Özbəkistan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir
13.10.2012 [18:31]
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Özbəkistan Prezidenti İslam Kərimovun dünən rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib, iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev görüş iştirakçılarını salamlayaraq deyib: “Hörmətli İslam Əbdüqəniyeviç! Hörmətli qonaqlar! İcazə verin, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayım. Ölkəmizə xoş gəlmisiniz. Bu gün Sizinlə qarşılıqlı maraq doğuran, regional əhəmiyyətli məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, müzakirə edilən bütün məsələlər barəsində baxışlarımız üst-üstə düşür”.
Prezident İlham Əliyev Özbəkistan Prezidentinin rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinə yeni imkanlar açılması baxımından yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək deyib: “Bizim qarşılıqlı fəaliyyətimiz daha sıx, əməkdaşlığımız daha fəal olacaqdır. Özbəkistan bizim üçün dost və qardaş dövlətdir. Münasibətlərimizin dostluq, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı dəstək əsasında daha da möhkəmlənməsi bizi çox sevindirir. Bu dəstək beynəlxalq strukturlarda ölkələrimizlə bağlı bütün məsələlər barəsində bir-birimizi dəstəkləyəndə də hiss olunur. Təbii ki, beynəlxalq qurumların fəal qarşılıqlı təsiri bizim milli maraqlarımızı daha tam qorumağa, habelə dünya siyasətinin bir sıra məsələlərinə dair həmrəy mövqedən çıxış etməyə imkan verir.
Həm BMT-də, həm İslam Əməkdaşlıq Təşkilatında, başqa strukturlarda Azərbaycanı dəstəklədiyinə görə biz Özbəkistana çox təşəkkür edirik. Biz də öz tərəfimizdən Sizin irəli sürdüyünüz bütün məsələlərdə və təşəbbüslərdə Sizi həmişə dəstəkləyirik”.
Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın mövcud potensialından səmərəli istifadə etməyin vacibliyini də vurğulayaraq bildirib: “Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini ətraflı müzakirə edəcəyik. Mənim fikrimcə, bu sahədə görüləsi işlər hələ çoxdur. Düzdür, biz irəliləyirik, lakin güman edirəm ki, qarşılıqlı əmtəə dövriyyəsi qat-qat çox ola bilər. Əlbəttə, Hökumətlərarası Komissiyanın bu yaxınlarda keçirilmiş iclası, zənnimcə, bu sahədə prioritetləri və münasibətlərin gələcək inkişaf yollarını müəyyən etmişdir. Yəqin ki, gələcəkdə gözlənilən konkret layihələr və təşəbbüslər barədə bu gün bizə məruzə edəcəklər. Sizi bir daha ürəkdən salamlamaq istəyirəm. Azərbaycanda Sizi çox sevir, hörmət edirlər. Siz bizim əziz qonağımızsınız. Xoş gəlmisiniz!”.
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycana yenidən gəlişindən və Prezident İlham Əliyevlə görüşündən məmnunluq duyduğunu bildirərək deyib: “Ümumiyyətlə təkcə bizim regionda deyil, onun hüdudlarından uzaqda da geosiyasət o qədər tez-tez dəyişir ki, bizim görüşməyimiz zərurətə çevrilir. Özü də bunun üçün hər hansı böyük sənədlər imzalanması vacib deyildir, sadəcə bizim cavab tapmalı olduğumuz mürəkkəb məsələlər barədə fikir mübadiləsi aparmalıyıq”.
Prezident İslam Kərimov bildirib ki, Özbəkistan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir və xalqlarımız arasında oxşar cəhətlərin çoxluğu ölkələrimizi daha da yaxınlaşdıran amillərdir.
Özbəkistan dövlətinin başçısı deyib: “Azərbaycan Özbəkistan üçün strateji tərəfdaşdır. Azərbaycan bizə həmişə, ilk növbədə ümumi mənafelərimiz naminə yaxın olmuşdur. Təkcə bugünkü maraqlar baxımından deyil, həm də tarixi keçmişimizlə bağlı, xalqlarımızın dil, mənəviyyat, mentalitet baxımından yaxınlığı ilə əlaqədar mürəkkəb məsələlərin həlli üçün bu tərəfdaşlıq vacibdir. Bizim üçün çox vacibdir ki, aramızda heç vaxt ziddiyyət, anlaşılmazlıq olmamışdır.
