Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

16.10.2012 [00:34]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir Möhsün Pakayin etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Azərbaycan ilə İran arasında əlaqələrin inkişafına toxunan dövlətimizin başçısı bu əməkldaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın bu toplantıda iştirakının önəmini qeyd edib. İkitərəfli münasibətlərimizin çoxşaxəli olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı səfir Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Səfir Möhsün Pakayin İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Möhsün Pakayin deyib: “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq münasibətlərinin qurulmasında Ulu öndər Heydər Əliyev çox önəmli rol oynamışdır”.
Prezident İlham Əliyevə və Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayan səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
Paylaş:
Baxılıb: 969 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30