəsinin yüksəldilməsi, tempinin sürətləndirilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi kimi prioritet istiqamətlərə yönləndirilib. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə toxunan dövlətimizin başçısı qeyd edib ki, biz haqlı olaraq neft strategiyamızla fəxr edirik: “Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar, əslində, imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək”.
Əlbəttə ki, Azərbaycanın enerji siyasətinin nailiyyətini təmin edən başlıca faktorlardan biri də neft və qaz hasilatı işində beynəlxalq konsorsiumlarla uğurlu əməkdaşlığın həyata keçirilməsidir. Azərbaycan hökuməti ölkəmizdə neft hasilatı ilə məşğul olan konsorsiumlarla pozitiv münasibətlər formalaşdırıb və həmin şirkətlər hər zaman Azərbaycanla qarşılıqlı-faydalı münasibətlərin inkişafından məmnunluq hissi ifadə ediblər. Lakin təəssüflər olsun ki, bəzi neqativ hallar da meydana çıxmaqdadır. Məsələn, son olaraq ölkəmizdə fəaliyyət göstərən bp şirkətinin neft hasilatı ilə bağlı işində buraxdığı kobud səhvlər hasilatın aşağı düşməsinə səbəb olub. Konsorsium problemlərin qarşısının vaxtında alınacağını bəyan etsə də, hələ ki real tədbirlər görülməyib. Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında məsələyə xüsusi olaraq toxunan Prezident İlham Əliyev bildirib ki, konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlamışdır: “Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü vardır. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə bilərəm ki, “Azəri”, “Çıraq” neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanmışdır. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlamışdır - əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq “Azəri”, “Çıraq” neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişmiş və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Bir daha demək istəyirəm ki, kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra “Azəri”, “Çıraq” neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlamışdır”.
Daha sonra konkret statistik göstəricilərə toxunan dövlətimizin başçısı vurğulayıb ki, 2009-cu ildə “Azəri”, “Çıraq” yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir: “2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp “Azəri”, “Çıraq” yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcəkdir.
Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir”.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan bp üçün etibarlı tərəfdaş kimi səciyyələndirilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir”.
Vurğulamaq gərəkdir ki, bp-nin adı bir çox hallarda dünya miqyasında bu cür neqativ məsələlərlə bağlı hallanıb. Son olaraq konsorsiumun fəaliyyətinin neqativ nəticəsi kimi 2010-cu ilin aprelində Meksika körfəzində neft platformasında baş vermiş partlayış nəticəsində 11 nəfər ölmüşdü. Partlayışdan sonra sızmanın başladığı neft yatağının bağlanması və sızmanın qarşısının alınması üçün 85 gün tələb olunmuşdu. Həmin hadisənin hüquqi dəyərləndirilməsi kimi bəhs olunan transmilli şirkətin təzminat ödəməsinə dair qərar qəbul edilmişdi. 7.8 milyard dollarlıq razılaşmadan həmin ekoloji çirklənmədən zərər çəkmiş 100 minədək balıqçı, yerli sakin və təmizlik işlərinə cəlb olunmuş insanların faydalanması nəzərdə tutulmuşdu. Şirkət həmin təzminatı 20 milyardlıq kompensasiya fondundan ayıracağını açıqlamışdı.
Bununla yanaşı, sözügedən transmilli şirkət digər bir sıra regionlarda da müəyyən problemlərin yaranmasına səbəb olmuşdu ki, bu, neft hasil edilən ölkələrlə müəyyən ziddiyyətlərin meydana çıxmasını şərtləndirmişdi.
Əlbəttə ki, Azərbaycan ictimaiyyəti bp-dən hasilatın sabit səviyyədə saxlanılmasına xidmət edən konkret tədbirlərin görülməsini, işçi proqrama düzəlişlər edilməsini və neqativ halların aradan qaldırılmasını, bütövlükdə öz öhdəliklərini yerinə yetirməsini gözləyir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir”.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