Artıq uzun illərdir ki, mən Özbəkistana rəhbərlik edirəm. Yadıma gəlmir ki, biz hər hansı problemi onun həlli baxımından müzakirə edərkən anlaşılmazlıq və ya ciddi ziddiyyət yaransın. Məgər bu, bizim münasibətlərimizin həmişə qarşılıqlı anlaşma və qarşılıqlı dəstək əsasında qurulmasına dəlalət etmirmi?! Ümid edirəm ki, bundan sonra da belə olacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olub.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatı”nı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov imzalayıblar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2012-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Özbəkistanın Baş nazirinin birinci müavini - maliyyə naziri Rustam Azimov imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, ölkələrimiz arasında münasibətlər çox dinamik, effektiv və səmərəli inkişaf edir: “Biz beynəlxalq təşkilatlarda da bir sıra istiqamətlər üzrə fəal qarşılıqlı əlaqə saxlayırıq. Bu, mənim üçün çox xoşdur. Biz iştirak etdiyimiz bütün beynəlxalq qurumlarda, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, digər təşkilatlarda bir-birimizi həmişə dəstəkləyirik. Keçən il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilər zamanı Özbəkistandan aldığımız fəal dəstəyə görə çox minnətdarıq. Ölkəmizə qardaşcasına münasibətin daha bir təzahürü olan bu dəstək bizə çox lazım, bizim üçün çox qiymətli idi. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Özbəkistanın prinsipial mövqeyinə görə də çox təşəkkür edirik. 2008-ci ildə BMT-nin Baş Məclisində Azərbaycanın irəli sürdüyü qətnamənin Özbəkistan tərəfindən dəstəklənməsi də Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Biz də bütün beynəlxalq təşkilatlarda qardaş Özbəkistanı həmişə dəstəkləmişik və dəstəkləyəcəyik. Başqa sözlə desək, beynəlxalq arenada bu cür fəal qarşılıqlı əlaqələr, dünya siyasəti məsələlərinə dair mütəmadi fikir mübadiləsi, habelə bizim bu gün apardığımız fikir mübadiləsi də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin çox möhkəm və səmimi olmasına dəlalət edir.
Əlbəttə, ölkələrimiz arasında münasibətlərin zəngin tarixi vardır. Xalqlarımız arasında dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək münasibətləri çoxəsrlik tarixə malikdir. Biz münasibətlərimizi bu zəmin üzərində qururuq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini, regional problemləri də ətraflı müzakirə etdik. Təbii ki, bizim regionların öz spesifikası ilə yanaşı, ortaq cəhətləri də çoxdur. Mənim fikrimcə, Özbəkistanın və Azərbaycanın riskləri minimuma endirmək, əməkdaşlıq və qarşılıqlı anlaşma ab-havasını möhkəmlətmək siyasəti ölkələrimizin yerləşdiyi regionlardakı dövlətlər arasında geniş əks-səda doğurur, habelə vəziyyətin sabitləşməsi məsələsində mühüm rol oynayır. Bu gün həm Özbəkistan, həm də Azərbaycan öz regionlarında sabitləşdirici rol oynayır. İndiki mərhələdə, bizim regionlarda potensial risklərin artdığı vaxtda bu rol xüsusi əhəmiyyət kəsb edir. Buna görə də bizim ölkələrin yerləşdiyi regionlarda hadisələrin proqnozlaşdırıla bilməsi, çox cəhətdən ölkələrimiz arasında qarşılıqlı əlaqələrdən, fəal siyasi məsləhətləşmələr aparılmasından asılıdır. Biz də öz tərəfimizdən regionda etimad tədbirlərini möhkəmlətmək, daha yaxşı qarşılıqlı anlaşmaya şərait yaratmaq və mövcud problemləri tənzimləmək üçün bundan sonra da əlimizdən gələni etməyə çalışacağıq”.
