Regionda sülhün qarantı!
29.08.2024 [10:00]
Azərbaycan-Türkiyə əməkdaşlığının əhatə dairəsi daha da genişlənir
İki qardaş dövlət olan Azərbaycan və Türkiyə sıx təmaslar qurmaqla ortaq maraqlarımıza xidmət edən xarici siyasətlərini uzlaşdırırlar və beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyətlər həyata keçirirlər. Elə bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və s. aspektlərini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Xatırladaq ki, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin bundan öncəki görüşü iyulun 5-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutmuşdu.
Müttəfiqlik münasibətləri praktiki nəticələr verir
Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinə əsaslanan strateji müttəfiqliyin inkişafında iki ölkə liderlərinin arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların əhəmiyyəti vurğulanıb. Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsində liderlərin sıx təmasları və apardıqları aktual müzakirələr mühüm rol oynayır.
Tarixi bağlara, ənənələrə, etiqad eyniliyinə, dilin, mədəniyyətin, həyat tərzinin hədsiz oxşarlığına və digər ortaq cəhətlərə malik olan Azərbaycan - Türkiyə dostluğu bu gün elə bir yüksək zirvədədir ki, ona heç kəsin əli çata bilməz. Bu, Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərini rəsmən təsdiqləyən hər iki ölkənin gücünə-güc qatan, xalqlarımızı qürrələndirən, özünəgüvənli edən, düşmənlərimizi isə paxıllıqdan çatladan bir dostluq nümunəsidir.
Tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətləri rəsmiləşdikdən sonra çoxvektorlu Azərbaycan-Türkiyə əməkdaşlığının əhatə dairəsi daha da genişlənir. Xarici işlər nazirlərinin görüşündə də müttəfiqliyimizi təsbit edən tarixi Şuşa Bəyannaməsinin artıq bir sıra sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında praktiki nəticələr verdiyi məmnunluqla qeyd olunub.
Xüsusilə də son vaxtlarda ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələri, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Azərbaycan və Türkiyə yaxın perspektivdə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 milyard dollar səviyyəsinə çatdırmaqla bağlı hədəf müəyyənləşdiriblər. Artım dinamikası təsdiqləyir ki, bu hədəf tam realdır. 2023-cü il ərzində Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 31 faiz və ya 1,8 milyard ABŞ dolları artaraq 7,65 milyard dolları üstələyib. Ötən il Azərbaycandan Türkiyəyə 5,3 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 51,2 faiz və ya 1,81 milyard dollar çoxdur. Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,29 milyard dollar təşkil edib.
İnvestisiya qoyuluşundakı yüksək dinamika da məmnunluq doğurur. İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təxminən 20 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları investisiya qoyub. Hazırda Türkiyədə 2 000-ə yaxın Azərbaycan, Azərbaycanda isə 4 100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
İki qaraş ölkə enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın nadir nümunələrini yaradıblar. İndiyədək Azərbaycanın və Türkiyənin tərəfdaş dövlətlərlə birgə reallaşdırdıqları nəqliyyat və enerji layihələri böyük regional və qlobal əhəmiyyətə malikdir.
Eyni zamanda, ölkələrimizin liderləri davamlı olaraq daha sıx yaxınlaşmanı hədəfləyən təşəbbüslər irəli sürürlər. Türkiyə - Azərbaycan Unversitetinin yaradılması buna misaldır. Görüşdə Azərbaycan və Türkiyə liderlərinin ideya müəllifləri olduğu Türkiyə-Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həyata keçirilməsi, yüksək balla tələbələrin qəbulu məmnunluqla qeyd edilib. Universitetə böyük maraq təqdir olunub, təhsil sahəsində əməkdaşlığa əlavə stimul yaradacağı vurğulanıb.
Çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq
Yüksək səviyyədə olan Azərbaycan - Türkiyə münasibətlərində çoxtərəfli platformalarda əməkdaşlıq ayrıca və çox önəmli bir istiqamət kimi diqqət çəkir. İki qardaş ölkə nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar və həmişə də bir-birinin ədalətli mövqeyini dəstəkləyirlər. Xarici işlər nazirlərinin görüşündə ikitərəfli əməkdaşlığımızın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi regional və beynəlxalq təşkilatlarla yanaşı, bir sıra digər çoxtərəfli formatlar çərçivəsində davam etdirildiyi diqqətə çatdırılıb. Ölkələrimizin, xüsusilə, ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə əməkdaşlığın inkişafını diqqət mərkəzində saxladığı qeyd olunub. Bununla yanaşı, üçtərəfli və dördtərəfli formatlarda əməkdaşlığın regional sabitlik və təhlükəsizliyə ciddi töhfələr verdiyi bildirilib.