Özbəkistan Prezidenti İslam Kərimov isə vurğulayıb ki, mövcud vəziyyət təkcə bizim regionlarda - Cənubi Qafqazda və Mərkəzi Asiyada deyil, onların hüdudlarından kənarda da şəraiti sürətlə dəyişir: “Təhlükəsizliyə və sabitliyə meydan oxunması, terrorizm təhdidləri, narkotiklər təcavüzünün miqyasının genişlənməsi ilə əlaqədar yaranmış ciddi problem, davam etməkdə olan qlobal maliyyə-iqtisadi böhranla, bilavasitə onun nəticələri ilə əlaqədar mürəkkəb proseslər bu cür görüşlərin, problemlərə ümumi yanaşma və mövqelər işlənib hazırlanmasının zəruriliyini şərtləndirir. Təbii ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, onların vəziyyəti, əməkdaşlığı daha da fəallaşdırmaq, onun səmərəliliyini, ilk növbədə ölkələrimiz arasında ticari-iqtisadi münasibətləri fəallaşdırmaq üçün tədbirlər görülməsi perspektivləri bizim görüşdə və danışıqlarda mühüm yer tutmuşdur. Mən İlham Heydər oğlunun bu fikri ilə tam razıyam ki, ilk növbədə bizim ticarət münasibətlərinin səviyyəsi həm Özbəkistan tərəfini, həm də Azərbaycan tərəfini açıq-aşkar qane etmir. Bizim potensial imkanlarımızdan indiyə qədər o dərəcədə pis istifadə edilir ki, biz sadəcə nəticələr çıxarmaqla kifayətlənməyib bu əmtəə dövriyyəsinin həqiqətən lazımi səviyyədə olması üçün zəruri təsirli tədbirlər görməliyik. Azərbaycanın bizdən müəyyən qədər uzaqda yerləşməsi və bu gün Mərkəzi Asiyanı Cənubi Qafqazla birləşdirən kommunikasiyaların vəziyyəti buna müəyyən dərəcədə mane olur. Bu gün Azərbaycan yeni tranzit kommunikasiya xətlərinin çəkilişi üzrə praktiki olaraq liderdir. İndi Azərbaycan 10-15 il bundan əvvəl sadəcə ağlasığmaz olan layihələrin ən mühüm təşəbbüskarlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu mənim fikrimcə, bu gün tamamilə yeni kommunikasiya istiqamətidir. O, təkcə bugünkü vəziyyətdə həlledici rol oynamayacaqdır. Mənim bildiyimə görə, bu yolun yaxın vaxtlarda - bu ilin sonuna qədər və ya gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Lakin demək istəyirəm ki, sadəcə Azərbaycanı Özbəkistanla birləşdirən kommunikasiyaları nəzərə alsaq, bu gün Azərbaycan, İlham Heydər oğlunun qeyd etdiyi kimi, Cənubi Qafqazın əsas, aparıcı, mühüm dövlətlərindən biridir. Üstəlik, Azərbaycanın inkişaf sürəti və dinamikası bəlkə də kimlərinsə ciddi həsədinə səbəb olur, Azərbaycanın dostları isə onu tamamilə dəstəkləyirlər. Bunu nəzərə alsaq, bu gün Azərbaycan təkcə iqtisadi inkişaf baxımından, onun malik olduğu zəngin ehtiyatlardan istifadə edilməsi baxımından lider deyildir. Son illərdə baş verən və indi də davam edən hadisələrə nəzər salsaq, öz təəssüratlarıma əsasən deyə bilərəm ki, mən dörd il bundan əvvəl - 2008-ci ildə burada olmuşam. O vaxtdan dörd il keçib. Bu, praktiki baxımdan çox qısa müddətdir. Lakin mən dünən və bu gün şəhərin bir hissəsini gəzmişəm. Gördüklərim məni sadəcə olaraq heyran etdi. Bakıda baş vermiş yeniliklər, dəyişikliklər, quruculuq işlərinin miqyası heyrət doğurur. Praktiki olaraq bütün magistral kommunikasiyalar tamamilə yenilənmişdir. Regionlarda Şərq ölkələri üçün bəlkə də qeyri-adi konstruksiyalardan və memarlıq həllərindən istifadə edilməklə aparılan tikinti bir daha belə bir qəti inam yaradır ki, Azərbaycan sadəcə Şərqin mərkəzlərindən biri deyil, artıq müasir ölkədir, müasir memarlıq həllərinin tətbiq edildiyi müasir sivilizasiyadır. Heç kəs inkar edə bilməz ki, bütün bunlar ilk növbədə bu gün Azərbaycanda təkcə istehsalın inkişafı, ümumi daxili məhsulun artırılması baxımından deyil, həm də Azərbaycan üçün tamamilə yeni olan ayrı-ayrı sahələrin inkişafı baxımından çox böyük dəyişikliklərə dəlalət edir. Bu gün Azərbaycan təkcə neft və qaz təchizatçısı deyil, enerji təhlükəsizliyi baxımından çox böyük rol oynayan mühüm ölkələrdən biridir. Bu da çox vacibdir ki, bu gün ölkənin emal müəssisələri, neft və qaz emalı müəssisələri öz sözünü daha inamlı deyirlər”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov dünən Dövlət Bayrağı Meydanında olublar. Sonra dövlət başçıları Heydər Əliyev Mərkəzinə gəliblər. Prezident İlham Əliyev dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə Özbəkistan dövlətinin başçısına məlumat verib. Ali qonaq Heydər Əliyev Mərkəzindən zəngin təəssüratla ayrılıb.
* * *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun şərəfinə rəsmi nahar verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov mərasimdə çıxış ediblər.
* * *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub. Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Şəhidlər Xiyabanını da ziyarət edib.
* * *
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16