Azərbaycanın və Türkiyənin xarici siyasətində üst-üstə düşən bir sıra prioritetlər var. Məsələn, hər iki ölkə regional əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan 3+3 formatının ideya müəllifləridirlər. Bu format daxilində əməkdaşlığın genişləndirilməsi regiona kənar güclərin ayaq açmasının qarşısını alacaq. Bölgədə davamlı sülhün, təhlükəsizliyin, etimad mühitinin bərqərar olmasının yolu da məhz bu format daxilində sıx əməkdaşlıqdan keçir.
Diqqətəlayiq haldır ki, həm Azərbaycan, həm də Türkiyə Türk Dövlətləri Təşkilatının güclənməsinə çalışırlar və buna praktiki müstəvidə öz töhfələrini verirlər. Türk dünyası böyük coğrafiyadır, artan əhalidir, zəngin resurslardır, güclü iqtisadiyyatdır. Qlobal miqyasda mühüm əhəmiyyət daşıyan Orta Dəhliz məhz Türk coğrafiyasından keçir. Transxəzər marşrutu ilə həmçinin Şimal - Cənub və Şərq - Qərb dəhlizlərinə keçid etmək mümkündür ki, bu da Türk dünyası üçün əlavə dvidentlər qazandırır. Azərbaycan - Türkiyə dostluğu, müttəfiqliyi bütün Türk dünyası üçün bir örnək nümunəsidir.
Azərbaycan və Türkiyə regionda sülh istəyirlər
Nazirlərin görüşündə, həmçinin postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə diqqət çəkilib. Qalib Azərbaycanın yaratdığı reallıqlar regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün əlverişli imkanlar formalaşdırıb. Gələcək naminə bu fürsətlərdən maksimum səmərə ilə istifadə olunmalıdır. Burada Azərbaycanın mövqeyi birmənalıdır. Ölkəmiz müharibə səhifəsini birdəfəlik bağlamaq istəyir. Buna görə də qarşı tərəfə davamlı olaraq süh təklifləri verir. Ancaq eyni sözləri məğlub Ermənistan barəsində demək mümkün deyil. Bu ölkə sülhyaratma prosesini də əslində manipulyasiya predmetinə çevirib. Sözdə sülhə tərəfdar olduğunu bildirən bu ölkə reallıqda revanşizm mövqeyindən çıxış edir, silahlanmaya rəvac verir və havadarlarının təhriki ilə yeni müharibə hazırlıqları görür. Görüşdə qarşı tərəf, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, regional sülh və normallaşma gündəliyinə təhdidlər barədə məlumatlandırılıb. Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın, eləcə də qardaş Türkiyənin ərazi bütövlüyünə davam edən iddiaların, habelə Ermənistanın kütləvi hərbiləşmə siyasətinin sülh prosesinə əsas hədələr olduğu diqqətə çatdırılıb.
“Azərbaycan ilə Türkiyənin mövqeyi vahiddir, birdir. Qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz davam edəcək. Ölkələrimizin bu siyasəti bölgəmizə sülh, əmin-amanlıq və sabitlik gətirəcək”. Bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Ermənistanla danışıqlar prosesinə nəzər salan Azərbaycanın XİN başçısı bildirib ki, sülh prosesinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarıdır.
Nazir son zamanlar regionda müşahidə olunan narahatedici tendensiyaya da nəzər salıb: “Ermənistan sürətlə silahlanır və bu prosesə töhfə verən üçüncü ölkələr var. Bu çox yanlış siyasət bölgəmiz üçün əlavə təhdid mənbəyidir”.
Ceyhun Bayramov vurğulayıb ki, rəsmi Bakı bütün prosesləri diqqətlə izləyir və addımlarını Türkiyə ilə koordinasiya edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan da oxşar fikirləri bölüşüb. O bildirib ki, Türkiyə və Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasının tərəfdarıdır. Türkiyəli nazir əminliyini ifadə edərək deyib ki, ölkələrimizin qardaşlığı bundan sonra da regional sabitliyə öz töhfəsini verəcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

